Əsgərin gündəliyi

Zaur Muradxanlı
Əsgərin gündəliyi

(Əvvəli ötən saylarımızda)

-Şükür Allahıma səsini əşitdim, daha da yaxşı oldum. Sən nəcəsən, darıxmırsan ki?
-Bunu soruşarlar? Ələ bilirəm illərdi gətmisən…
-Darıxma, canım mənim, dönəcəm, sənin üçün dönəcəm, nə olursa olsun dönəcəyəm.
-İndi hardan zəng vurmusan?
-Yaxşı oğlanlar hər yərdə var, əsgər yataqxanasından. Atamın otəlindəki nömrədən zəng vurmayacam ki.
-Əsgərliyini orda ədəcəksən? Hər gün danışa biləcəyik?
-Hələ həç nə bilmirəm, quzum. Onu sabah biləcəyəm. Burda qalası olsam, sabah ərkəndən sənə zəng vuracam. Başqa hissəyə aparsalar onda ya nəsib, ya qismət…
-Ələ danşma…
-Sən başını sal aşağı, dərsini oxu. İl tamam olmaz gələcəm səni görməyə.
-Ay Allah, doğurdan?
-Həç yalan dədiyimi görmüsən?
-Bəs nəcə?
-Bir yolunu tapacağam. Sənsiz yaşaya bilmərəm, ölərəm mən. Bilirsən, quzum, nəcə darıxıram sənsiz? Səni istəyirəm, əlindən tutmaq, saçlarını oxşamaq…
Danışa-danışa qovuşdan çıxıb koridorun o başına gətmiş, səsini kimsələr duymasın, dəyə astadan danşırdı, sanki nəfəsi tutulacaqdı, təngənəfəs olmuş, kəşik-kəsik nəfəs alırdı.
-Bilirsən, Rumu, cəmi üç gündür ki, səni görmürəm, amma həsrətindən ölürəm, səni qucaqlamaq, doyunca öpmək, saçlarının qoxusun içimə çəkmək isdəyirəm, başa düşürsən, Rumu?
-Eli… səs uzandı, uzandı. Titrək şam işığı kimi xətlərdə əridi… Eli…
-Hə, canım mənim, sən istəmirsən?
Bu dəfə Elxanın səsi titrək və ehtiras dolu idi.
-İstəyirəm…
Danışdılar dəqiqələrcə, Elxana elə gəlirdi ki, indi başlayıblar söhbət eləməyə, amma artıq telefonun batareyasının bitməyə başladığını bildirən siqnaldan belə xəbəri yox idi. Əslində iki-üç dəfə siqnal səsi duymuşdu duymasına. Amma Rumusunun səsindən başqa bütün səslər pəncərəyə vurub tökülən qar dənəcikləri kimi beyninə dəyib geri qayıdırdı. Bir ara kiminsə əlini çiyninə qoyduğunu hiss etdi, başını çevirdiyində Rizvanı gördü:
-Əli çağırır.
-Oldu, sağollaşım gəlirəm. Yenidən telefonda onu gözləyən Rumusuna döndü:
-Quzum sağollaşmaq lazımdı, batareya bitir, həm məni çağırırlar. Əsgər oldun belədi də, neyləmək olar, özündən muğayat ol, canım mənim, səni özünə, özünü də Allaha əmanət edirəm sağlıqla qal, öpdüm.
Rumusunun ona olan diləklərini eşitməyə vaxt tapa bilmədi, çünki batareya bitmiş, telefon qapanmışdı.
Qovuşlarına döndüyündə Əli çarpayısında uzanmışdı. Əynini soyunmamışdı, sadəcə papağı başında deyildi. Sol ayağını çarpayının birinci qatının dəmirinin üstünə qoymuş, sağ ayağını yerə sallamışdı. Əlindəki siqaretdən arabir nəfəs tüstü alır, elə o vəziyyətdə də çağırışçılara komanda verməyə davam edirdi. Yat! Bir neçə saniyə gözləyib komandanı dəyişirdi: olmadı!
Siyaqutdan olan çağırışçılarsa ən azından bu gecəni rahat yata bilmənin verdiyi məmnunluqla yataqlarına girmiş, hər nə qədər səs-küy içində olsa belə, rahat bir yuxuya dalmışdılar. Əliyə yaxınlaşıb telefonu uzatdı və təşəkkür etdi:
-Sağ ol, Allah razı olsun səndən, amma batareya bitdi. Üzürlü hesab elə. Bu bəlkə də mənim son danışmağımdı.
