Avropa İttifaqı bizə lazımdırmı?
Avropa İttifaqının iki aspekti var: siyasi və iqtisadi. Avropa İttifaqı demokratik əsasların, insan hüquqlarının, mətbuat azadlığının cəmiyyətə maksimum inteqrasiyası prinspləri əsasında qurulur. Bu, sözdə belədir. Lakin əməldə tam başqa mənzərə yaranır. Avropada istənilən antiqey mitinqləri amansızcasına polis tərəfindən dağıdılır. 2014-cü ilin fevralında AŞ binası qarşısında metallurgiya sənayesi işçilərinin mitinqi qaz, rezin güllələr istifadə olunmaqla amansızcasına dağıdılıb.
Yaxın tarixi hadisələri xatırlayaq: ABŞ və Rusiya arasında şpion qalmaqalı zamanı, demokratik adlanan Avropa ölkələri Boliviya prezidentinin təyyarəsinə hava məkanını bağladılar. Səbəb? Axı Edvard Snouden cinayətkar deyildi? O sadəcə, dünya ictimaiyyətinə ABŞ haqda həqiqətləri çatdırmaq istəyirdi! Budurmu söz azadlığı?
Hazırda Latviya və Litvada Rusiya kanallarının verilişləri dayandırılib. Səbəb kimi isə Rusiya kanallarının təbliğatı göstərilir. Budurmu mətbuat azadlığı? Latviya prezidentinin tərcümeyi-halı ciddi-cəhdlə ictimaiyyətdən gizlədilir, üstəlik də, onun barəsində məbuata gedən materiallar əngəllənir. Budurmu mətbuat azadlığı?
Siyasi aspektlərdən hazırda Azərbaycan üçün ən qəbulolunmaz olanı LGBT hüquqlarının tanınmasıdır. Avrointeqrasiya yolu ilə gedən dövlətlər üçün LGBT hüquqlarının tanınması İCRASI VACİBDİR. LGBT hüquqlarının qorunması haqda sənəd 20 səhifəlik deklorasiyada protokollaşdırılıb ki, deklorasıyanın icrasını Avropa İttifaqının ölkədəki nümayəndələri nəzarət altında saxlayır, hər ay deklorasiyanın icrası ilə bağlı AŞPA-ya hesabat verirlər. İlk baxışdan düşünmək olar ki, LGBT hüquqlarının tanınmasında pis cəhət yoxdur, lakin bu heç də səsləndiyi qədər sadə məsələ deyil.
Problem ondadır ki, kiminsə cinsi azlıq olması ucbatından onun məktəbə, yaxud uşaq baxçasına işə qəbul olumaması da onun hüquqlarının sıxışdırılması hesab olunur. Hazırda ABŞ və Avropada bu əsl problemə çevrilib: hətta cinsi azlıq nümayəndəsini işə qəbul etmədiyinə görə kilsə xidmətinin də cərimə məsuliyyətinə cəlb olunduğu hallar da var! İndi isə təsəvvür edin ki, cinsi azlıq nümayəndəsi sizin uşağın təhsil aldığı məktəbdə müəllimdir, yaxud ən pisi-uşaq baxçasında tərbiyəçi işləyir…
Yaxud sizin hansısa məclisinizə qəsdən onun cinsi azlıq olduğunu bildirən geyimdə gəlir. Qova bilməzsiniz- ona da elə bu lazımdır, Avropa və Amerikada belə hallar artıq cinsiz azlıq nümayəndələrinin gəlir mənbəyinə çevrilib. Qovarsanız, sizi məhkəmə və zərərçəkmişin xeyrinə külli miqdarda cərimə gözləyir.
İqtisadi aspekt nədir? Avropa İttifaqına daxil olacağımız halda (hərçənd mənim buna ciddi şübhəm var, çünki gömrük monapoliyasını əldən buraxmaq istəmirik) bu avtomatik olaraq sərhədlərin açılması deməkdir və dərhal ucuz Avropa mallarının ölkə bazarlasına dolmasıdır. Lakin gəlin əvvəlcə düşünək: ucuz Avropa malları ilə rəqabət aparacaq nəyimiz var? Avtomobilqayırma sənayemiz dərhal iflasa uğrayacaq-ucuz və keyfiyyətli alman avtomobilləri ilə rəqabət apara biləcək istehsal sənayemiz yoxdur. Bizim Avropa bazarına istehsal edib çıxara biləcəyimiz heç bir məhsulumuz olmadığından, Avropa məhsullarının Azərbaycan bazarına yeriməsi ölkədəki istehsal sahələrinin iflası ilə müşayiət olunacaq. Bunun nəticəsində biz işsizliklə üzləşə bilərik və ölkə heç vaxt xammal satmaqdan qurtula bilməz. Bizim yüngül və yeyinti sənayesi mallarımız isə çətin ki, Avropada maraq doğura bilsin. Beləliklə, Avropa İttifaqı Azərbaycan iqtisadiyyatı üçün fəlakətlə bitəcək, buna qəti şübhə etməyin.
GMO istifadəsi və qabaqcıl texnologiyanın tətbiq olunması ilə istehsal olunan Avropa kənd təsərrüfatı məhsulları, kustar üsulla istehsal ucbatından maya dəyəri qat-qat baha olan yerli məhsulları bazardan sıxışdıracaq. Beləliklə, az bir müddətdə Azərbaycan fermeri öz təsərrüffat fəaliyyətini mənfəət əldə edə bilməməsi ucbatından buraxmalı olacaq.
Əlbəttə ki, istehsal və kənd təsərrüfatı sahələrini modernizasiya etmək və yüksək hazırlıqlı mütəxəssislərin cəlb olunması ilə bütün sadalanan sahələrin rentabelliyini artırmaq olar, lakin Avropaya çatmaq üçün bizə təəssüf ki, ən azı onilliklər lazımdır. Üstəlik də, bu fəaliyyətə sərf olunacaq investisiya yatırımlarının həcmini təsəvvür edin… Qeyd edim ki, istehsal sahələrinin optimallaşdırılması həm də infrastrukturun təkmilləşdirilməsini tələb edir ki, indiki bürokratik vəziyyətdə bu kimi fikirlər ən azı fantastika kimi səslənir.
Yaxın vaxtlarda Avrozonaya qoşulan istənilən dövləti götürsək -istər Latviya, istər Macarıstan, istər Litva, Estoniya, yaxud Yunanıstan- acınacaqlı mənzərə ilə qarşılaşmış olarıq: bütün sadalanan dövlətlər Avrozonanın “qəndqabısına” çevriliblər.
Latviya: SSRİ dövründə yüksək keyfiyyətli elektronika istehsal edən respublika hazırda eksporta “Baltika” balıq konservindən başqa heç bir məhsul ixrac edə bilmir. Avropa İttifaqına qoşulandan sonra əhalisi 20 faiz azalıb.
Litva: Əhali 18 faiz azalıb.
Estoniya: Əhali 15 faiz azalıb.
Macarıstan: İşsizlik 40 faizə çatıb, ölkə tez-tez sosial iğtişaşlara bürünür. İş o yerə çatıb ki, əhali üsyan qaldıraraq parlamentin binasını zəbt etmişdi və Avropa İttifaqının bayraqlarını Parlametin binasından küçəyə tullamışdı.
İndi isə özünüz fikirləşin: Avropa İttifaqı bizə lazımdırmı?
Alı Vüsal