Rus şovinizminin yeni “zirvə”si.

0
1

Rus şovinizminin yeni “zirvə”si.

Rusiya prezidenti Vladimir Putin lap “ağ”ını çıxardıb. Belə ki, indi də durub-dururkən Qarabağ ermənilərinin separatçı lideri, qondarma prezidentinə “rus dövlətinin möhkəmləndirilməsindəki xidmətlərinə gorə” Böyük Pyotr ordeni ilə təltif edib. Bu nə deməkdir və ya Putin hansı səbəbdən seperatçıların liderini məhz bu ordenlə təltif etmə gərəyi hiss edə bilər?
Hələ bir neçə il öncə Müstəqil Dövlətlər Birliyinin katibi Vladimir Ruşaylo İrəvana səfərində bu ölkənin Rusiyanın bölgədə for-postu olduğunu açıqlamış və onun bu sözləri Azərbaycan tərəfindən haqlı olaraq sərt təpki ilə qarşılanmışdı. Axı, Rusiya ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir və guya münaqişənin tənzimlənməsi prosesində bitərəf şəkildə iştirak edərək Cənubi Qafqazda əbədi sülhün təsis olunmasına öz töfhəsini vermək istəyir. Belə olduğu təqdirdə Azərbaycan tərəfinin haqlı sualını da biriləri cavablandırmaq məcburiyyətində idi. Münaqişə tərəflərindən birini özünün for-postu elan edən bir dövlət o münaqişənin tənzimlənməsi prosesində nə dərəcədə ədalətli ola bilər? Əlbəttə ki, bizim bu münaqişənin yaradıcılarından və gizli tərəflərindən biri olan Rusiyadan hansısa bitərəflik və ya ədalətlilik gözləməmiz sadəllöhvlükdən başqqa bir şey olmazdı ki, mən də həç bu gün Azərbaycan tərəfindən kiminsə bu cür xəyallara düşə biləcəyinə ehtimal vermirəm.
İndi, gələk ikinci məsələyə, yəni ATƏT-in Minsk qrupunun həmsədri olan bir dövlətin prezidentinin münaqişə tərəflərindən birinin dünya ictimaiyyəti tərəfindən tanınmamış prezidentini ordenlə təltif etmə məsələsinə.
Yuxarıda da qeyd etdiyimiz kimi, Putin hansı səbəblərdən bu hərəkəti etmə ehtiyacı hiss etsin ki, və yaxud da onu bu hərəkəti etməyə məcbur edən səbəblər nədir? Bütün bunları anlaya bilməmiz üçün öncəliklə münaqişənin çıxma səbəblərinə nəzər salaq…
Hələ doxsan iki il oncə, Naxçıvan Muxtar Respublikası yaradıldıqdan qısa müddət sonra, bu muxtar respublikanın ilk Xalq Komissarları Sovetinin sədri, milliyətcə ləzgi olan birisi muxtar qurumun Ermənistanın tərkibinə birləşdirilməsi barəsində qərar çıxardı. Lakin yerli əhali arasında baş qaldıran narazılıq, habelə bir neçə il öncə SSRİ ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsinin şərtlərinə görə kommunistlərin Naxçıvanı Ermənistana birləşdirmək cəhdləri baş tutmamış qaldı. Daha sonralar, təəssüf ki, hələ də heykəli şəhərimizin mərkəzində ucalmaqda olan Vətən xaini Nərimanovun sayəsində Göyçə və Zəngəzur mahalları Ermənistana peşkəş çəkildiyi kimi, heç ehtiyac olmadığı təqdirdə, demoqrafik vəziyyətin belə tələb etmədiyi halda Qarabağın bir qisminə ermənilər üçün muxtariyyət təsis edildi və bu bölgənin əhalisi sürətlə erməniləşdirməyə başlandı. Və bunlar hələ son deyildi, ikinci dünya müharibəsindən sonra, 1948-52-ci illərdə Qərbi Azərbaycan torpaqlarından yüz minlərcə insan Mil-Muğan düzənliklərinə köçürüldü və bu köçürülmə nəticəsində elə minlərlə insan ilk illərdəcə dünyasını dəyişdi. Çünki yüksək dağlıq ərazilərdən birbaşa ilan mələyən aran bölgələrinə köçürülən insanlar həm istiyə dözə bilmir, həm də təbii şəraitin digər ünsürlərinə alışmaqda çətinlik çəkirdilər. Və nəhayət 1988-ci ildə başlayan son etnik təmizləmə və işğal siyasəti.
