PKK-dan “Kürdüstan”a 250 milyon dollarlıq zərbə
“Kərkük-Yumurtalıq boru xəttinin partladılması Şimali İraq kürd muxtariyyətinə 250 milyon dollar zərər vurub. Bu isə “Kürdüstan”ın Daxili İşlər Nazirliyi, asayiş gücləri və peşmərgələrin bir aylıq maaşı qədər vəsait deməkdir”
Strateq.az xəbər verir ki, bu gün “Kürdüstan” Təbii Sərvətlər Nazirliyinin hadisəylə bağlı yaydığı açıqlamada belə deyilir. Açıqlamada 27 iyuldan bəri boru xəttindən neft oğurluğu, təxribat cəhdlərinin artdığı və kəmərin işləməz hala gətirilərək nəql prosesinin tamamilə dayandırıldığı qeyd olunur.
“Bu isə ilk növbədə kürd xalqına zərbədir. Türkiyə bu terror nəticəsində yalnız neft nəqli axsadığına görə cüzi zərər çəkib. Zərərin 99%-i isə “Kürdüstan”a dəyib”- sözügedən açıqlamada belə deyilir.
Xatırladaq ki, neft kəmərini PKK partladıb.