“Ağ çörək qara günlərin başlanğıcıdır”
Məşhur rus alimi A.P.Çuprin yazırdı ki, elmin hələ mövcud olmadığı dövrdə insanın yüzlərlə qida arasında məhz çörəyə üstünlük verməsi bəşəriyyəti çox mürəkkəb vəziyyətə salıb. Böyük ərazilərdə hər il nə qədər buğda əkilir, onun istehsalına nə qədər vəsait və əmək sərf olunur. Üstəlik, insan bu qədər enerji sərf edib istehsal etdiyi qidadan xeyir yox, məhz zərər götürür…
Çörək zəruri qidadır?
Bəli, bu gün biz süfrəmizi onsuz təsəvvür etmirik, alanda cüt-cüt, növbənöv alırıq, azalmasını az qala faciəyə çeviririk. Daha çox müsəlman ölkələrində insanların əsas qidası olan çörək süfrələrimizin “olmazsa olmaz”ıdır. İstənilən yeməyin yanında çörək yeməzsək, özümüzü doymuş hesab etmirik. Bir çox Avropa ölkəsində isə buğdadan hazırlanan çörək zəruri qida növləri sırasından artıq çoxdan uzaqlaşdırılıb. İndi onun yerini süfrədə ya qarğıdalı, ya da çovdar çörəyi alır. İndi dünyanın ən məşhur alimləri, qidalanma ekspertləri ümumi bir nəticədə qərarlaşırlar – bu qədər zəhmət çəkib istehsal olunan çörəyi yeməklə insan öz orqanizminə ciddi zərər verir. Ekspertlər deyir ki, çörəyi qida rasionundan çıxaran insan onunla birlikdə bir çox xəstəliyi də qovmuş olur.
Həkim Sülhiyyə Mürsəlovanın sözlərinə görə, taxıl məhsulunun ən böyük zərəri tərkibindəki amin turşularının tarazlığının qeyri-mütənasib olmasıdır. Belə ki, insanın heç cür özündən uzaqlaşdıra bilmədiyi dənli bitkilərdən hazırlanmış qida, bizim orqanizmimizdə zülal tarazlığını pozduğundan orqanizm daha çox zülal tələb edir: “Problem də elə bundan sonra başlayır. Onu həzm etmək və qana sormaq ücün külli miqdarda vitamin tələb olunur. Mədə-bağırsaq sistemində problemi olanlar mütləq öz menyusundan buğdanı və arpanı çıxarmalı, heç olmasa kobud undan hazırlanmış çörək yeməlidir. Çovdar, qarğıdalı çörəyi daha yaxşıdır”.
Həkim deyir ki, ağ çörək ümumiyyətlə insan orqanizminin düşmənidir. Məhz elə bu səbəbdən inkişaf etmiş ölkələrdə heç kim əla növ undan hazırlanmış çörək yemir: “Bizdə insanlar yavaş-yavaş bu təcrübəyə inanırlar. Çünki ətraflarında şəkərli diabeti, ürək-damar xəstəlikləri olan insanlara həkim ağ çörək yeməyi qadağan edir. Və onlar da bunu görürlər. Üstəlik, qadınlarımızın əksəriyyəti kökəlməkdən qorxduğu üçün ağ çörəkdən qaçır. Amma yaxşı olardı ki, uşaqlarına da ağ çörək yerinə çovdar unundan hazırlanmış çörək verəydilər”.
Çörəyin içində nələr var?
alt=”"Ağ çörək qara günlərin başlanğıcıdır"” title=”"Ağ çörək qara günlərin başlanğıcıdır"”
Taxıl məhsulları ilə bağlı ən böyük narahatlıq doğuran məqam odur ki, onun tərkibindəki amin turşularının tarazlığı qeyri-mütənasibdir. Dənli bitkilərdən hazırlanmış qida, zülal tarazlığını pozduğundan orqanizm daha çox zülal tələb edir. Onu həzm etmək və qana sormaq ücün isə, çoxlu vitamin tələb olunur. Həzmetmə orqanları xəstə olanlar öz menyusundan buğdanı və arpanı çıxartmalıdır. Mütəxəssislər məsləhət görür ki, çörəkdən əl çəkə bilməyənlər heç olmasa kobud üyüdülmüş undan hazırlanmış çörək yeməlidirlər. Ən yaxşısı çovdar çörəyidir.
Dənli bitkilərdən olan düyünü və qarğıdalını, o cümlədən kartofu, soyanı tərəvəz salatları və şirələri ilə bir yerdə qəbul etmək lazımdır. Çörəyi öz rasionundan çıxaran adam yalnız bir şey itirə bilər – xəstəlik!