Bu gün heç kim ermənilərin son işğal və etnik təmizləmə hərəkətlərini özbaşlarına, rusların həm birbaşa həm də dolayı yolarla yardımları olmadan həyata keçirmədiklərini iddia edə bilməz. Çünki bu yaxın tariximizə aid nüansdır və orta yaşlı statistik azərbaycanlıların tamamına yaxını bütün bu hadisələri birbaşa yaşayıb, təsirlərini öz üzərində hiss edib. İstərsəniz Şuşanın işğalındakı müstəsna xidmətlər göstərən rus dağ piyadalarından tutmuş, Xocalı soyqırımını ermənilərlə birlikdə törədən 366- cı alayın şəxsi heyətinədək cəbhədəki bütün baş verən iriçaplı əməliyyatlarda erməni-rus qardaşlığının, ittifaqının bariz nümunəsini görə bilərik.
Bütün bunları və ümumiyyətlə indi bu yazıda qeyd etmədiyim, lakin hər birimizin canlı canlı xatırladığımız onlarca olayı xatırladığımızda erməni separatçısının doğurdan da rus imperializminin çiçəklənməsinə, inkişafına və möhkəmlənməsinə xidmət ertdiklərini görə bilərik. İstər for-post olaraq, istərsə də önlərində qul, qarabaş olaraq, amma bir şəkildə xidmət etdikləri və bu yolda müstəsna rol oynadıqları danılmazdır.
İndi, gəlin, məsələnin ikinci tərəfinə baxaq. Putin niyə məhz indi o üzdəniraq şəxsi bu ordenlə təltif etmə niyyəti hiss etsin? Bunun da cavabı olduqca bəsitdir. Azərbaycan ordusunun son dönəmlərdə həm döyüş hazırlığını sürətlə arrtırması, həm də maşın, texnika parkını və silah arsenalını böyük ölçüdə yeniləməsi, ayrıca son bir ildən artıq müddətdə də bütün cəbhə boyu təşəbbüsü və ən önəmlisi isə psixoloji üstünlüyü əlinə keçirməsindən sonra Rusiya ermənilərə, “qorxmayın, mən həmişə sizinləyəm”, mesajı vermə ehtiyacı hiss etdi. Ayrıca, bu həm də Azərbaycana qarşı atılmılş addım, göndərilmiş mesajdır.
Bəs, biz şimal qonşularımızın bu addımları qarşısında nə edə bilərik? Doğrudur, bir münaqişənin tənzimlənməsində həmsədr startusunu daşıyan və bələliklə də hakim rolunu oynayan birisi üçün bu hərəkət hər nə qədər qeyri-əxlaqi və anormalı olsa da biz şimal qonşularımızdan etik dəyərlərə riayət etmələrini gözləsək hələ çox gözləməli olacağıq. Və bizim iki yolumuz qalır, Rusiya ilə münasibətləri gərginləşdirmədən, hər zaman üçün isti tutmalı və Qarabağ ərazisində təxribat əməliyyatları ilə bu ərazilərə istər əsgərliyə, istərsə də yaşamağa gələn erməniləri canlarından bezdirməliyik. Bu bizim yeganə yolumuzdur və düşünürəm ki, xüsusən də yaxşı təşkil olunmuş təxribat əməliyyatlarını yerinə yetirə bilsək bu ermənilərin bölgədən qaçışını sürətləndirəcəkdir.
Burada başqa bir məsələ isə təxribat əməliyyatlarında bölgədən olan məcburi köçkünlərimizdən yararlana bilmək, onların istədikləri vaxt cəbhə xəttini keçmələrinə şərait yaratmağımız lazımdır. Çünki onlar bölgəni hər kəsdən daha yaxşı tanıyırlar və ərazini tanımanın da bir təxribatçı üçün ən böyük nemət olduğunu ən azından partizanlar haqqında çəkilmiş filmlərdən bilməyənimiz yoxdur. Ondan sonra, qoy Putin ermənilərə istədiyi qədər orden versin, istədiyi qədər medal bağışlasın…

Zaur Muradxanlı

LEAVE A REPLY