AKP-nin hakimiyyətə gəlməsinin arxasında olan gizlinlər…

0
5

Sən, nə imişsən AKP?!
AKP-nin hakimiyyətə gəlməsinin arxasında olan gizlinlər…

AKP-nin ortaya çıxma tərzi və 2002-ci il parlament seçimləri öncəsi Ərdoğanın demək olar ki, getdiyi bütün xarici səfərlərdə baş nazirlərə tətbiq edilən dövlət protokolu ilə qarşılanaraq türk ictimaiyyətinə artıq onun Avropa Birliyi ölkələri tərəfindən seçilməmiş baş nazir olaraq tanındığına eyham vurulması, eləcə də birliyin aparıcı orqanları tərəfindən dönəmin türk hökumətinin yeri gəldi-gəlmədi tənqid edilərək seçimlərdən öncə “istənməyən güc” olaraq elan edilməyə çalışılması bəzi düşünməyi bacaran insanlarda, elə türklər demiş, “bayram deyil, seyran deyil, eniştəm məni niyə öpdü” düşüncəsini yaratmışdı. Seçimlərdən dərhal sonra baş nazir Abdullah Gülün Ankarada ABŞ dövlət katibi Kolin Pauellə görüşərək on üç maddəlik gizli sözləşmə imzalaması da dönəmin müxalifət partiyaları və aktiv qeyri- hökumət təşkilatları tərəfindən tənqid olunmuşdu. Lakin xoşlanmadığı heç nəyi görməyən AKP bütün bu tənqidləri nəinki görməzlikdən gəlmiş, hətta onları tənqid edənləri çəkəməməzlikdə ittiham etmişdi. Amma yaxşı ki, tarixin gizli sirləri üzə çıxarmaq kimi bir xüsusiyyəti vardır. Belə ki, aprelin 19-da türk media kanallarından birinə qonaq olan Səadət partiyası başqanı Mustafa Kamalak maraqlı açıqlamalarla türk ictimaiyyətinin diqqətini yenidən AKP-nin quruluş sürəci və bu sürəcdəki Qərb dövlətlərinin iştirakına çəkdi. Mustafa bəyin açıqlamalarına görə bu yaxınlarda türk ictimaiyyətinin tanınmış simalarından olan Əbdürrəhman Karslı bəyanat verərək bildirib ki, AKP qurulmadan öncə onun evində iki toplantı keçirilib. Fransa, İngiltərə və Amerika səfirləri əvvəlcə Əbdürrəhman bəyin evində dönəmin Səadət partiyasının lideri Nəcməddin Ərbakanla görüşərək təkliflərini və edə biləcəkləri yardımları bildiriblər. Belə ki, onlar rəhmətlik Ərbakana deyiblər ki, önümüzdəki parlament seçimlərində, yəni söhbət 2002-ci ilin parlament seçkilərindən gedir, sizə hər cür maddi, siyasi və texniki dəstəyi verərək böyük səs çoxluğu ilə hakimiyyətə gəlmənizi və nəticədə təkbaşına iqtidar olmanızı təmin edəcəyik, lakin bunun qarşılığında sizdən üç maddəlik bir istəyimiz var. Ərbakan bura qədər yaxşı, razılaşdıq, bəs bizdən istədikləriniz nədir?- deyə, soruşduqda isə səfirlər ona:
1. İsrailin bölgədəki təhlükəsizliyi üçün lazımi təbirlər görüləcək və bu tədbirləri daha sonra sizə bildirəcyik.
2. Liberal islam deyimi ilə türk insanının dini və əxlaqi dəyərlərindən uzaqlaşdırılmasına çalışılacaq.
3. Böyük Orta Doğu proyektinə dəstək veriləcək.

Bütün bu tələbləri dinlədikdən sonra Əbdürəhman Karslının evində onunla görüşən, bu üç səfirə qəti etiraz edərək masadan qalxan Ərbakanın partiyası türk siyasi həyatını izləyən hər kəsin bildiyi kimi seçim baryerinin altında qalaraq o dönəm parlamentə girə bilmədi. Yenə Mustafa bəyin bildirdiyinə görə, türk siyasətində zəif halqa, daha doğrusu hakimiyyət ehtirası ilə alışıb yanan birilərini axtaran bu üçlü Ərdoğan və Abdullah Gül ikilisinin üzərində dayanıblar. Onlarla da elə həmin evdə, Əbdürrəhman Karslının evində görüşən üçlü eyni təklifləri irəli sürüblər və Ərdoğan-Gül ikilisindən müsbət cavab alıblar. Sonrası isə məlumdur. Məsələnin maraqlı tərəfi burasındadır ki, barəsində yayılan və sərf etməyən hər şeyi “sizmi biləcəksiniz” deyə ağır və həqarətamiz bir üslubla yalanlayan Ərdoğan Əbdürrəhman Karslının bu açıqlamaları qarşısında hələ də susur. Ayrıca qeyd etmək yerinə düşərdi ki, məsələ ilə bağlı nə bu görüşdə iştirak etdiyi iddia olunan keçmiş prezident Abdullah Güldən, nə də AKP- nin təsisedici digər üzvlərinin heç birindən açıqlama gəlməyib. Bu da bizi Karslının iddialarına inanmağa sövq edən səbəblərdəndir. 2001-ci ildə təsis olunan AKP sürətlə yüksələrək qaynağı hələ də məlum olmayan vəsaitlərlə alınan yardımları seçim rüşvəti olaraq yoxsul kəsimlərə payladı və nəticədə ilk seçimindəcə 34 faizlə təkbaşına iqtidar oldu.
İndi bu ikilinin yaratdığı partiyanın hakimiyyətə gəldikdən sonrakı icraatlarına qısaca nəzər salaq ki, doğurdan da AKP-nin Qərbin əlində kukla olan bir proyekt partiya olub olmadığına qənaət gətirək.

