Rus hakerlərdən Pentaqona nəhəng kiberhücum

0
3

Rus hakerlərdən Pentaqona nəhəng kiberhücum

4 min hərbçinin elektron yazışması ələ keçdi

Rus hakerlər tərəfindən Pentaqonun kompüter sisteminə nəhəng kiberhücum olub.
Bu barədə Pentaqon rəsmilərindən biri məlumat verib.

Onun sözlərinə görə, müdaxilə qurumun elektron poçt sisteminə olub: «Bu barədə dəqiq məlumat iş üzrə təhqiqat başa çatandan sonra məlum olacaq. Həqiqi günahkarların kimliyi də o zaman müəyyən ediləcək».
Adının çəkilməsini istəməyən digər Pentaqon rəsmisi isə bildirib ki, bu, Rusiya tərəfindən təşkil edilən məqsədyönlü hücum olub: «Kiberhücum aşkarlanan kimi Pentaqonda bütün kompüter sistemini qapatdıq».
O da məlum olub ki, hücum nəticəsində Pentaqonun 4 min əməkdaşının elektron yazışması ələ keçib.

LEAVE A REPLY