Müsəlmanların insanlıq faciəsi

0
1

Müsəlmanların insanlıq faciəsi

Bu gün yer kürəsinin müsəlmanlar yaşayan bir çox yerində, Şərqi Afrikadan Yaxın Şərqə, Fələstindən Əfqanıstana, Şərqi Türküstandan Miyammara qədər geniş və fərqli ərazilər insanlıq cinayətləri, insanlıq faciələri ilə dolub daşmaqdadır. Təəssüflər olsun ki, islam dünyasındakı bu qətliamlara səssiz qalanların, bu suçların birbaşa və ya dolayı yola iştirakçısı olanların əksəriyyəti də elə müsəlman ölkələridir.
Elə qardaş Türkiyəni götürək; on üç illik AKP hökuməti İsrailə və yəhudilərə yaranmağa çalışaraq nəinki bu ölkə vətəndaşlarının Türkiyəyə giriş viza rejimini birtərəfli şəkildə qaldırmışdır. Hətta İsraildə istehsal olunan bütün mal və məhsulların Türkiyə ərazisinə gömrük rüsumu ödəmədən daxil ola bilməsi üçün lazımi tədbirlər də görülüb. Siz baxmayın, Ərdoğanın tribunadan “one minut” deyib, daha tribunadan enməmiş müşavirlərinin üzrxahlıq üçün İsrail təmsilçilərinin önündə müntəzir dayanmasına, heç bir seçki kompaniyası dönəmi daxili siyasətə hesablanmış olaraq Qəzza və Fələstin xalqının İsrail zülmü altında inildəməsindən bəhs edilməsinə də aldanmayın. Çünki Türkiyənin bu günki hökuməti üzdə bir, arxada başqa cür hərəkət etməyə vərdiş etmişdir. Əgər elə olmasaydı İsrailə qarşı bu cür böyük güzəştlər tətbiq olunduğu halda heç olmasa binəva fələstinlilərin viza rejimlərində sadələşdirmə aparılardı. Amma kimdi onları düşünən? Fələstinli Ərdoğana seçkidə fiqur kimi istifadə edib səs almaq üçün lazım idi, yoxsa orta statistik türk vətəndaşı haradan bilsin türk iqtidarının fələstinli ərəblə yəhudiyə qarşı bu qədər ayrı seçkilik tətbiq etdiyini.
Bir Fələstin vətəndaşı Türkiyəyə qanuni yolardan gələ bilmək üçün İsraildə yerləşən türk səfirliyinə müraciət etməli, türk banklarından birində hesab açaraq on min dollar pul qoymalı və yalnız bundan sonra növbəti üç ay cavab gözləməlidir. Fərqi gördünüzmü? Demək ki, seçki qabağı kompaniyalarda əlinə “Quran” götürüb tribunaya çıxana müsəlman demirlər, məzlum qardaşı üçün gerçəkdən ağlayana müsəlman deyirlər.
Və yaxud götürək elə qonşu İranı. Burada qulağımızın dibində, ən böyük düşmənlərimizdən olan erməniləri bəslədikləri bəs deyilmiş kimi, indi də Yəməndə aləmi qatıb qarışdırdılar. Guya Səudiyyə Ərəbistanının cənubundakı bu yoxsul ölkədə tərəfdarları olan husilərin hakimiyyətə gəlməsinə maddi və silah yönümündən kömək etməklə Yaxın Şərqin ən gücl dövlətlərindən olan Səudiyyə Ərəbistanını rahatsız etmiş olacaqlardı. Amma olan elə binəva Yəmən ərəblərinə oldu, bir tərəfdən qanuni hökuməti devirərək ölkədə anarxiyanın yaranmasına səbəb olan terror qruplaşması, digər tərəfdənsə bu qruplaşmanı məhv etməyə çalışan koalisiya qüvvələri arasındakı hərbi əməliyyatlarda canından və malından olan sadə, günahsız insanlar…
Yeri gəlmişkən, elə Yaxın Şərqdən danışarkən Türkiyə-Suriya münasibətlərinə də toxunmadan keçərsək, bölgə insanlarına haqsızlıq etmiş olarıq. Bildiyimiz kimi, Suriyada vətəndaş müharibəsi başlayarkən Türkiyə iqtidarının təmslçiləri Əsad hökumətinin ən çoxu bir neçə aylıq vaxtı qaldığını iddia edirdilər. Lakin bu müsəlman ölkəsində artıq beşinci ilinə girən və yarım milyona yaxın insanın ölümünə səbəb olan vətəndaş müharibəsi təəssüflər olsun ki, nəinki iddia edildiyi kimi qısa müddət ərzində bitməmiş, hətta nə zaman bitəcəyi belə bilinməməkdədir.