-Canın sağ olsun, birlikdə gəldiyiniz uşaqları da qaldır hazırlaşın. Dedi və çağırışçılara son komandasını verdi:
-Sağa dön! Gözünü yum! Yat! Ardınca əlavə etdi:
-Birinizin səsi çıxsa səhərə kimi plaşda şaqat edəcəksiniz! Ardınca da yağlı bir söyüş. Sonra yenidən üzünü Elxana döndü.
-Sizi burdan aparacaqlar. Səni Şərura o biriləri Culfaya. İndi təyyarə gəlir .içi gənc əsgər dolu, aeroporta qarşılamağa gediblər, enən kimi Rizvan beşinizi də ora aparacaq.
Elxan eşitdiyi bu xəbərdən xeyli məyus olmuşdu. Onunçun əlbəttə burda qalıb xidmətinə davam etmək daha sərfəli idi. Qardaşı ilə eyni hərbi hissədə xidmət edəcəkdi ki, bu ələdüşməz fürsətdi. Ayrıca burda qərargahda kompyuter operatoruna ehtiyac olduğunu öyrənə bilmişdi. Onun da kompyuterdən bir az başı çıxdığından gənc əsgər dövrü bitdikdən sonra orada gününü keçirməyi, əsgərliyinin sonunun gəlməsini gözləməyi düşünürdü. Amma indi əlinin bu yersiz xəbəri onun ümidlərini alt-üst etməyə kifayət etmişdi. Siyaqutdan olan çağırışçıları yuxudan qaldırdıqdan sonra Əli ilə sağollaşdı. Qovuşdan çıxdıqlarında Əli: -Murada sözün-savın,-dedi. Ayın sonuna ön xəttən dəyişəcəklər onları, gələcək bura. Nə deyim?
-Salam-dua deyərsən, bir də mənim üçün öpərsən.
Binadan çıxdıqlarında onları kapitan formalı bir zabiq qarşıladı. Adlarını oxuyub, şəxsiyyətlərini əlindəki siyahı ilə dəqiqləşdirdikdən sonra sıraya düzüb bitişik sayılacaq qədər yaxınlıqdakı aeroportun inzibati binasına doğru apardı. Çatdıqlarında gənc əsgərləri gətirən təyyarə enmiş, iki yüzə yaxın gənc inzibati binanın önündə sırada gözlədilərək adları oxunur, adı çəkilən hər gənc üç müxtəlif tərəfdə durmuş zabitlərin yanına yönləndirildi. Elxanı göndərdikləri zabitin yanına toplananların Şərura gedəcəyini anladı, çünki hələ bayaq Əli hardansa öyrəndiyi xəbəri, Şərura göndəriləcəyi xəbərini vermişdi. Siyaqutlular keçən tərəfdə toplananlarsa Culfaya gedəcəkdilər, bunu da bilirdi. Digər tərəfdə yığılan əsgərlərsə, ya şəhərdəki hissələrdən birinə, ya Şahbuza göndəriləcəkləri açıq idi. Çünki başqa yerdə hərbi hissə yoxuydu.
Onları “Kamaz” markalı heyət daşıyıcı avtomobillərə doldurub yola çıxardılar. İki-üç saatlıq yolçuluqdan sonra maşın bir hərbi hissənin önündə dayandı. Bunu nəzarət buraxılış məntəqəsində bir-biriləri ilə danışan və komandirlərinə məruzə edən əsgərlərin səsindən anladılar. Əyləşdikləri yerdən çölü görmələri mümkün deyildi. Çünki kamazın brezent örtüyünün arxası çəkilib bağlanmışdı. Avtomobili bir neçə dəqiqə gözlətdikdən sonra içəri buraxdılar. Yüz metrə qədər irəlilədikdən sonra avtomobil dayandı. Zabitlərdən biri gəlib brezenti açdı, içəri boylanıb çağırışçıları hayladı: -Cəld olun, tökülün aşağı!
