Donetskdə “France Press”in jurnalisti vuruldu
Ukraynanın Donetsk şəhərinin yaxınlığında “France Press” informasiya agentliyinin jurnalisti Aleksandr Qayuk vurulub.
“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bu barədə Kuybışev rayon administrasiyasının başçısı İvan Prixodkobildirib.
O, dəqiqləşdirib ki, jurnalist ayağından güllə yarası alıb. Onun hazırda xəstəxanada olduğu və həyatına heç bir təhlükənin olmadığı bildirilir.İvan Prixodkonun sözlərinə görə, Donetsk istiqamətindən açılan atəşlə daha iki dinc sakin yaralanıb.
Məlumata görə, Kuybışev rayonunda bir həftə ərzində edilən atəşlər nəticəsində 50 ev dağıdılıb, iki dinc sakin həlak olub və doqquzuyaralanıb.