Həbsdə olan rəfiqəsindən Gülbənə məktub

0
6

Həbsdə olan rəfiqəsindən Gülbənə məktub

Narkotik maddə satmaqla günahlandırılan və həbsxanada olan müğənni Dəniz Səki “Hayat 2 bilet” mahnısının klipində rol alan sənətçi dostlarına məktub göndərməkdə davam edir.

Nilgün Belgün və Dəmət Akalından sonra Səki Gülbən Ərgənə hədiyyə göndərib. Dəniz özü hazırladığı əlfəcini Gülbənə bağışlayıb.

O, məktubda “Canımın cananı, qadın dostum, dəyərlim. Könlü nurla parıldayan, işıq saçan Gülbənim. Klipimə rəng qatdığın üçün sənə minnətdaram. Sənin üçün darıxdım. Qəlbimdə yerin başqa olacaq” deyə, yazıb. Rəfiqəsinin məktubundan kövrələn Ərgən İnstaqram səhifəsində dəstək olub. Tək günahkarın D.Səki olmadığını qeyd edən ifaçı “Buda keçər” mahnısını ona həsr edib:

“Bitsin dərdin, çox bədəl ödədin. Çox ağır yükləri təkbaşına çiynində daşıdın. Tək sən idin günahkar? Tək sən bu qızıl günlərini çürüdərək, cəza çəkməliydin? Gözəl Dəniz Səki, yenə mahnıların dinləniləcək, yenə partlayacaq”.

LEAVE A REPLY