Tür­ke­şin ru­hu, oğ­lu­nun ad­dı­m

0
3

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Tür­ke­şin ru­hu, oğ­lu­nun ad­dı­mı
MHP mil­lət və­ki­li Toğ­rul Tür­ke­şin ke­çi­ci seç­ki hö­ku­mə­tin­də yer al­maq qə­ra­rı üz­vü ol­du­ğu par­ti­ya­da mü­əy­yən su­al­la­rın ya­ran­ma­sı­na sə­bəb olub. Bir çox par­ti­ya­daş­la­rı onun bu hə­rə­kə­ti­ni “sat­qın­lıq” ki­mi qiy­mət­lən­di­rir. MHP-nin təş­ki­lat ka­ti­bi, mil­lət və­ki­li Şəf­qət Çə­tin də bu qə­bil­dən­dir.
Ş.Çə­tin mət­bu­a­ta açıq­la­ma­sın­da de­yib: “Tür­ki­yə bun­dan əv­vəl bir çox si­ya­si transfer­lə­rə şa­hid olub, am­ma ül­kü­cü hə­rə­kat ta­ri­xin­də be­lə bir sat­qın­lı­ğın ör­nə­yi yox­dur. Türklük də­yər­lə­ri­nə düş­mən­çi­li­yi­ni yü­rüt­dü­yü si­ya­sə­ti­lə də­fə­lər­lə is­bat et­miş si­ya­si bir qu­ru­ma, üs­tə­lik, özü­nün də bir vaxtlar kəs­kin tən­qid et­di­yi ün­va­na transfer in­di­yə qə­dər ül­kü­cü hə­rə­kat təc­rü­bə­sin­də rastlan­ma­yıb. Toğ­rul Tür­keş əv­vəl de­di­yi­ni ya­la­yıb uda­raq Tay­yib Ər­do­ğa­nın əm­ri­nə gi­rən Ni­man Qur­tul­mu­şu be­lə qıs­qan­dı­ran qıv­raq­lı­ğı ilə se­çil­di”.
Öz əqi­də yol­da­şı­nı bu cür ağır ifa­də­lər­lə yer­dən-ye­rə vu­ran mil­lət və­ki­li da­ha son­ra Tür­ke­şə bir su­al da ün­van­la­yıb: “Öz so­ya­dı­nın bağ­lı ol­du­ğu də­yər­lə­ri ne­çə­yə sat­dın?”
Ş.Çə­ti­nin so­ya­dı­na la­yiq bu çə­tin su­a­lı­na Tür­ki­yə­nin “Söz­çü” qə­ze­ti qis­mən ay­dın­lıq gə­ti­rir. Qə­zet bil­di­rir ki, MHP kü­lis­lə­rin­də do­la­şan söz-söh­bə­tə gö­rə, Tür­ke­şin bir mil­yon li­rə bor­cu var­mış. Bu­na bax­ma­ya­raq, o, son za­man­lar ikin­ci ar­va­dın­dan olan oğ­lu­na “Mer­ce­des” mar­ka­lı bir “Cip” alıb.
MHP-çi­lər Toğ­rul Tür­ke­şin oğ­lu­na gös­tər­di­yi bu “ali­cə­nab”lı­ğın ni­yə məhz seç­ki­lər­dən son­ra­ya düş­mə­si­ni, xü­su­si­lə onun Ər­do­ğan­la gö­rüş­dü­yü xə­bə­ri­nin ya­yıl­ma­sı­nın ar­dın­dan baş ver­di­yi­ni an­la­ya bil­mir­lər.
Xa­tır­la­daq ki, bir müd­dət əv­vəl Döv­lət Bax­ça­lı MHP-çi bir mil­lət və­ki­li­nin on­dan xə­bər­siz hö­ku­mət­lə gö­rüş­dü­yü­nü bil­dir­miş və adı­nı çək­mə­di­yi hə­min ün­va­nı sərt tən­qid atə­şi­nə tut­muş­du. Bu çı­xış­dan son­ra sö­zü­ge­dən “öz­ba­şı­na­lı­ğın” Tür­keş tə­rə­fin­dən edil­di­yi ba­rə­də xə­bər­lər ya­yı­lıb. Hər­çənd ki, o za­man mə­lum şüb­hə­lər­lə bağ­lı açıq­la­ma ve­rən Tür­keş heç kim­lə gö­rüş­mə­di­yi­ni id­dia et­sə də, MHP dəh­liz­lə­rin­də Döv­lət Bax­ça­lı­nın əlin­də in­ka­ro­lun­maz faktla­rın ol­du­ğu bil­di­ri­lir. De­yi­lən­lə­rə gö­rə, bu­nu təs­diq­lə­yən vi­de­o­lar var və bu kadrlar Döv­lət Bax­ça­lı­ya ötü­rü­lüb. Kadrlar­da Toğ­rul Tür­ke­şin bir ax­şam vax­tı öz şəx­si av­to­mo­bi­li­lə Pre­zi­dent Sa­ra­yı­na gi­rib çıx­dı­ğı ay­dın şə­kil­də əks olu­nub.
Bax­ça­lı­nın bu ka­se­ti ic­ti­ma­i­ləş­dir­mə­mə­si­nin sə­bə­bi isə par­ti­ya ma­raq­la­rı ilə izah olu­nur. Əv­və­la bu ka­set ic­ti­ma­i­lə­şər­sə, Tür­ke­şin par­ti­ya sı­ra­la­rın­dan xa­ric edil­mə­si gə­rə­kə­cək.
Toğ­rul Tür­ke­şin bu ad­dı­mı mil­lət­çi­lə­rin seç­ki nə­ti­cə­lə­ri­nə ne­cə tə­sir edə­cək?
Ək­sər po­li­to­loq­lar bu qə­na­ət­də­dir ki, bu­nun­la da MHP-nin mil­lət və­ki­li sa­yı 79 nə­fə­rə dü­şə­cək və o, HDP-dən da­ha az he­yət­lə par­la­mentdə təm­sil olu­na­caq. Bu isə ana mü­xa­li­fət sa­yıl­maq şan­sı­nı itir­mək de­mək­dir.
Di­gər tə­rəf­dən, Toğ­rul Tür­ke­şin MHP-də mə­nə­vi bir gü­cü var. O, MHP-nin qu­ru­cu­su Al­parslan Tür­ke­şin oğ­lu ol­du­ğun­dan, par­ti­ya qə­rar­la­rı­na xə­ya­nə­ti or­ta­ya çı­xar­sa, mil­lət­çi­lər ara­sın­da cid­di çaş­qın­lıq ya­ra­na bi­lər. Seç­ki pro­se­si döv­rün­də tə­rəf­dar­la­rı­na xə­yal qı­rıq­lı­ğı ya­şat­maq is­tə­mə­di­yin­dən, Döv­lət Bax­ça­lı ha­di­sə ba­rə­də mə­lu­ma­tı sirr ki­mi qo­ru­yur. Tək­rar se­çim­lər­də isə bu amil Tür­ke­şin dav­ra­nış­la­rı­na sırf bağ­lı ola­caq. Par­ti­ya ilə onun ara­sın­da açıq konfran­ta­si­ya ya­ra­nar­sa, ye­nə iti­rən MHP ola­caq. Am­ma bu ad­dı­mın Tür­ke­şin hə­ya­tın­da qa­ra lə­kə ola­ca­ğı­na heç kim şüb­hə et­mir.

LEAVE A REPLY