Nazpəri Dostəliyevanın ölkəni tərk etməsinə qadağa qoyuldu
Xalq artisti Nazpəri Dostəliyevanın ölkədən çıxmasına qadağa qoyulub
Bu barədə xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylərqızı məlumat verib. M.Bəylərqızı bildirib ki, hakim Abbas Əliyevin sədrliyi ilə keçən məhkəmə prosesində belə qərar çıxarılıb:
“Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 8 (005)-537/2015 saylı iş üzrə qərara əsasən, Nazpəri Dostəliyevayanın ölkədən getmək hüququ məhdudlaşdırılıb”.
Qeyd edək ki, Nazpəri Dostəliyeva məhkəmədə İlhamə Quliyevaya 25 min manat uduzmuşdu.