Tələm-tələsik yük yerinin arxasından aşağı atlandılar. Maşının yan tərəfinə keçib orada düzülüşdülər. Amma düzülüş qeyri-nizami idi və daha çox qoyun kürnəşini xatırladırdı.Çağırışçılar dəvikmişdilər və maraqlı gözlərlə dörd bir yanı seyr edirdilər. Doğrudur, hələ gecəydi və yol kənarlarlarında zəif işıqlarıyla ulduz kimi sayrışan elektrik lampalarının güclə aydınlatdığı hərbi hissə ərazisindəki bu yatmış filə bənzəyən böyük qaraltılar xaricində bir şey seçmək mümkün deyildi. Amma sabah olunca bu hissənin nə qədər böyük və geniş olduğunun fərqinə varacaqdılar.
Bura Naxçıvan korpusunun ən böyük motoatıcı briqadalarından birinin dislokasiya rayonu idi. Hələ Sovet dönəmində tikilmiş və o vaxtlar Sovet ordusunun motoatıcı alaylarından birinə xidmət etmişdi. Qıvraq kəndinin cənub qərbində yerləşirdi. Amma daha sonralar məskunlaşmanın artmasıyla hərbi hissə hər tərəfdən kənd camaatının yaşayış evləri ilə əhatə olunmuşdu. Hərbi hissənin disloksasiya rayonu təxminən iyirmi hektara yaxın ərazini əhatə edirdi. Hələ bu ümumi hasarın içindəki ərazidən kənarda ehtiyat yanacaq anbarı, cənub və şimal tərəflərdə isə birər fin evlərindən ibarət şəhərcik vardı. Dislokasiya rayonunun üç nəzarət buraxılış məntəqəsi vardı ki, bunlardan ikisi hərbi hissənin şimalında, digəri isə maşın texnika parkının şərqində, yerləşirdi.
Onları sıraya düzüb “sola dön” komandası ilə qərargahın geniş konfrans salonuna aparıb doldurdular. Bura işıglı və geniş bir zaldı. Gecədən xeyli keçməsinə, hətta dan yerinin ağarmasına baxmayaraq çağırışçılarda nə yatmaq istəyi vardı, nə də yorğunluq. Yəni əsgər olmanın həyəcanı fiziki gərginliyi silib-süpürmüşdü.
Elxan bu yeni-yeni uşaqlarla tanış olarkən anidən gözü bir oğlana sataşdı. Ay allah, bu Üzeyir deyil?-deyə, keçirdi içindən. Yaxınlaşıb soruşmaq istədi, göz-gözə gəldilər və bir-birilərini tanıdla. Qucaqlaşıb öpüsdülər, hal-əhval tutdular.
Elxan onu köhnə iş yerindən tanıyırdı. O, veteran qəzətində çalışırdı, Üzeyirin atası Abbas müəllim qəzetin baş redaktoru idi. Elə Üzeyirlə də bir-iki dəfə qəzətdə qarşılasmışdılar. O, hündürboy, ağbəniz, qaraqaş-qaragöz oğlan idi. Bir az hal-əhval tutub söhbət etdilər, ordan- burdan danışdılar. Bu arada balacaboy, sısqa bir oğlan yaxınlaşıb Üzeyirdən haralı olduğunu soruşdu. Üst-başı yaxşı deyildi. Yoxsul ailədən gəldiyi bəlkə də ailəsinin olmadığı hər halından bəlli idi. Dişləri qaralıb çürümüş, bir çoxu ovulmuşdu. Gözləri bir yerdə durmur, civə kimi oynayırdı. O özünü təqdim edib əlini uzatdıqda Elxan da yarıkönül əl verib görüşdü, zorla gülümsəməyə çalışdı. Bəlli etməməyə çalışsa da, bu tanışlıqdan heç də məmnun deyildi.
Səhər yeməyinin vaxtına kimi çağırışçılar burda qaldıqdan sonra burdan çıxarıldılar. Öncə qapı-pəncərəsi sınıq-salxaq, tam bir xaraba görüntüsü verən ümumi əlüzyuyana gətirildilər. Burda yuyunduqdan sonra isə nahar üçün yeməkxanaya aparıldılar.
