Finlandiya Rusiya ilə müharibəyə hazırlaşır
İngiltərənin məşhur “The Telegraph” qəzeti Finlandiyanın 900 min nəfərdən çox hərbçisinin döyüş üçün hazırlıq keçdiyini yazıb.
Qəzetin yazdığına görə, qonşu Rusiya ilə artan gərginlik səbəbindən Finlandiya ordusu döyüş vəziyyətinə gətirilir və bu məqsədlə ölkədən kənarda yaşayan finlilərə də bildirişlər göndərilir.
Ölkədən kənarda olan vətəndaşlara təlimlərə qatılmaq üçün son bildiriş bir neçə gün bundan öncə göndərilib.
Finlandiya Ukrayna ilə bərabər Rusiya ilə ən uzun sərhəd xəttinə malik olan ölkədir.