“Mətanətdən üzr istəməyəcəyəm”

0
5

“Mətanətdən üzr istəməyəcəyəm”

Bir müddət bundan öncə “Space” telekanalında yayımlanan “Günaydın” verlişində müğənni Mətanət Əsədova və jurnalist Musa Əziz arasında baş vermiş xoşagəlməz qalmaqal sona catmamış başqa bir hadisə əhvalımızı korladı. Bu dəfə keçmis “Nida”çı və vicdan məhbusu Elsevər Mürsəlli və Mətanət Əsədova arasında qalmaqalın şahidi olduq.
Belə ki, keçmiş “Nida”çı “Facebook” sosial şəbəkəsindən müğənninin ünvanına təhqiramiz sözlər söyləməklə günahlandırıldı. Baş vermiş xoşagəlməz hadisə ilə əlaqadar müğənni E.Mürsəllinin xüsusi ittiham qaydasında, cinayət məcəlləsinin 147.1 maddəsi ilə cəzalandırılması üçün Nəsimi rayon məhkəməsinə müraciət edib. Məhkəmə iyul ayının 24-ü, saat 17:00-də işə baxıs təyin edib.

Müğənni keçmiş “Nida”çının həbs olunmasını istəyir və bu fikirində də israrlıdır. Baş vermiş faktla əlaqədar hər iki tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Mətanət xanım telefon zəngimizə cavab versə də, özümü təqdim etdikdən sonra mənimlə çox emosional və yüksək səslə danışmağa başladı. Bu məsələ haqda ona zəng vurmamağımızı söylədi. Yəqin ki, Mətanət xanım jurnalist Əziz Musa tərəfindən təhqir edildikdən sonra söylədiyi “bütün mətbuatdan kömək istəyirəm” sözlərini çoxdan unudub. Yoxsa mətbuat nümayəndəsinə qarşı bu qədər laqeyid olmazdı.
Elsevər Mürsəlli isə Mətanət xanımdan fərqli olaraq qəzetimizə öz münasibətini bildirməkdən çəkinmədi. “Mətanət xanım mənim həbs olunmağımı tələb edir. Cinayət məcəlləsinin 147.1 maddəsi ittiham irəli sürülüb. Mənim fikirimcə, məhkəmə müğənninin hüququnu müdafiə edəcək. Bura Azərbaycandı, gərək “güclu” olasan. Təbii ki, Mətanətdə olan imkan məndə olmadığı uçun haqlı olsam belə məhkəmədə onun lehinə qərar veriləcək. Amma hər halda ümidimi üzmürəm”.

E.Mürsəlli bildirdi ki, müğənni ondan üzr istəməsini tələb edir: “Mətanət xanım mənim ondan üzr istəməyimi tələb edir. Sizin “Millətim” qəzeti vasitəsi ilə bildirmək istəyirəm ki, mən yalnız ölkə başçisi Cənab prezident İlham Əliyevdən üzr istəmişəm. Əgər Mətanət Əsədova özünü o səviyyədə görərək üzr istəməyimi tələb edirsə, bu heç vaxt mümkün olmayacaq”.

E.Mürsəlli müğənninin jurnalistlərə niyə acıqlama verməməsinə də münasibət bildirdi: “Məlumatım var ki Mətanət jurnalistlərə acıqlama vermir. Deyir ki, onunla məhkəmədə danışacağam. Mən məhkəmədə iştirak edəcəyəm, vəkilim də yoxdur. Onsuz da Azərbaycan xalqı kimin kim olmasını gözəl bilir”.

Sonda Elsevər Mürsəlli qəzetimiz vasitəsilə bütün media nümayəndələrinə müraciət edərək məhkəmə proseslərində iştirak etməyə çağırdı.

Dəyanət

LEAVE A REPLY