Artıq gerçək əsgərliyin başlandığını hiss edirdi. Doğrudur, əsgərlik ona eyni çağırışçı olduğu altı yüz səksən nəfərdən daha asan olacaqdı. Bununla belə adı üstündə əsgərlik əsgərlikdi və hər əsgər üçün çətinlikləri vardı. Bu da ilk növbədə ciddi nizam-intizam və hərəkət azadlığının məhdudlaşdırılması deməkdir. Ayrıca Sovet ordusundan qalma bəzi pis alışqanlıqlar hələ də davam edirdi. Məsələn, yeni əsgərlərin tərxis vaxtı çatan əsgərlər tərəfindən incidilməsi, (buna qısaca olaraq “dedavşina” deyirdilər) və sairə kimi. Amma onun şansı yavər gedirdi. Elə ilk gündəncə yeni əsgər (qarantin) rəisi Zaur Məmmədovun kargüzarı təyin edildi. Bu onu sıra meydanında yanvarın soyuğunda sabahdan axsama qədər sürən silahla və silahsız sıra təlimlərdən qurtardı. Axşama qədər işi sadəcə bir-neçə səhifə yazı ilə məşğul olmaq, günün qalan vaxtını isə türklərin gənc əsgər bölüyü üçün bağışladıqları, amma qarantin rəisinin öz otağına yığıb hər axşam birini evinə apardığı onlarca qutu konfetdən yeyə- yeyə, pəncərədən yoldaşlarının təlimlərini izləməkdən başqa bir şey deyildi. Doğrudur, o qutulardan hansınısa açıb kənara qoymamışdı, hərdən birinin içindən beş-altı ədəd konfet götürürdü və beləliklə Zaur Məmmədovun da ruhu da inciməmiş olurdu.
O gecə “yat” komandasından bir saat sonra gələr, çünki bu vaxtlar çavuşların yat-qalx təlimləri və digər əzazillikləri bitmiş olurdu, sabah idmanı və səhər yeməyindən sonra bölüklə birgə səhər yoxlaması üçün sıra meydanına gələr, hər kəsə dərs yerlərinə hərəkət əmri verildiyində isə icazə alıb sıradan çıxar və öz otağına, gənc əsgər bölüyünün yerləşdiiyi üç mərtəbəli yataqxananın ikinci mərtəbəsinə qalxardı. Bu olduqca rahat və qayğısız keçən əsgərliyin ilk günlərində onun ürəyini bulandıran, diksinməsinə səbəb olan sadəcə bir şey vardı. Bu da sıra meydanında səhər yoxlaması üçün düzüldüklərində cəmisi on dəqiqə belə Araz və Ağrı dağdan vuran şiddətli ayaza dözə bilməyən fiziki cəhətdən zəif əsgərlərin ürəyinin keçməsi, ən pis tərəfi isə gənc əsgər bölüyü düzülüş yerindən çəkildikdən sonra onların bayaq düzüldükləri yerdə asfaltın bəlğəm qarışıq tüpürcəklərdən göyümtül yaşıl rəngə boyanması idi. Bütün bunlar onu diksindirirdi. Amma bununla belə xaraktercə macərapərəst insan olduğundan əsgərliyin onu çəkən tərəfləri daha çox idi. Günlər keçdikcə qarantin rəisinin otağında keçirdiyi zaman onu sıxmağa başladı. Arabir gəlib mənsubu olduğu tağımın əsgərlərinə qarışmağa, təlimlərdə iştirak etməyə başladı. Sanki silahda və uniformada onu çəkən bir şeylər vardı. Doğrudur, hələ nə hərbi hissənin yemək saatlarına, nə də normal ayaqabıdan daha sərt olan əsgər çəkməsinə alışa bilməmişdi. Amma olsun, o yenə də bunları sevirdi və artıq ikinci mərtəbədə oturub konfet yeyə-yeyə yoldaşlarını izləmək canını sıxmağa başlamışdı.
Tezliklə andiçmə mərasimi gəlib çatdı. Bu yeni əsgər dövrünün bitməsi demək idi. Andiçmədən sonra bütün çağırışçılar ya müxtəlif taborlara bölündülər, ya da korpus daxilindəki digər hərbi hissələrə göndərildilər. Yerdə qalanlar isə kursa göndərildilər. Bu snayper, qumbaraatan, dəzgahlı əl qumbaraatanı və sair təlim tağımlarından ibarət idi. Elxan dəzgahlı əl qumbaraatanı kurs taqımına düşmüşdü. Əslində bunu özü istəmişdi. Hələ o vaxt bu silah haqqında təsəvvürü yox idi. Kurs zabiti sıranın önünə gəlib müxtəlif silahlardan təlim keçmək üçün əsgərləri seçirdi. Barmağı ilə onu işarə edib sıradan çıxmasını istədi.

Ardı var…