EYNULLA FƏTULLAYEVDƏN QUBAD İBADOĞLUNA – PROSES DAVAM EDİR !!!

0
5

Bir müddət əvvəl “Virtual.az” saytında Eynulla Fətullayevin imzası ilə dərc olunmuş “ABŞ-ın yeni seçimi – Qubad İbadoğlu” yazısı ilə bağlı, sabiq vicdan məhbusu, tanınmış yazar Sərdar Əlibəyli özünün “Facebook” profilində status paylaşıb. S.Əlibəylinin öz statusunda toxunduğu məqamlar və məsələyə yanaşması bizə də maraqlı göründü və bu səbəbdən də, həmin statusu qəzetimiz vasitəsi ilə yayınlayaraq öz oxucularımıza da çatdırmaq istədik.

EYNULLA FƏTULLAYEVDƏN QUBAD İBADOĞLUNA – PROSES DAVAM EDİR !!!

Eynulla Fətullayevin “ABŞ-ın yeni seçimi – Qubad İbadoğlu” yazısını oxudum. Ciddi dezinformasiya xarakteri daşıyan bu məqalə, əslində, Qubad İbadoğlunu cəmiyyət arasında(xüsusilə də narazı kəsimin) reytinqinin artmasına və hakimiyyətlə mübarizənin bir nömrəli füquruna çevrilməsinə hesablanıb.
Həmçinin də hakimiyyətin digər qanadını Qubad bəyə qarşı sərt addımlar atmağa təhrik edən bu yazının əsas məqsədi, həmim qanadı Qərb və Amerika ilə yeni qarşıdurmalara sürükləməkdi. Yeri gəlmişkən, bir zamanlar Eynulla Fətullayevin özü barəsində də, məhz indi onun Qubad bəynən bağlı yazdığı fikirlər dolaşırdı. Bizim cəmiyyətin də, Qərbin və Avropanın bəzi dairələrinin də bu yöndəki canfəşanlığı, hələ xatirələrdən silinməyib. Amma sonda cənab Fətullayevin harda və hansı ampluada peyda olduğunu da hər kəs gördü. Bütün hallarda qarşıda maraqlı, həm də sürprizlərlə dolu bir zaman var…
Bu ilin parlament seçkiləri, əslndə Azərbaycanda əsas hakimiyyətin taleyi və bu hakimiyyətin kimlərin əlində qalacağı və ya kimlərin əinə keçəcəyi baxımından baş məşq olacaq !

Nicat

LEAVE A REPLY