Qeyd edək ki, mütəxəsislər deyir ki, çörəyin tərkibi yalnız 4 predmetdən ibarət olmalıdır – un, duz, su və maya. Amma indi çörəyin daha uzunömürlü olmasını təmin etmək üçün çörəyin tərkibinə maya əvəzinə xüsusi köpürdücülər vurulur. Çünki maya vurulan çörəyin köhnəlmə və kiflənmə ehtimalı çoxdur.Eyni zamanda qara çörək istehsalı ilə məşğul olan müəssisələrin bəzilərinin çörəyin rəngini qaraltmaq üçün təhlükəli kimyəvi maddələrdən istifadə etdikləri barədə bəzi məlimatlar da var. Doğrudur, aidiyyatlı komitə bu sahədə maksimum diqqətlidir, reydlər edir, amma yenə də diqqətdən qaçan kiçik sexlərdə işbazlar iş başındadır.
Ümumiyyətlə, qeyd etmək vacibdir ki, ən faydalı un qarğıdalıdan əldə edilən undur. Qarğıdalının tərkibində zülal çoxdur. Əvvəllər qarğıdalı unundan çörək hazırlanırdı, amma sonradan bunu nədənsə görmədik. Qarğıdalının yapışqanlığı azdır, dolayısı ilə qarğıdalı unundan hazırlanan çörək qırılır, forma vermək çətinləşir. Bu undan insan orqanizminə çox xeyirli çörək alınır. Amma təəssüf ki, son illər bütün dünyada GMO qarğıdalı geniş yayıldığından bu xeyirli qida zərərli qidalar siyahısına düşüb.
Buğdanın cavanlaşdırma xüsusiyyəti var
Taxıl bitkilərinin faydasını tamamilə inkar etmək ədalətsizlik olardı, istifadə etmək olar, amma çiy şəkildə.Məsələn, buğdanı cücərdib hər səhər acqarına bir qaşıq qəbul etsəniz, orqanizmdə cavanlaşma prosesi gedər, gumrahlaşarsınız. Uzun illərin tədqiqatı sübut edib ki, buğda cücərtisi mualicəvi təsirə malik olan universal dərmandır. Cünki tərəvəz və meyvələrə nisbətən buğda dəninin cücərtisində digər vitaminlərlə yanaşı E vitamini daha coxdur.
100 qr. buğda dəni cücərtisində 25 milliqram E vitamini vardır. E vitamini tərəvəzlərdə 1,5-2 milliqram, paxlalılar fəsiləsiidən olan bitkilərin dənində isə 5 milliqramdır. Muəyyən edilib ki, yaşlı adamın E vitamininə 1 sutkalıq tələbatı 20-30 milliqramdır. Xalq təbabəti ilə məşğul olan həkimlərin bir coxu buğda dəni cücərtisində bədənin möhkəmləndirilməsi ücün istifadə edirlər. Buğda dəni cucərtisi ilə müntəzəm olaraq qidalandıqda orqanizm cavanlaşır, əsaslı sürətdə yaxşılaşır.
Xroniki xarakterik vərəm, bronx qovşaqları xəstəlikləri, ekzema, mədə xorası, daş yaranması və s. digər dava-dərmanın köməyi olmadan buğda dəni cücərtisi ilə mualicə olunur. İsveçrəli həkim K.Şmidt uzun illərin tədqiqatından sonra belə nəticəyə gəlib ki, buğda dəni cücərtiləri ilə qidalanma orqanizmin butun növundən olan hüceyrələrinin müntəzəm olaraq bərpasına, həmcinin əsəb sistemi huceyrələrinin möhkəmlənməsinə olduqca müsbət tə'sir göstərir.
Yekun olaraq bu sahə ilə 20 ildən artıq məşğul olan İsveçrə həkimi K.Şmidtin öz üzərində apardığı təcrübədən bir parça: “Mənim 54 yaşım olanda səhər yeməyində cücərmiş buğda dəni yeməyə başladım. Bir neçə aydan sonra özümü əvvəllərdə olduğundan daha yaxşı hiss etməyə başladım. Çal və seyrək saçlarım sıxlaşdı, elastikləşdi, görmə qabiliyyətim yaxşılaşdı. İndi 75 yaşında mən özümü əla hiss edərək, heç də gənclik illərindəkindən az məhsuldarlıqla çalışmıram”.
Katsuzdo Nişi, Pol Breqq, Herbert Şelton kimi dünya şöhrətli alimlər də xəstəliklərin qazanılmaması üçün ağ çörəyin rasiondan çıxarılmasının vacibliyini bildirirlər. Bunun əvəzində çovdar və qarğıdalı çörəyi istifadə edə bilərsiniz.
Lalə MEHRALI