ABŞ dollarla bağlı dünyanı intizarda saxlamaqda davam edəcək

0
3

ABŞ dollarla bağlı dünyanı intizarda saxlamaqda davam edəcək

Bazarların Çin dalğası ilə sarsıldığı bu günlərdəABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz artırması mövzusunda hansı mesajlar verəcəyi maraqla gözlənlirdi.

FED-in sədr müavini Stenli Fişer sentyabrda faiz artırımı qərarı üçün “Bir şey demək üçün tezdir. Çinin devalvasiyaya getməsi yeni başlayan prosesdir. Necə davam edəcəyini müşahidə edirik”, – deyib.

Fişer, bazarlarda yaşanan çalxalanmanın FED-in qərarına təsir edə biləcəyini söyləyib.

Bununla belə , Fişer sentyabrda faiz artırımı üçün gələn siqnalların güclü olduğunu xatırladıb: “Qərar vermək üçün iki həftə vaxtımız var. Gələn məlumatlara iqtisadiyyatda nə olduğuna baxacağıq”.

O, Çin iqtisadiyyatındakı ləngimənin ABŞ iqtisadiyyatına təsirinin nisbətən kiçik olacağını qeyd edib. FED rəsmisinin fikirincə, Çinin ətraf ölkələrə təsir etdiyi halda bunun ABŞ-a təzahürlərinin əhəmiyyətli olacaq.

Fişer neftin qiyməti barədə də fikirlərini bölüşüb. Neft qiymətlərindəki dəyişikliklərin müvəqqəti olduğunu, bu səbəbdən ABŞ-da inflyasiyanın FED-in hədəfinə çatacağını bildirib.

Fişer ABŞ-da faizlərin bir müddət də sıfıra yaxın qalmasının bir risk olmadığını, ancaq faizləri artırmaq məsələsində çox da gözləməmək lazım olduğunu söyləyib: “Nə qədər çox gözlənsə, o qədər çox qeyri-müəyyənlik olur”.

O, faiz artımının dramatik deyil, yavaş-yavaş olacağını vurğulayıb.

FED rəsmisi neftin qiymətinin aşağı düşməsinin sadəcə yekun inflyasiyaya mənfi təsir göstərmədiyini, baza inflyasiyanı da aşağı saldığını dilə gətirib. Fişer, dollarda güclü gedişin də inflyasiyaya mənfi təsir göstərdiyini qeyd edib. O, güclü dolların ABŞ-ın iqtisadi artımını 2017-ci ilə qədər qədər ləngidəcəyini də vurğulayıb: “Bazarlar neft qiymətlərinin daha da çox düşməsini gözləmir. Buna görə də, neftin inflyasiya üzərindəki aşağıda istiqamətli təsiri müvəqqəti olmalıdır” deyə bildirib.

LEAVE A REPLY