Azərbaycanda dövriyyədə olan pul azalır

0
3

Azərbaycanda dövriyyədə olan pul azalır

Azərbaycanda dövriyyədə olan nağd pul və kommersiya banklarının Mərkəzi Bankda “park” etdikləri vəsaitlər azalıb.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 31 İyul 2015-ci il tarixinə pul bazası 7 milyard 467.5 milyon manat təşkil edib. Bu, iyun ayının sonu ilə müqayisədə 19,5 milyon manat azdır.

Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul bazası 2014-cü ilin avqust ayında 11 milyard 743.6 milyon manat idi.

LEAVE A REPLY