Əbülfəz Qurbanlı da getdi…
Sırada İlham Hüseynlidır?!
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verdiyini açıqlayıb.
O, bu barədə sosial şəbəkədə yazıb.
“AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var.
Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”.
Biz uzun müddətdir ki, AXCP-də istefaların davam edəcəyi barədə xəbər veririk. Son hadisələr isə yazdıqlarımızın tamamilə faktlara əsaslandığını təsdiq etməkdədir. Qeyd edək ki, istefalar hələ davam edəcək. “Millətim”ə etibarlı mənbəmizdən verilən məlumata görə, bu günlərdə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynlinin də istefası gözlənilir.
Nicat