AXCP qurultaya gedir?

0
6

AXCP qurultaya gedir?

Narazılar Gürcüstanda görüşəcək?!

AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirovun istefaya göndərilməsi gözlənilməz olmadı. Belə ki, təşkilatda onun bəzi iqtidar yetkililəriylə əlaqədə olması barədə söz-söhbət dolaşmaqdaydı. Bir müddət öncə təşkilat şöbəsi müdirinin oğlunun narkotiklə əlaqəli həbsə məruz qalması, lakin çox keçmədən azadlığa qovuşması AXCP-də əsas müzakirə mövzusuna çerilmişdi. Aldığımız məlumata görə AXCP sədri Əli Kərimlinin göstərişinə əsasən R.Daşdəmirov daima nəzarətdə saxlanılmış, onun kimlərlə əlaqə saxladığı müəyyən edilmişdi.
Sirr deyil ki, AXCP-də Ə.Kərimlinin xüsusi xəfiyyə qrupu fəaliyyət göstərir. Həmin qrup şübhəli “cəbhəçi”ləri uzun müddət təqib edib, topladıqları məlumatları birbaşa AXCP sədrinə ötürür. R.Daşdəmirovun AXCP sədrinin sabiq müavini Razi Nurullayevlə isti münasibətdə olduğu da aşkarlanıb. Onların birgə fəaliyyəti AXCP-də rəhbər vəzifələri ələ keçirməkdən ibarət olub ki, bu barədə xəbər tutan Ə.Kərimli öncə R.Nurullayevi AXCP sıralarından kənarlaşdırmağa nail olsa da, digər asilərlə hesablaşmağı təxidə salmışdı.
Görünən odur ki, R.Daşdəmirov “vurulacağı” günü sakitcə gözləməyib, əksinə, AXCP-də narazıların əksəriyyətni bir araya gətirə bilmişdi. AXCP-dəki etibarlı mənbəmiz təşkilatın Rəyasət Heyətinin üzvləri Sahib Kərimli və İlham Hüseynlinin də R.Daşdəmorovla birgə R.Nurullayevin tərəfdarları sırasında olduqlaqrından ətraflı söhbət açıb. Həmin qruplaşmanın hazırladığı bəyanat isə ”Millətim”ə ötürülüb. Bəyanatın üzə çıxmasının qurbanı məhz R.Daşdəmirov olub ki, AXCP rəhbərliyi həmin bəyanatın əlyazmasının sabiq təşkilat şöbə müdirinə məxsus olduğunu müəyyənləşdirdikdən sonra onunla yolları ayırmağa qərar verib. AXCP-dəki mənbəmiz həm də onu vurğulayıb ki, R.Dəşdəmirovun vida “nitqi” hədsiz sərt olub və hətta Ə.Kərimli təhqirli ifadələrə qonaq edilib.
Narazıların qruplaşmasında da vəziyyət ürəkaçan deyilmiş. R.Nurullayev AXCP-dəki əsas dayağı sayılan S.Kərimli ilə yolları ayırmalı olub. Səbəb kimi isə S.Kərimlinin sərf etdiyi vəsaitin əvəzində səmərəli fəaliyyət göstərə bilməməsi olub. S.Kərimli AXCP ilə də yollarını ayırmış kimi görünür. Partiyanın keçirdiyi son bir neçə tədbirə qatılmaması onun Ə.Kərimlidən ehtiyatlandığını təsdiqləyir.
AXCP sədrinin digər sabiq müavini Əbülfəz Qurbanlının gedişi bir müddət müəmmalı qalsa da, onun da R.Nurullayevin qruplaşmasında olduğu sonradan təsdiqlənib. S.Kərimlidən fərqli olaraq sabiq müavin hələlik R.Nurullayevin yanındadır.
AXCP-dəki mənbəmizin verdiyi məlumata görə təşkilatdan çıxarılmış R.Daşdəmirov Gürcüstana səfər edib. Ardınca isə R.Nurullayev xarici səfərə yollanıb ki, onun da yolunu Gürcüstandan keçdiyi bildirilir.
Sabiqlərin Gürcüstanda bir araya gələckləri də söhbət mövzusudur. R.Nurullayevin səfərə AXCP rəyasət heyətinin üzvü İlham Hüseynlə birgə çıxacağı barədə məlumat alsaq da, hələlik bu xəbər təsdiqlənməyib. İ.Hüseynin xarici səfəri müalicəsi ilə əlaqədar olmalıymış ki, R.Nurullayevin öz dostuna yardım edəcəyi də gözləniləndir.

AXCP sədrinin sabiq müavini Ə.Qurbanlının istefasıyla bağlı daha bir maraqlı xəbər yayılıb. Onun sabiq səfir Arif Məmmədovla əlaqə yarada bildiyi söylənilir. Təklifin hansı tərəfdən edildyi hələlik dəqiqləşdirilməyib. Sabiq səfir müraciətində Ə.Kərimliyə dəstək verdiyini ifadə etsə də, görünən odur ki, A.Məmmədov AXCP elektoratını öz ətrafına toplamağa çalışır.
Vəziyyətin gərginliyini hiss edən Ə.Kərimli təşkilatın növbəti qurultayını keçirməyə hazırlaşır. O, qurultayın AXCP-də yaranmış xaosu aradan qaldıracağına ümid bəsləsə də, təşkilat üzvləri tələsik keçiriləcək qurultayın partiyanı Müsavatdan daha ağır vəziyyətə salacağına şübhə etmirlər. Proseslər onu göstərir ki, qurultaya qədər AXCP-də istefalar səngiməyəcək, qurultaydan sonra isə istefaların qruplarla ediləcəyi ehtimalı böyükdür. Belə ki, AXCP-də bir neçə qruplaşma mövcuddur ki, rəhbər strukturları ələ keçirmək üçün mübarizə aparırlar.

Turan Türk

LEAVE A REPLY