Admiral: “İrana hücum etsə, ABŞ məhv olar”
“Vaşinqton heç vaxt İrana hücum etməyə cəhd göstərməyəcək”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Hərbi Dəniz qüvvələrinin admiralı Əli Fadavi çıxış edib.
Onun sözlərinə görə, Ağ Ev anlayır ki, ABŞ-ın bu addımı onun məhvinə gətirib çıxarar:
“İranın dəniz şəraiti onun təhlükəsizliyinə zəmanət verir. Bizim düşmənlərimiz İranın hərbi uğurlarından xəbərdardırlar. Buna görə də onlar hərəkət etmək istəmirlər”.