Elmar Vəliyev Gəncəni alova qərq etmək istəyir?
Binalar yenidən penoplastla üzlənir
Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50 ünvanındakı binanın fasadını yenidən penoplastla üzləməyə başlayıblar.
Şəhər sakinlərindən biri həmin binadan çəkdiyi fotoları “Azadlıq” radisouna göndərib. O yazır ki, binaların tezalışan poliuretan üzlüklərlə üzlənməsi işləri mayın 19-da Bakıda 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra dayandırılsa da yenidən başlanıb.
Xatıtırladaq ki, Bakıdakı həmin dəhşətli yanğından sonra prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmiş və bu qəbildən olan materiallarla üzlənmiş bütün binaların fasadlarının sökülməsi tapşırılmışdı. Söküntü işləri bir neçə həftə ərzində başa çatdırılmışdı.