Sumqayıtdakı “HM Hipermarket” şəbəkəsinin fırıldaq bonus kampaniyası ifşa edildi

0
3

Sumqayıtdakı “HM Hipermarket” şəbəkəsinin fırıldaq bonus kampaniyası ifşa edildi

Supermarketlər şəbəkələrində bonus kart vasitəsilə keçirilən kampaniyalarda hədiyyə kimi verilən malların real qiymətindən artıq dəyərləndirildiyi barədə dəfələrlə yazılıb. Hətta bonus kart vasitəsilə toplanmış ballara görə bir məhsulun uduşa qoyulması, hədiyyə kimi veriləndə isə daha aşağı keyfiyyətli məhsulun verilməsi hallarına da rast gəlinir. Strateq.az Sumqayıtda yeni açılmış “HM Hipermarket” şəbəkəsi 10-cu mik-n və Nərimanov filiallarında müştərilərin necə aldadıldığını aşkar edib.

İlk baxışdan bonus kartda toplanmış ballara görə verilən hədiyyələr və bu hədiyyələrə qoyulmuş ballar normal görsənir. Müştəri də elə buna aldanaraq tora düşür. Toplanan ballara görə hədiyyəsini götürməyə gələn müştəri sözün əsl mənasında sürpiriz ilə qarşılaşır. Kassada oturan əməkdaşlar vətəndaşa kartında olan balların yalnız son 25 gün ərzində etdiyi alış-verişə görə toplanıldığını, ötən aylarda toplanmış balların isə silindiyini bildirirlər. İndi təsəvvür edin 10 AZN = 1 Bonusdan götürdükdə vətəndaş bazarda maya dəyəri 30-40 AZN dəyərində olan ən ucuz ət çəkən maşını almaq üçün 1 ay ərzində 1950 AZN dəyərində alış veriş etməlidir. Satış qiyməti 400 AZN olan Samsung Galaxy S4 mobil telefonu bu marketdə 2450 bonusa qoyulub. Yəni 25 gün ərzində adi vətəndaş 24 500 manatlıq alış veriş etməlidir ki, bu hədiyyəni əldə etsin. Bu “HM Hipermarket” rəhbərliyi tərəfindən vətəndaşların aldadılmasından başqa bir şey deyil. Vətəndaş market rəhbərliyinə etirazını bildirdikdə isə vətəndaşa “hara gedirsən get” deyə cavab verirlər. Görəsən müştərilərini özünə arxayın şəkildə aldatmaqla “HM Hipermarket” şəbəkəsi kimə güvənir?

LEAVE A REPLY