“ Həm Gürcüstanda, həm də Azərbaycanda milli dövlət anlayışına yanaşmada ciddi xətalar var”

0
9

“ Həm Gürcüstanda, həm də Azərbaycanda milli dövlət anlayışına yanaşmada ciddi xətalar var”

Zəlimxan MƏMMƏDLİ: “Narahatlıq doğuran bir şey varki, Zəlimxan Məmmədli, müxalifətçi və Milli Azadlıq Həhəkatınnan gələn bir adam, orda 30-40 min insanı bir yerə yığır, bu nədir görəsən?”

Bir müddət öncə Gürcüstan hakimiyyəti tərəfindən, Bakıda fəaliyyət göstərən Borçalı İctimai Birliyinin sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədlinin, bu ölkəyə girişinə yasaq qoyulması haqda xəbərlər mətbu gündəmin əsas xəbərlərinnən biri kimi cəmiyyətə təqdim olunsa da, sonralar sanki məsələ unuduldu. Qonşu və dost ölkənin bu addımından sonra nələrin olduğu və hələ də həll oluna bilməmiş bu promlemim hansı mərhələdə olduğunu öyrənə bilmək üçün, Zəlimxan Məmmədli ilə görüşdük.

– Zəlimxan bəy, Siznən görüşməyəli bir az çox oldu, nə var nə yox ?

– Allah razı olsun, Səni də gördüm, çox məmnun oldum. Gərək ki bilə vəziyyətdə, “həmişə azadlıqda” deyillər eləmi ?

– Elə deyillər.

– Amma Sən orda da azadlıqdaydın. O zindanda belə ruhu azad olanlardansan sən.

– Mənim üçün hər zaman belə olub və mənin həbsxanada olmağım birinci dəfə deyil. Mən əvvəl də həbsxanaları görmüşəm. Yəni, bilirsiniz 4-5 il öncə də, elə indiki kimi sifarişlə və siyasi motivlərlə həbs edilmişdim. Ondan başqa, lap gənclik çağlarımda da həbsxana sistemində, əvvəl əsgər, sonra da əməkdaş kimi, üst-üstə 10 ilə yaxın xidmətdə olmuşam. Mən hər zaman, lap elə Sovetlər dönəmində də belə düşünürdüm ki, məmləkətin ən azad yeri elə həbsxanalardı. Həm də bütün hallarda həsxanaya düşən insanların hamısının azadlıq problemi var. Çünki mövcud rejimlər və sistemlər onları müəyyən səbəblərdən qəbul etmir və bu da əksər hallarda həbsxanaya qədər gedib çıxa bilir. Zəlimxan bəy, Sizin Gürcüstana girmək, yəni Borçalıya getmək qadağanız hələ qalır ?

– Hələ qalır, bəli.

– Sizcə yox yerdən belə bir qərar niyə çıxmalıydı və bu haqda Sizin öz fikriniz, ya da versiyanız nədən ibarətdi?