Mən düşünürəm ki, burda öncə AKP-nin qurucularından olan bu ikilinin siyasi keçmişinə qısaca nəzər salmaq lazımdır. Gəlin, əvvəlcə Ərdoğanla başlayaq. İstər onun hələ AKP-nin quruluşundan çox daha öncə bir xarici radio kanalına, həm də altmış səkkiz fərqli dildə yayınlanan böyük bir radio kanalına müsahibəsi zamanı terrorçu başına “sayın” deyə müraciət etməsi və yenə həmin müsahibəsində Türkiyənin terrora verdiyi qurbanlardan bəhs edərkən “otuz beş min kəllə “ ifadəsini işlətməsi, ayrıca Hikmətyarın önündə diz çökərək əlindən öpməsi əlbəttə bu Qərb dövlətlərinin gizli servislərinə çoxdan məlum idi. Burada bir haşiyə çıxaq ki, Ərdoğan baş nazir olduğu vaxt bir şəhid anası tərəfindən bəhs etdiyimiz ifadələrinə görə üç quruşluq mənəvi təzminat tələbi ilə məhkəməyə verilmiş və məhkum olmuşdu. Daha sonra onu məhkum edən hakimin başına gəlməyən iş qalmadı. Nə isə, biz mövzumuza dönək. Ərdoğan sadəcə terrorçu başını tərifləyən, şəhidlərə həqarət edən sözləri ilə tanınmayıb. Onun daha öncəki illərdə də pensilvaniyadakı çıxışlarında demokratiya ilə bağlı söylədikləri diqqətli oxucularımızın xatirindədir. Abdullah Gül də Ərdoğan qədər olmasa da, keçmişdəki söyləmləri ilə Qərbin maraqlı dairələrinin diqqətini çəkə biləcək insanlardan biri idi. Onun Atatürkün türk insanının həyatında həddindən artıq qabardılması, Türkiyədə hər dağın döşünə yazılan “nə mutlu türküm deyənə” sözləri və sair haqqında dedikləri də maraqlı dairələrin gözündən yayına bilməzdi. Üstəlik “Rifah” partiyasının tərkibində siyasətə atılmadan öncə İngiltərədə doktorantura oxuması və ərəb yarımadasındakı İngilis banklarının birində çalışması da onun zəif cəhətlərini öyrənmək istəyənlər üçün məlumat toplaya biləcəkləri önəmli qaynaqlar idi. Və yenə də qeyd etdiyimiz kimi bütün bunlar bölgədə marağı olan dövlətlərin xüsusi xidmət orqanları tərəfindən bilinirdi və o dövlətlərin xarici siyasət qurumları da lazımi məlumatlarla şübhəsiz ki, təmin ediləcəkdi. Biz AKP iqtidarının hakimiyyətə gəlmə sürəci və daha sonrasına baxdıqda səda verildiyi söylənən sözlərin üçünün də əslində yerinə yetirildiyini görərik. Əvvəlcə insanların beynində din və əxlaq qavramlarının necə heçə endirildiyinə baxaq. AKP iqtidara gələrkən üç ana başlıqda toplanmış vədlərlə seçimi qazandı. Bunlar korrupsiya, yoxsulluq və yasaqlarla mücadilə başlıqları idi. Əvvəlcə başörtüsü yasağının qaldırılacağından danışılırdı və həmən olmasa da, nəhayət ictimai həyatın bəzi bölümlərində bu yasaq qaldırıldı. Daha sonralar türk telekanallarında əzan verən və ya dini rituallarda aktiv iştirak edən xanımları göstərməyə başladı. Medianın diqtəsi ilə mühavizəkar türk toplumunda zina günah sayılmamağa başlandı və siyasi lüğətə “ılımlı islam” kəliməsi soxuldu. AKP iqtidarı dövründə əhalinin kiçik bir qismi sürətlə zənginləşərkən böyük əksəriyyəti yoxsullaşmağa başladı ki, nəticədə bu gün 77 milyionluq Türkiyənin 29 milyonu yoxsulluq həddinin altında yaşamaqdadır. Və Harvard universitetinin məşhur psixatrist professorunun söyləməsinə görə bir sonrakı öyündə nə yeyəcəyini bilməyən toplumdan əxlaqi dəyərləri qorumasını, milli mənafeləri üstün tutmasını gözləmək haqsızlıq olardı. Çünki belə toplumlar bütün dəyərlərdən öncə boğazlarını düşünərlər. Bayaq yuxarıda qeyd etdiyim yoxsulluq həddinin altında yaşayan milyonlardan hansı əxlaqi dəyərləri qorumasını gözləyə bilərik ki? Bəlkə də elə bu səbəblərdəndir ki, hakim partiyanın yüksək rütbəli təmsilçiləri sürətlə zənginləşməkdə və hətta buna dini yoldan qılıf tapa bilmək üçün “Qurani Kərim”in bəzi ayələrini yanlış yorumlamaqdan belə çəkinməməkdədirlər. Xüsusən iki il öncəki 17-25 dekabr böyük rüşvət soruşdurması da dediklərimizə əyani sübutdur.
