AXCP-də qiyam gözlənilir…

0
20

AXCP-də qiyam gözlənilir…

Əli Kərimli gəncləri tənqid edir.

Ötən günlərdə AXCP-dən çıxarılmış üç gəncin yenidən partiyaya bərpa edilməsi Əli Kərimlinin mövqeyini bir qədər zəiflətmişdi. Bununla razılaşmayan AXCP sədri və tərəfdarları qisas gününə hazırlaşırlar. Müsavat partiyasında Vurğun Əyyub kimi nüfuzlu şəxslərin rayon təşkilatlarının qərarına əsasən partiyadan çıxarılması Ə.Kərimlini də ruhlandırıb. Aldığımız dəqiq məlumatda deyilir ki, AXCP sədri partiyadaxili demokratiya arzu edən hər kəsi AXCP-dən qovmaq hazırlığına start verib.
Belə ki, Ə.Kərimli rayon təşkilatlarına məxfi göstəriş verib. Onun göstərişinə əsasən AXCP sədrinə birmənalı tabe olmayan hər bir AXCP üzvü təşkilatdan çıxarılmalıdır. Bu sırada AXCP üzvü olan gənclər çoxluq təşkil edəcək. Bir neçə qocaman cəbhəçinin də həmin sırada yer alacağı istisna olunmur.
Məlumatda həm də vurğulanıb ki, qarşı tərəf də hazırlıq tədbirlərinə başlayıb. AXCP-dən çıxarılacaq gənclər də Ə.Kərimlinin ifşa olunması üçün sərt tədbirlərə əl atacaqlarını bəyan ediblər. Həmin tədbirlərin sırasında AXCP sədrinin yaşadığı mənzilin qarşısına kütləvi etirazlar keçirmək, onun qatılacağı tədbirləri boykot etmək də nəzərdə tutulub. Görünən odur ki, AXCP-dən qovulmalar Müsavatdakı kimi sakit qarşılanmayacaq. Baş verənlər seçki ilində Ə.Kərimli üçün yaxşı heç nə vəd etmir.
Məlumat verən mənbə onu da qeyd edib ki, AXCP-dən çıxarılacaq fəaların tərəfdarları da kütləvi istefalara əl atacaqlar.

Qüdrət

LEAVE A REPLY