AXCP-də anlaşma…

0
3

AXCP-də anlaşma…

Razi Nurullayev çətin durumda.

AXCP sədri Əli Kərimli narazı partiyadaşları ilə danışıqlara başlayıb. Bununla o, seçkiöncəsi partiyada vəziyyəti normallaşdırmağa çalışıb. AXCP-dəki mənbəmizin verdiyi məlumata görə, AXCP sədri təşkilatın Rəyasət Heyətinin üzvü İlham Hüseyn ilə uzun sürən görüş keçirib. Nəticədə İ.Hüseyn Ə.Kərimliyə bir daha AXCP-dən qovulmuş Razi Nurullayevlə əlaqə saxlamayacağına söz verib.
Bu isə “Yeni Demokratiya Hərəkatı” adlı təşkilat qurmağa çalışan R.Nurullayevi çətin duruma salıb. Ətrafına AXCP-çiləri torlamağa söz vermiş R.Nurullayev tapşırılmış vəzifənin öhdəsindən gələ bilmir. Hazırda yalnız AXCP-nin sabiq təşkilat şöbəsinin sabiq müdiri Rafiq Daşdəmirova ümid bəsləyən R.Nurullayevin yaratmaq istədiyi yeni qurumun konfransını keçirə bilməyəcəyi görünəndir.
AXCP sədri Rəyasət Heyətinin digər üzvü Arzuman Məcidlini də neytrallaşdıra bilib. AXCP-dəki mənbəmiz onu da xüsusi olaraq vurğulayıb ki, Ə.Kərimli hələlik istefaların qarşısını almağa çalışsa da, İ.Hüseyn və A.Məcidlini münasib bir zamanda partiyadan mütləq çıxaracaq: “Sədrin sabiq müavini Əbülfəz Qurbanlı ilə belə hesablaşdı. Əvvəlcədən şübhələnmişdi ondan. Əbülfəzi R.Nurullayev maliyyələşdirirdi. Hətta avtomobil alıb vermişdi. O, özü istefa vermədi, Ə.Kərimli onu istefa verməyə məcbur etdi. Anlaşmaları belə oldu ki, Əbülfəz mətbuata danışmasın. Danışacağı təqdirdə ona ciddi hücumlar təşkil ediləcək. AXCP-yə xəyanət etməsinin təfsilatı açılacaqdı. İndi Əbülfəz İmişlidədir. Hətta telefonlarını da söndürüb ki, Razi onunla əlaqə yarada bilməsin. R.Daşdəmirov rayonlara səfərə çıxıb, AXCP-üzvlərini öz ətraflarına dəvət edir. Şirnikləndirici vədlər verirlər. Hələlik heç nəyə nail ola bilməyib. O, İmişliyə gedib Ə.Qurbanlı ilə də görüşməyə çalışacaq. İnanmıram ki, Əbülfəz onunla görüşməyə razı olsun”.
R.Nurullayevin həm də parlement seçkilərində iştirak etmək istəyini nəzərə alsaq, hazırkı durumu ona müsbət heç nə vəd etmir. Baxmayaraq ki, hələlik yanında AXCP-nin təşkilat şöbəsinin sabiq müavini R.Daşdəmmirov var, böyük ehtimalla bu R.Nurullayevin uğur qazanması üçün yetərli olmayacaq.

Turan Türk

LEAVE A REPLY