“Neft Fondunun aktivləri 2 ay ərzində 370 milyon dollardan çox azalıb”

0
4

“Neft Fondunun aktivləri 2 ay ərzində 370 milyon dollardan çox azalıb”

“Dünya maliyyə bazarlarında son ayların” valyuta müharibələri” ehtiyatlarımıza baha başa gəlib. Əgər bu gün qiymətləndirmə aparılsa, məlum olar ki, məzənnə rəqslərinin nəticəsi olaraq Neft Fondunun aktivləri 1 iyul – 4 sentyabr tarixlərində 370 milyon dollardan çox azalıb”.

Bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib.

Onun sözlərinə görə, bu azalma təkcə məzənnə fərqinə görədir. S.Əliyevin sözlərinə görə, ən böyük itki rus rubluna görə dəyib. “Təkcə məzənnə dəyişməsində görə rubl aktivləri dəyərini 125 milyon dollar itirib. İkinci zərər Britaniya funtundan dəyib. Funt sterlinqin ucuzlaşması ehtiyatlarımızı 63 milyon dollar azaldıb. Qızıl aktivlərimiz $50 milyon, türk lirəsi $42,5 milyon, avro isə $26 milyon “əriyib””.

İqtisadçı qeyd edib ki, bu zərər bugünkü tarixə olan göstəricidir. “3-cü rübün sonuna məzənnələrin dəyişməsi istisna deyil. Bu zərər arta da bilər, azala da. Hər şey FED-in bu ay uçot dərəcəsini qaldırmaqla bağlı qərarından asılı olacaq. Uçot dərəcəsi artırılsa, bu halda dollar bahalaşacaq, deməli zərərin miqyası da artacaq”.

LEAVE A REPLY