Sergey Lavrov: “…vaxtı çatıb”
“Dağlıq Qarabağ probleminin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə deyib.
“Biz ATƏT-in Minsk Qrupu çərçivəsindəki razılaşmalar çərçivəsində amerikalı və fransalı tərəfdaşlarımızla birlikdə işləyirik. Biz onlarla daimi əlaqədəyik və müntəzəm təmasdayıq”, – deyə S. Lavrov söyləyib.
Xatırladaq ki, E. Məmmədyarov Rusiyada səfərdədir.