«Facebook»da təhqirə görə 30 il həbs cəzası aldı
Tayland vətəndaşı «Facebook»da ölkənin 86 yaşlı kralı Pumipon Adulyadeti təhqir etdiyinə görə 30 il müddətinə həbs cəzasına məhkum edilib.
Məhkəmə Ponqsak Sriboonpenq barədə hökm çıxararkən onun kralla bağlı təhqir məzmunlu 6 statusunu əsas gətirib. Bu, Taylandın məhkəmə tarixində ölkə rəhbərini təhqirə görə verilmiş ən ağır cəzadır.
Qeyd edək ki, Taylandda kral ailəsini təhqir edən materiallar yaymağa görə nəzərdə tutulan cəza olduqca sərtdir.
İttihamın hər maddəsi ümumi cəzaya daha 15 il əlavə edə bilər.
Vəkilin sözlərinə görə, Ponqsak Sriboonpenq hər statusuna görə 10 il həbs cəzası alıb. Lakin məhkəmə yekun qərarını verərkən cəzanı iki dəfə azaldıb.