“Binə” bazarında mallar ucuzlaşdı
“Binə” Ticarət Mərkəzində durğunluq hökm sürür.
Belə ki, alıcı qabiliyyətinin aşağı düşməsi xeyli sayda mağazanın kilidlənməsinə səbəb olub. Ticarətçilər alış-veriş olmadığı üçün dükanları təhvil verirlər, bəziləri səyyar satışa keçib, qiymətlər isə ucuzlaşıb.
Satıcılar bunu iki səbəblə əlaqələndirir: həm şəhərin mərkəzində yerləşən mağazalarda qiymətlərin “Binə” bazarından fərqlənməməsi, həm də yolun uzaqlığı.
Onların sözlərinə görə, artıq Bakının mərkəzində təqribən eyni qiymətə geyim, elektron avadanlıqlar və başqa məhsullar almaq mümkündür.