– Məncə həm Gürcüstanda, həm də Azərbaycanda hələ də milli dövlət anlayışına yanaşmada ciddi xətalar var. Yəni, əski Sovetlər birliyində olan yanaşma və idarəetmə sistemi mahiyyətcə qalmaqdadı, ya da hər iki ölkədə bunun belə qalmasını istəyən qüvvələr var və nə yazıq ki, onlardan həm də hakimiyyətdə də təmsil olunanlar var. Amma dünya da dəyişir və deklorasiya olunan yolumuz da, yönümüz də guya demokratik dünyaya, Avroatlantik məkana tərəfdir. Deyim ki, bizim fəaliyyətimiz boyunca təklif elədiyimiz, sadəcə olaraq, mədəniyyətlər arası dialoqdur. Mədəniyyətin daha üstün olduğunu, mədəniyyətlərim daha rahat dil tapa biləcəyini ortaya qoymaq istəyimiz var ki, Avropa ailəsində də etnik ayrımçılıq daha çox mədəniyyətlər arası dialoqla kölgələnir. Amma bizdə, qoyduğumuz tədbirlər vasitəsi ilə,yüz illərdi ki orda yaşayan insanlarımızın, Borçalı türklərinin ümumu Gürcüstan cəmiyyətinə rahat inteqrasiyasını təmin etməyə çalışırıq. Bunun üçün də, ilk növbədə ordakı soydaşlarımızın min illərə dayanan mədəniyyətini özünü ortaya qoymaqla, bu inteqrasiyanın uzlaşdırılma mexanizmlərinə qoşmağa cəhd edirik. Sadəcə bu gedişatda ortaya çıxan o oldu ki, əvvəlki bir çox mənfi tendensiyalar indinin özündə də davam eləyir. Yəni əvvəlki Sovetlər birliyində bir mərkəzi dövlət var idi və digər milli azlıqlar da onların alətləriydi. Amma bunun azad şəkildə söz deməsi, icmalaşması, “mən də varam” deməsi, ictimai-siyasi proseslərə aktiv müdaxilə eləməsi, bəzi yerlərdə seçkili hakimiyyət orqanlarında təmsil olunması və yaxud da ona cəhd eləməsi, əlbəttə ki, mərkəzi hakimiyyətlərin maraqlarına uyğun görünmür. Bu da, hər iki dövlətin özündə bir cür təzahür etsə də, mahiyyətcə eyni şeydir. İndi mən Azərbaycan cəmiyyəti haqqında danışmayacam, çünki burda hər şey aydındır. Azərbaycan cəmiyyəti indi o qədər eybəcərləşdirilib ki, bundan sonra Azərbaycan cəmiyyətinin cəmiyyətləşməsi və hər kəsin öz yerini tapması üçün görünür hələ xeyli zamana ehtiyacımız olacaq. Amma Gürcüstan bu mənada, bizdən bir az öndə görünür. Lakin öndə olmasına baxmayaraq, Grcüstan hakimiyyəti, hələ də milli azlıq olaraq bizim o dövlətin işində boy verməyimizi, konstutision hüquqlarımızdan tam şəkildə istifadə edə bilmək istəyimizi sindirə bilmir. Və bizim orda keçirdiyimiz tədbirlərin fəlsəfəsində, Gürcüstandakı soydaşlarımızı daha aktiv eləmək, onları Gürcüstan dövlətinin maraqlarına zərrə qədər də xələl gətirməyə yonəltmədən, Ana Yasada olan hüquqlarının tam əldə olunması var. Əgər “çağdaş dünya dövlətiyəm” deyən bir ölkənin hakimiyyəti bunu qəbul eləmirsə, demək təfəkkür köhnədir və bu təfəkkür yenilənməlidir, biz bir-birimizə etimad göstərməliyik. İndi də bu problemin ortaya çıxmasının əsas səbəblərindən biri, bax bu etimad mühitinin olmamasından qaynaqlanır. İki dövlətin siyasi arientasiyasında ciddi fərqliliklər var və bu da artıq göz önündədir, getdikcə də daha qabarıq şəkildə nəzərə çarpır. Bütün bunlar da mənim barəmdə belə bir absurd qərarın ortaya çıxmasına ciddi təsir edən amillərdir. Hər iki tərəfdədə narahatlıq doğuran bir şey varki, Zəlimxan Məmmədli, müxalifətçi və Milli Azadlıq Həhəkatınnan gələn bir adam, orda 30-40 min insanı bir yerə yığır, bu nədir görəsən? Bunun fəlsəfəsini aça, kökünü tapa bilmirlər. Və o da, təbii ki, sonda həm ora həm də bura üçün bir qorxu mənbəyinə çevrilir.

– İki dövlətin xəttindən danışdınız. Ən azı, görünən səviyyədə bu belədir ki, Gürcüstan hakimiyyəti, müxalifətdə olub-olmamasındam asılı olmayaraq, ictimai aktiv bir Azərbaycan vətəndaşının, həm də hazırkı durumu etibarilə yarım milyonluq Gürcüstan azərbaycanlılarını təmsil edən bir şəxsin öz ölkəsinə girişinə yasaq qoya bilmək qərarı alan zaman, Azərbaycan hakimiyyətinin reaksiyasından, bir az da olsa, çəkinməliydi. Sizcə bu niyə baş vermədi ki?

