ABŞ Rusiyaya qarşı yeni sanksiyalara qərar verdi

0
8

ABŞ Rusiyaya qarşı yeni sanksiyalara qərar verdi

ABŞ Xəzinə Nazirliyi Krım və Ukraynanın şərqindəki hadisələrdə rolu olan fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

Nazirliyin özü bununla bağlı yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, beynəlxalq qanunları tapdalayan və Ukraynada konfliktləri qızışdıran Rusiya qarşısında təzyiqlər sürdürüləcək və yeni sanksiyalar da bu məqsədə xidmət edir.

Yeni səzalananlar arasında beynəlxalq sanksiyaların hədəfə aldığı şəxslərə kömək edənlər, haqlarında rüşvət ittihamları irəli sürülənlər və “demokratiyanın altını qazan” köhnə ukraynalı siyasilər, Krım limanının rəhbərləri və “Rosneft”lə bəzi banklar yer alır.

Bu dəfəki sanksiya 11 fiziki, 15 hüquqi şəxsə qarşı tətbiq olunacaq.

Maraqlıdır ki, dünən rəsmi Moskva da Qərb şirkətlərinə qarşı buna bənzər qadağalar gətirmişdi. Yeni qaydaya əsasən, Rusiyanın sanksiya tətbiq etdiyi şirkətlərin malları piştaxta üzərində görüləcəyi təqdirdə məhv olunacaq. Əsasən ABŞ, Kanada və Qərb ölkələrinin şirkətlərinə tətbiq olunan bu qadağaların yalnız tranzit hüququndan yararlanan ticarət şirkətlərinə və vətəndaşların öz istifadəsi üçün gətirdiyi mallara şamil edilməyəcəyi nəzərdə tutulur.

LEAVE A REPLY