3 Avropa ölkəsi təcili toplanır – «Vaxt itirmək olmaz!»

0
3

3 Avropa ölkəsi təcili toplanır – «Vaxt itirmək olmaz!»

Avropadakı miqrasiya problemi ilə bağlı Almaniya, Fransa və Britaniya xarici işlər nazirləri təcili toplanacaq.

Strateq.az xəbər verir ki, növbədənkənar sammitdə məlum problemin həllinə dair konkret qərarlar qəbul olunacaq.

Hər üç ölkə hesab edir ki, məsələni təcili şəkildə yoluna qoymaq lazımdır: «Biz yekdil qərara gəlmişik ki, vaxt itirmək olmaz və Avropanı bürüyən miqrasiya böhranını ən qısa zamanda yoluna qoymaq lazımdır. Hazırkı durum təcili addımların atılmasını və Avropanın bu məsələdə həmrəy olmasını zəruri edir».

XİN rəhbərləri bildiriblər ki, ən geci ilin sonuna qədər qaçqınlar üçün İtaliya və Yunanıstan ərazisində yaşayış məntəqələri qurulmalıdır.
Qeyd edək ki, bundan əvvəl Almaniya qaçqınlar üçün Türkiyə ərazisində düşərgələrin yaradılması təklifi ilə çıxış etmişdi. Bu məqsədlə Ankaraya təxminən yarım milyard avro vəsait ayrıla biləcəyi də qeyd olunmuşdu.

LEAVE A REPLY