– Mən də onu söyləyirəm. Mən bir dövlətin vətəndaşıyam, özü də sıra nəfəri olmayan bir vətəndaşı. Həm də çox ciddi layihələr həyata keçirməklə məşğulam. Belə bir vəziyyətdə mənim haqqımda o ölkəyə buraxılmamaq haqqında qərar verilə bilməsi, heç bir halda mənim dövlətimə baş ucalığı gətirmir. Ən azı bu nəzərə alınmalıdı. İkincisi də, əgər bu iki dövlət və onların rəhbərləri arasında çox səmimi münasibətlər mövcuddursa, o zaman belə bir qərarın verilməsini anlamaq çətindir. Özü də tam məsuliyyətimlə deyirəm ki, indiyə qədərki fəaliyyətimiz dövründə, hətta pıçıltı ilə də olsa, Gürcüstan dövlətini əleyhinə heç bir fikir nəinki söyləməmişəm, heç bu haqda fikirləşməmişəm də. Belə bir halda Gürcüstan tərəfinin bu cəsarəti göstərməsinin kökündə nə durur? Burda bir az dərinə getmək lazımdır. Deməli, belə çıxır ki, Azərbaycan və Gürcüstan dövlətləri arasında ya etimadsızlıq var, ya da bu məsələyə münasibətdə iş birliyi var. Yəni bir daha altını cızaraq deyirəm ki, ortada ciddi etimadsızlıq məsələsi var …

– … ya da ciddi işbirliyi …

– Bəli, ya da ciddi iş birliyi var. Və bu versiyaların hər ikisi barəsində də əsaslarım kifayət qədərdi ki, işin içində onun da, bunun da olduğunu əsasladıra bilim. Daha çox da mənə utanc gətirən bəzi məsələlər var ki, hələlik onları mətbuata açıqlamaq istəmirəm. Bu məsələynən bağlı da Azərbaycan dövlətinin rəsmi qurumları, xüsusən də milli təhlükəsizlik orqanı və onun rəhbərliyi ilə görüşmək iddiam var və orda bir sıra məsələlərə aydınlıq gətirilməlidir.

– Baxın, bu məsələnin lap başlanğıcında mətbuat nisbətən fəal şəkildə prosesə müdaxilə elədi və xeyli gündəmdə saxladı. Amma bunubla belə, nə dövlətin müvafiq qurumları, nə də əksəriyyəti sizin hərəkatdan bəri dostlarınız və mübarizədaşlarınız olan ictimai-siyasi sektorun rəhbərlərindəm məsələyə ciddi müdaxilə müşahidə olunmadı.

– Yox, mən elə düşünmürəm. Əksinə, bəlkə də, hər halda mənə gələn məlumatlardan biri də budur, Gürcüstan tərəfinə belə demişdilər və oranın rəsmi strukturlarında bu rəyi formalaşdırmışdılar ki, Zəlimxan Məmmədlinin Azərbaycan cəmiyyətində elə bir dayağı-zadı yoxdur, siz qərarınızı verin və bununla da hər şey bitəcək. Amma həm Türkiyə, həm Azərbaycan, həm də Gürcüstan içərisində əksər qurumlar bu məsələ ətrafında vahid mövqeyə gəldilər. Ən maraqlı məsələlərdən biri də odur ki, Azərbaycanın siyasi qurumlarının əksəriyyətinin öz aralarında ciddi konfrantasiyalar olduğu şəraitdə, bu məsələdə vahid bir sənədə imza atdılar.

– Doğrudan belə bir şey oldumu?