Elə bu həftə ərzində AKP-nin Siirt bölgəsindən millət vəkiliyinə namizəd və eyni zamanda da partiyadaxili söz sahiblərindən biri olan yüksək çinli məmuru seçiciləri ilə görüşdə “Özgür Suriya ordusuna” iki min tır silah-sursat göndərdiklərini etiraf edib. Qeyd edək ki, Adanada MİT-in müşayət etdiyi və indiyə qədər də hökumətin “içərisində silah deyil, Türkmənlərə yardım əşyalarının olduğunu iddia edildiyi bəhs edilən tırları durduran prokurorlardan, xatırladaq ki, həmin prokurorlar və əməliyyatda iştirak edən jandarma zabitləri hazırda həbs olunublar və casusluq, dövlət çevrilişinə cəhd və sair maddələrlə barələrində cinayət işi qaldırılıb. Şişmanoğlu bu çıxışdan xəbər tutan kimi vəkilinin vasitəsi ilə vəsatət qaldıraraq həmin AKP-li siyasətçinin ifadəsinin alınmasını və siyasətçilərin sərbəstcə dilləndirdikləri bir olay ucbatından həbsdə yatmaqda olduqlarını bəyan edib. Xatırladaq ki, bu iki min tır silahın İŞİD beynəlxalq terror təşkilatının əli altında çalışan, demək olar ki, onun törəmə şirkəti kimi fəaliyyət göstərən “Özgür Suriya ordusu”na verilməsi faktı Suriyada qanı axıdılan yarım milyon insanın və eləcə də ev-eşiklərindən qaçqın düşən milyonlarca suriyalının günahlarının böyük qisminin AKP iqtidarı üzərinə düşdüyünə işarə edir.
Və yaxud elə islamın qanayan yarası, on illərdir ki, atəşin və qanın durmadığı Əfqanıstanı götürək. Bu ölkə və terror təşkilatlarının birbaşa müdaxiləsi ilə bu gün Pakistanda axıdılan minlərcə günahsız insanın qanı bir gün baiskarları bu qanda boğacaqdır.
İndi, gəlin, dünyamızın başqa bir tərəfinə, müsəlmanların azlıqda olduqları, nəinki vətəndaş, hətta insandan belə sayılmadıqları, hər cür qətl, işgəncə və zülmə məruz qaldıqları Miyanmara gedək. İllərdir ki, bu ölkədə davam edən buddist diktaturası nəticəsində ölkə ərazisindəki Rumənigə bölgəsində yaşayan müsəlmanlar hər cür haqq və hüquqdan mərhum buraxılaraq olmazın müsibətlərə dözməyə məruz qalıblar.
Miyanmar müsəlmanları üçün məsələnin dəhşətli tərəfi burasındadır ki, üz tutub pənah apardıqları ölkələr, bu ölkələr istər Malayziya və ya İndoneziya kimi müsəlman ölkələri olsun, istərsə də Tailand kimi buddist ölkəsi qaçqınlar haqqındakı beynəlxalq konvensiyalara məhəl qoyulmadan, nəinki əldəqayırma qayıqların Çindəki mühacirləri xilas edərək sahilə çıxarmırlar, hətta elə qaçdıqları qayıqlardaca ac-susuz və yanacaqları bitmiş halda dənizdə talehin umuduna buraxılırlar…
Hər gün minlərcəsi ölən və ya dənizlərdə itkin düşən bu insanlarlın suçu nədir? Müsəlman olmalarımı, yoxsa insan olmalarımı?
Bu il havalar qızdıqdan sonra sadəcə Miyanmar müsəlmanlarının deyil, eyni zamanda mütləq əksəriyyəti müsəlman olan afrikalı mühacirlərin də Aralıq dənizini keçməklə İtaliya üzərindən Avropaya daha yaxşı həyat üçün ölüm yürüşü adlandırılan köçləri başlayıb. Afrikada müxtəlif qaçqın düşərgələrində gələcəkdən heç bir ümid olmadan yaşayan on minlərcə insan tacirlərinə minlərcə dollar, bu pulu tapa bilmədikldə isə orqanlarını verərək əvəzində insanca yaşaya biləcəkləri bir ölkəyə getmək umudu ilə yola çıxırlar. Təəssüflər olsun ki, bu ölüm yürüşünə çıxanların əksər hallarda təxminən yarısı umid etdikləri gələcəkləri görmədən, o gözəl həyatı dadmadan ya sularda boğulur, ya da aclıq və xəstəlikdən ölüb gedirlər.

Nihat

LEAVE A REPLY