Maya ilə 2 ayda dəyişin

0
6

Maya ilə 2 ayda dəyişin

Son illər qadınlar gözəllik üçün təbii vasitələrə daha çox müraciət edir. Aile.lent.az da bu dəfə təbii gözəllik vasitəsindən söz açacaq. Sınaqdan keçirsəniz, böyük dəyişikliyin fərqinə varacaqsınız.

Çörək mayası (droj) dərini qüsursuz hala gətirmək üçün çox əlverişli maddədir. Tərkibində B1, B6, B12, B2 vitaminləri, amin turşuları, fosfor, potasium, sink, dəmir, maqnezium, kalsium, manqanaz var. Maya dərini yeniləyir, qoruyur, qırışların qarşısını alır. Quru və korlanmış saçlar üçün də mükəmməldir. Eyni zamanda zəif və tez qırılan dırnaqları gücləndirir. Zərər görmüş dəriniz varsa, 2 ay içində bu maya maskaları ilə problemləri həll edəcəksiz. Aile.lent.az əsas tərkibi mayadan ibarət olan maska reseptlərini təqdim edir. Bu maskaları həftədə 2 dəfə edin. Ancaq istifadədən əvvəl dərinizi yaxşıca təmizləyin.

Maya və süd
3 yemək qaşığı südü bir az ilıqladın və 1 paket mayanı əlavə edin, krem halı alana kimi qarışdırın. Hazır olandan sonra üz və boyun qisminə vurun. 15-20 dəqiqə sonra ilıq su ilə yuyun.

Maya, bal və zeytun yağı

1 çay qaşığı zeytun yağını ilıqladın. Maya və 1 xörək qaşığı balı qarışdırın. Zeytun yağını əlavə edin. Əldə edilən qarışımı üzünüzə vurun. Maska sərtləşdikdən sonra əlinizlə təmziləyin və ilıq su ilə yuyun.

Maya, süd, kətan toxumu və badam yağı

1 paket mayaya bir çimdik əzilmiş kətan toxumu və 3-4 damcı badam yağı, bir az da süd əlavə edin. Qatılaşmadan üzünüzə vurun, 15-20 dəqiqə sonra yuyun.

Maya və şəkər tozu

Mayaya şəkər tozu əlavə edib hər gün istifadə etdiyiniz gündəlik krem kimi istifadə edə bilərsiz. Yaxşıca qarışdırıb 15 dəqiqə üzünüzdə saxlayın.

Maya və buğda toxumu yağı

2 çay qaşığı buğda toxumu yağı və 1 yumurta sarısını, 1 paket mayanı qarışdırın. Maskadan sonara üzünüzü ilıq su ilə yuyun.

Əl kremi üçün maya

Əl kreminizə 1 təzə maya qatıb qarışdırın. Əllərinizə sürtüb yarım saat saxlayın.

LEAVE A REPLY