– Bəli, oldu və bütün siyasi partiyalar, bir-iki partiya xaric, Grcüstan hakimiyyətinin bu qərarını qınayan və belə bir qərarın qeyd-şərtsiz ləğvinə çağıran bir sənədə imza atdılar. O bir-iki partiya da, mən hesab edirəm ki, daha çox subyektiv mülahizələrdən çıxış eliyərək imzadan imtina etmişdi və bütün hallarda, mən o partiyaları da xüsusu olaraq qınaq obyektinə çevirməkdən yana deyiləm. Əksinə hesab edirəm ki, istənilən partiyanın bu cür məsələlərə özünəməxsus mövqe sərgiləmək haqqı tanınmalıdı və bu məsələdə də, öz bildiyi kimi hərəkət etmək həmim partiyaların haqqıydı.

– Hansı partiyalarıydı ki ?

– Adamları və təşkilatları öz haqlarını kullandıqları üçün qınamaq olmaz dedim və bu mənada da, hesab eliyirəm ki, ad çəkməyə də xüsusi ehtiyac yoxdur. Amma yenə də deyirəm ki, əksər siyasi partiyalar bu məsələ ilə bağlı Gürcüstan rəhbərliyinə müraciətə qoşulublar. Ayrıca, Azərbaycan dövləti də, rəsmi səviyyədə, yəni Xarici İşlər Nazirliyi Səviyyəsində nota verib və bu da məsələyə yanaşma baxımından, olduqca önəmli bir faktdır. Gürcüstanda fəaliyyət göstərən bizim təşkilatlar və qurumlar, iqtidarda və ya müxalifətdə təmsil olunmalarından asılı olmayaraq, əski və indiki millət vəkillərinin hamısı, bütün media qurumlarının, mədəniyyət mərkəzlərinin rəhbərləri va sair, bir sənədə imza ataraq Gürcüstanın rəhbərlərinə müraciət ediblər. Müraciətlərin hamısında da birmənalı olaraq bildirilib ki, birincisi, Zəlimxan Məmmədli Gürcüstan doğumludur, ikincisi də fəaliyyətində hər hansı destruktiv bir amil olmadığına görə, onun Gürcüstana buraxılmaması, sırf subyektiv amillərlə bağlıdır və sair. Buna görə də Gürcüstan hakimiyyətindən tələb olunur ki, mənim oraya rahat şəkildə gedib-gəlməyim təmin olunsun. Bu biri tərəfdən də Tükiyənin kifayət qədər nüfuz sahibi olan əlliyə qədər sivil toplum quruluşları da belə bir sənədə imza ataraq bəyanat veriblər və Gürcüstan rəhbərliyinə müraciət ediblər. Yəni sualınızın cavabı olaraq deməliyəm ki, bu baxımdan xüsusu olaraq iradlı deyiləm. Mənin özüm də, bir zamanlara qədər, bu məsələnin siyasi müstəviyə daşınmasının əleyhinə olmuşam. Yəni bu məsələnin dinc formada və normal münasibətlər və sakit danışıqlar əsasında həllinə çalışmışam. Amma görünür məsələnin siyasiləşmədən həlli çətin olacaq , həm də ona görə ki, mən özüm də elə lap başından məsələnin siyasi olduğunu bilirdim.

– Yaxşı, bəs bu qədər təqdir olunmalı proseslər niyə, başlanğıcda “Zəlimxan Məmmədliyə yasaq, qadağa,” və sair kimi epitetlərlə məsələni gündəmə gətirən medianın diqqətindən kənarda qalıb? Dövlət səviyyəsində məsələnin belə ciddiyə alınması, bizim siyasi partiyaların məsələyə belə mütəşəkkil müdaxiləsi, gürcüstanlı soydaşlarımızdan ciddi dəstək, hətta Türkiyə cəmiyyətini işə bu cür müdaxil olması son illərdə çox az, bəlkə də heç təsadüf olunmayan məsələdi və bütün binların adekvat formada mediaya yansımaması təəssüf dolu təəccüb doğurur.

(Davamı var)
Söhbətləşdi: Sərdar ƏLİBƏYLİ

LEAVE A REPLY