Tarif Şurası: “Dərmanların qiyməti enəcək”
alt=”Tarif Şurası: “Dərmanların qiyməti enəcək"” title=”Tarif Şurası: “Dərmanların qiyməti enəcək"”
“Bütün apteklərdə qiymətlər eyni olacaq”.
Bunu Tarif Şurasının katibi İlkin Məcidov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimləməsi onların qiymətinin ciddi şəkildə azalmasına gətirib çıxaracaq:
“Buna görə insanlara ona lazım olan ən ucuz dərmanı axtarıb tapmaq üçün apteklərə qaçmaq lazım olmayacaq. Dövlət tərəfindən tənzimlənmə mexanizmi əhaliyə səhiyyəyə xərcləri azaltmağa imkan verəcək”.
O qeyd edib ki, birinci növbədə daha çox tələbat olan dərmanların vahid qiymətinin müəyyən olunması nəzərdə tutulub. Təxminən, 4.500 adda dərman vasitəsi dövlət qeydiyyatından keçib:
“Dərman vasitələrinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət olunmalıdır. Səhiyyə Nazirliyi dərmanları dövlət qeydiyyatına alır, dərmanlar dövlət reyestrinə daxil edilir. Daha sonra idxala icazə verən qeydiyyat vəsiqəsi verilir”.
Qeyd edək ki, iyunun 9-dan etibarən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb.