Avropa oyunları: Azərbaycan qızıl medallarının sayını artırdı

0
3

Avropa oyunları: Azərbaycan qızıl medallarının sayını artırdı

Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatır.

70 kq çəki dərəcəsində Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılıb. 27 yaşlı güləşçimiz bu mərhələdə Maqomedmurad Hacıyevlə (Polşa) döyüşüb. O, hesabda 2:0 hesabı ilə öndə olsa da, 2:7 hesabı ilə uduzub. Hacıyev həlledici mərhələyə vəsiqə qazandığından, Dibirhacıyev təsəlliverici qarşılaşmalara qatılıb.

O, öncə bolqarıstanlı Miroslav Kirovla gücünü yoxlayıb. Görüşü 4:1 hesabı ilə xeyrinə bitirən idmançımız növbəti qarşılaşmada Zsombor Qulyasla (Macarıstan) üz-üzə gəlib və bu döyüşü də xeyrinə bitirib – 4:3.

Dibirhacıyev bürünc medal uğrunda Davit Tlaşadze (Gürcüstan) ilə mübarizə aparıb və yarışı qələbə ilə bitirib. Rəqibini 6:2 hesabı ilə məğlub edən güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bu medal Oyunlardakı 25-ci mükafatımız olub.

LEAVE A REPLY