“Üstü bəzək, altı təzək”.

0
8

Qüdrət Əzizov

“Üstü bəzək, altı təzək”.

Zaman-zaman bu məsəli tez-tez dilə gətiririk. Belə ki, son zamanlar bu məsəli çəkməyimizə səbəb olan hadisələr çoxalmaqdadır. Bu yaxınlarda yenicə üzlənmiş binalardan birində baş verən yanğın bu məsəli işlətməyimizə bir daha səbəb oldu. Binaların, daha doğrusu köhnə binaların,təmirə köklü dərəcədə ehtiyacı var. Amma bu ehtiyacı yalandan, binaların üzünü zərərli maddələrlə bəzəməklə ödəmək olmaz. Belə etdikdə düşünürlər ki, iş bitmiş hesab olunur.
Zaman-zaman oxuyuruq və daha çox da şahidi oluruq. Kecənlərdə bir mənzərəyə şahid olmuşdum, rayonların birində icra hakimiyyəti elə bilib ki, ölkə başcısı rayona səfər edəcək, tez köhnə binaları üstdən bəzəməyə calışıb. Sonra xəbər tutublar ki,səfər baş tutmayacaq işi yarımcıq qoyublar.İndi binanın bir hissəsi guya ki, düzəlib, üzdən örtük çəkilib, digər hissə isə köhnə və yararsız vəziyyətdədir.
Eləcə də indi şəhər olimpiyada öncəsi binaların örtük hissəsi dəyişdirirlir, bu üzdən bəzək verməkdən başqa heç bir şey deyil. Bu bəzək də, gözəllikdən çox təhlükə mənbəyidir. Belə ki, binaların üzlənməsində istifadə edilən materialın tərkibində alışmağa meyilli maddə var. Ötən günlərdə Zığ şosesində hündü rmərtəbəli bina yandı. Səbəbi isə həmin örtük idi.Çünki həmin örtüyün tərkibində olanlar alışmağa meyillidir və kiçik bir qığılcım düşən kimi alışır. Hazırkı vəziyyət də belədir. Şəhərin mərkəzi küçələrində binalar örtüklənir,lazım olan yerlərə isə asvalt çəkilir.Altından xətt çəkərək deyirəm ki, yalnız “lazım” olan yerlərə yeni asvalt örtüyü çəkirlər. İşdi birdən turistlər həmin yolla getməsə, başqa yolla getmək istəsələr, yəni şəhərin bir çox yerlərindəki çala- çuxurlu, pis gündə olan bir yoldan getsələr necə olacaq? Buna misal olaraq Qara Qarayevi, Neftçilər, Babək prospektlərini deyə bilərik. Hələ sadalanacaq çox yerlər var.
Digər bir cansıxıcı məsələ isə ağacların kəsilməsi, qanunsuz tikililərin tikilməsidir. Ötən gün sosial şəbəkələrdə belə bir xəbər yayıldı ki, Binəqədi rayonu 6-cı mikrorayon ərazisində sakinlər üçün nəzərdə tutulmuş parkda ağaclar kəsilmiş və sakinlərə deyilib ki, fəvvarə tikiləcək. Daha sonra isə burada yaşayış evi tikilib. Ekologiya nazirliyi, Yaşıllaşdırma idarəsi buna necə icazə verir? İcra hakimiyyəti necə icazə verir, hələ də anlaya bilmiş deyiləm. Bu kimi hadisələrə çox rast gələ bilərik. Bu yaxınlarda Əhmədli metrosu yaxınlığında ağaclar kəsilmiş və hazırda həmin yerdə tikinti işləri gedir. Xətai rayonunda son zamanlr bu tip hadisələr tez-tez baş verir.
Olimpiyada öncəsi 50 ölkədən gələcək hər bir şəxs bu şəhəri gəzəcək.Buna görə də şəhəri yalandan bəzəmək yox, həqiqətən lazımı işlər görülməlidir və buna lazım olan vəsait ayrılıb. Necə deyərlər, “üstü bəzək, altı təzək” işlər deyil, xalqımızın xoşbəxt, abad, müasir gələcəyinə yönəlik işlər görək.

LEAVE A REPLY