Yuxumuza haram qatan QİDALAR

0
3

• Yuxumuza haram qatan QİDALAR

• Normal yuxu olmadan normal sağlamlıqdan danışmağa dəyməz. Məhz buna görə də orqanizmin düzgün fəaliyyətini təmin etmək üçün yuxu rejimini qaydasına salmaq əsas və ilk şərtlərdən biridir.
• Yuxu pozğunluğu müxtəlif səbəblərdən yarana bilər. Bu səbəblərdən biri də düzgün qidalanmama ilə bağlıdır. Xüsusilə yatmazdan əvvəl qəbul edilən qidaların yuxuya birbaşa təsiri var. Aşağıdakı qidalar isə yuxumuza haram qatan ərzaq məhsullarıdır:
Tünd şokolad – ürək döyüntülərini artırır, yuxusuzluğa səbəb olur.
• Ət məhsulları – bu məhsulların tərkibində olan zülal həzmi gecikdirir və orqanizm yatmaq əvəzinə qəbul edilən qidanın həzmi üçün çalışır.
• Pomidor – amin turşusu beyin fəallığını stimullaşdırır və sakit yuxunu pozur.
• Qazlı içkilər – kofein və natrium беnзоат dərin yuxu üçün əks göstəricidir.
• Qəhvə – bu ümumiyyətlə bütün gecənin yuxusuzluğuna səbəb ola bilər.
• Kərəviz – təbii sidikqovucu olduğundan gecə bir neçə dəfə durmağa məcbur edir.
• Yağlı və qızardılmış yeməklər – bu cür qidalar nəinki yuxuya haram qatır, həm də bütövlükdə orqanizmə mənfi təsir göstərməklə bir çox xəstəliklərin səbəbi olan piylənməyə gətirib çıxarır.
• Yağlılıq dərəcəsi yüksək olan ağartı məhsulları – yatmazdan qabaq bu məhsulların qəbulundan da imtina etmək tövsiyə olunur.
• Mütəxəssislər tövsiyə edirlər ki, günün sonuncu qida qəbulu yatmazdan iki saat əvvəl olmalıdır. Daha yaxşı olar ki, axşam saatlarında qida rasionuna yüngül yeməklər, kefir, yağlılıq dərəcəsi az olan kəsmik və süd, sıyıqlar, alma, banan, soyutma quş və dana əti daxil edilsin.
• Bəzi insanlar səhər və günorta yeməklərini ayaqüstü edib əsas yeməklərini axşama saxlayırlar. Bu cür qida rejimində olanlar elə düşünməməlidirlər ki, dəyişiklik etmək mümkünsüzdür. Cəmisi bir həftə ərzində orqanizmə faydalı olan qida rejiminə uyğunlaşmaq olar və bu insandan çox da böyük iradə tələb etmir.
• Dərin və sağlam yuxuya sahib olmaq üçün yeni qida rejiminə keçid zəruridir. Unutmayaq ki, üzümüzə açılan səhərdə ovqatımızın və əhvalımızın xoş olması yuxumuzun keyfiyyətindən daha çox asılıdır.
• Qida rasionunuza diqqət yetirin ki, yuxunuz şirin, əhvalınız xoş olsun.

LEAVE A REPLY