Ağaşirin Tanrıverdioğlu:“Böyük səhv, çox yekə qələt eləmisən”

0
3

Ağaşirin Tanrıverdioğlu:“Böyük səhv, çox yekə qələt eləmisən”

Bu günlərdə Ağaşirin Tanrıverdioğlu haqqında AXCP səlahiyyətlilərindən biri, AXCP MNTK-nın üzvü Arzuman Məcidlinin yazdığı statusla bağlı sabiq cəbhəçi münasibət bildirib. Onun bu münasibətini olduğu kimi oxuculara təqdim edirik.
“Bu arada xeyli narahatam, çünki dostlardan biri zəng elədi ki, Arzuman sənin barəndə geniş status yazıb. Qeyd edim ki, Arzuman Məcidli AXCP Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvüdür. Sahib Kərimli qruplaşmasında, yəni, Sahibin qiyamçı bazasının möhkəmlənməsi ilə bağlı parklarda, rayonlarda, eləcə də ayrı-ayrı şəxslər və fərdlər arasında iş aparan adamdır. Təbii ki, o, bu işi pulsuz görmür və buna görə qiyamçı qrupun başçıları tərəfindən maliyyə dəstəyi alır. Əslində Sahib Kərimlinin özü partiyada fiqur kimi qəbul olunan adam deyil, ancaq bəzən bir miqdar pula, bəzən də bir qarın yeməyə ehtiyacı olan adamları pul vasitəsilə sındırıb öz ətrafına cəm eləmək istəyən biridir. Həmin o pula sınan adamlardan biri də Arzuman Məcidli və onun oğlu Elnur Məcidlidir. Hətta vəziyyət o həddədir ki, artıq bu ata-bala Sahibin işlətdiyi kafeyə gələndə, deyirlər ki, “bozbaş yeyənlər” gəldi. Bunların bütün həyatları, siyasi fəaliyyəti, əqidələri və apardıqları mübarizə də elə bir qarın bozbaşa bağlıdır. Nə isə, həmin dostum mənə Arzumanın statusu barəsində dedi və bildirdi ki, o səni sadəcə tənqid yox, həm də təhqir, hətta ailə söhbəti də eləyib. Baxdım o statusa, Arzuman orada mənə “alkaş”, “Allahsız”, “imansız” deyib, küçələrdə qaldığımı bildirib və s. Bir sözlə, olmazın şərin-şəbədəsin yazıb. Mən də burdan Arzuman bəyə, əgər o bəy adına layiqdisə, bir söz demək istəyirəm ki, sən düz deyirsən, Ağaşirin qaldığı evlərdə kirayə pulunu verə bilmir. Zatən mən bunu “Azərbaycan saatı”nın efirindən bəyan eləmişdim ki, artıq 23 ildir ki, kirayələrdə yaşayıram və bu kirayələrin pulunu da verə bilmirəm. Deyirsən ki, Ağaşirin skameykalarda yatır, düz deyirsən, amma mən bunu kefimdən eləmirəm, deməli kirayə pulu verməyə imkanım yoxdu ki, bunu edirəm. “Ağaşirin alkaşdı” sözlərini isə yəqin ki, öz əsəblərini sakitləşdirmək üçün demisən. Amma “Ağaşirin Allahsızdı, Allahı-Peyğəmbəri söyür” deməklə böyük səhv, çox yekə qələt eləmisən. Mən Allahımı da, Peyğəmbərimi də tanıyıram. Bunlarla yanaşı, sənə bir söz də demək istəyirəm: “Arzuman bəy, mən alnının təri, əlinin qabarı ilə ailəsini saxlayan kasıb bir kolxozçunun, kasıbçılıqla məni tərbiyə edən bir kişinin oğluyam. Biz heç vaxt zəngin olmamışıq, həmişə ehtiyac içində yaşasaq da, ağır zəhmətlə qazanılan halal çörəklə böyümüşük. Amma sənin atan Lənkəranda camış ətini camaata dana əti əvəzinə Allaha and içə-içə satdırıb, sonra da gedib məsciddə namaz qılıb. Bax sən o kişinin oğlusan və məhz o kişinin də sənin kimi oğlu olması məni heç təəccübləndirmir. O ki qaldı Ağaşirinin tanınmışlardan, bəzi partiya üzvlərindən pul istəməsinə, təbii ki mən kimdən 5-3 manat kirə pulu, ya da çörək pulu almışamsa, bunu dost kimi almışam və həmin adamlara da dost kimi müraciət eləmişəm. Amma ehtiyacı olanda dostlardan pul istəmək, kömək ummaq belə ayıblı işdisə, o zaman oğlun həbsdə olanda sən QHT qapılarında, partiya sədrlərinin qapılarında niyə yatırdın? Əgər oğlun bir il də artıq həbsdə qalsaydı, bəlkə də bu həbsi bəhanə edərək, başqa yollara düşmüş, həyatını da başqa cürə yaşamağa başlamışdın. O ki qaldı sənin elədiyin ailə, arvad-uşaq söhbətinə, mən bu haqda heç nə deməyəcəm. Çünki bunu etmək sənin səviyyənə düşmək anlamına gəlir. Allahdan bütün ailələlərə və övladlara, o cümlədən səninkilərə də xoşbəxtlik diləyirəm. Ancaq bu hərəkətdən sonra sən özün necə, ailənin, uşaqlarının üzünə dik baxa biləcəksənmi…
…Amma yox, sən baxarsan. Çünki sənin kimilər üçün həyatda müqəddəs heç nə yoxdur və sizlər həyatda hər şeyi edəcək və darıxanda, ehtiyaca düşəndə hər şeyə gedə biləcək adamlarsınız.”

Murad

LEAVE A REPLY