Bakı Fond Birjası qərar verdi – İki bankın qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandı
Bakı Fond Birjası (BFB) “EvroBank” ASC-nin və “Azərbaycan Kredit Bankı” ASC-nin qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.
Bu barədə BFB xəbər verir.
Məlumatda deyilir ki, “EvroBank” ASC-nin və “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyalarının ləğv edilməsinin investorların mənafelərinin qorunması baxımından mühüm fakt olmasını nəzərə alaraq, BFB adıçəkilən bankların qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.