“WizzAir”-dən Bakıya uçuş açıqlaması

0
5

“WizzAir”-dən Bakıya uçuş açıqlaması

“WizzAir” aviaşirkəti Bakıya uçuşlarını bu şəhərin hava limanı birtərəfli şəkildə bizimlə müqavilənin müddəalarını dəyişdirdikdən sonra dayandırıb. Şirkət heç vaxt nə Azərbaycanda, nə da başqa bir yerdə tələb olunan xidmət haqqlarını ödəməkdən imtina etməyib. Report.az-ın məlumatına görə, bu barədə Macarıstanın “WizzAir” lou-kost aviaşirkətinin mətbuat xidmətindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədovun AZAL-ın “WizzAir”-a heç bir maneəçilik törətmədiyi və lou-kost şirkətinin Azərbaycan bazarını özü tərk etdiyi ilə bağlı fikirlərini şərh edərkən bildiriblər. Macar şirkətindən, həmçinin bildirilib ki, “WizzAir” xidmətlə bağlı qərarları bir sıra amillərə əsaslanaraq qəbul edir. Bundan başqa, aviaşirkətdən bildirilib ki, 2015-ci ildə Bakıya uçuşlar bərpa olunmayacaq, çünki şirkətin bu il üçün iş qrafiki artıq müəyyən edilib: “Lakin şirkət bu məsələ ilə bağlı istənilən yeni təklifini nəzərdən keçirməyə hazırdır. Əgər hava limanı rüsumları və uzunmüddətli saziş bizə Azərbaycana ucuz qiymətə uçuşları yerinə yetirməyə imkan versə, bu barədə əvvəlcədən xəbər veriləcək”.

LEAVE A REPLY