İkinci məsələ İsrailin təhlükəsizliyinin təminatı məsələsidir ki, Yaxın Şərq regionunu diqqətlə incələsək əslində İsrailin yaradıldığı 14 may 1948-ci il tarixindən bu yana bu qədər güvən içində olmadığını görərik. Bəzi Ərdoğan tərəfdarları indi bizə “one minut” olayını xatırlatmağa çalışacaqlar. Əvəzində onu da qeyd edim ki, Davosda baş verən həmin olay zamanı daha Ərdoğan tribunadan enməmiş müşavirlərinin İsrail heyətindən üzürxahlıq etməyə başladığı barədə bəzi türk media vasitələrində gedən məlumatlar hələ də ortaya fakt qoyularaq təkzib edilməyib. Bunlar bir kənara, biz mövzudan uzaqlaşmayaq. Bu gün Yaxın Şərqdəki müsəlman dövlətlərinin başı ya Suriya və Yəmən kimi vətəndaş müharibəsinə qarışıb, ya da İraq və Misir kimi daxili qarışıqlıq hökm sürür. İsrailə təhdid ola biləcək yeganə dövlət İrandır ki, ordan gələ biləcək istənilən təhlükənin də qarşısını almaq üçün Türkiyənin Kürəcik adlı bölgəsində nəinki İrana, hətta Çinin içərilərinə qədərki böyük bir ərazini nəzarətdə saxlaya biləcək nəhəng radarlar quraşdırılıb. Bu radarların Türkiyənin təhlükəsizliyi üçün quraşdırıldığını iddia etməyə çalışmağı düşünən insanlara bəri başdan bildirək ki, əgər elə olsaydı onda bu radarların komanda məntəqəsinin elə Türkiyə ərazisində yerləşməsi vacib olmazdımı? Amma təəsssüf ki, qətiyyən belə deyil və radarların komanda məntəqəsi Almaniyada yerləşən Nato bazasındadır. Ayrıca AKP hakimiyyətə gəldikdən sonra Türkiyə ilə İsrail arasında iqtisadi əməkdaşlıq fəaliyyətləri də sürətlə genişlənib və bəzi qurumların verdiyi məlumata görə iki ölkə arasındakı ticarətin ümumi həcmi beş dəfəyə yaxın artıb.
Və nəhayət, sonuncu, üçüncü bənd, yeni Böyük Orta Doğu proyekti. Diqqətli oxucularımız xatırlayacaqlar, biz bu mövzunu daha öncə də işləmiş və türk iqtidarını Yaxın Şərqə axıdılan müsəlman qanının cavabdehlərindən biri olduğuna görə tənqid etmişdik. Bəli, kimsə bunu inkar edə bilməz, bu gün Misirdə iki gündə bir dövlət çevrilişi olursa, Suriyada vətəndaş müharibəsi hələ də davam edirsə, İraq de-fakto parçalanmışdırsa və Şimali İraqla Suriyanın bir bölümündə İŞİD terror təşkilatı at oynadırsa, həmçinin yoxsul Yəmən xalqı çevrilişlərdən qurtarıb terrorçuların və onlara müdaxilə edən müttəfiqlərin arasında qalıbsa, Liviya qeyri-sabitliyin məngənəsində inləyirsə bütün bunlar hamısı Amerikanın bölgədə həyata keçirməyə çalışdığı Böyük Orta Doğu proyektinin nəticələridir. Hafizəsi yaxşı olan hər kəs xatırlayacaqdır, Ərdoğan on-on iki il öncə meydanlarda sinəsini irəli verərək boğazının gur yerinə salıb bağırırdı;”biz BOP projesinin eş başkanlarından biriyik”. indi nədənsə o özü də bunu inkar edir. Güman ki, insanları hafizəsiz hesab etdiyinden belə düşünmüş olacaq, amma burada onun unutduğu bir şey vardır. İnsanlar nəyisə unuda bilir, amma tarix əsla unutmaz. BOP proyektinin Yaxın Şərqi gətirdiyi durumdan isə danışmağa ehtiyac yoxdur, çünki hər şey göz qabağındadır, necə deyərlər; kor-kor, gör-gör…
Bütün bu yuxarıda sadaladığımız faktlara və bu yazıya sığışdıra bilmədiyimiz digər düşüncələrimizə görə AKP gerçəkdən də bir proyekt partiyasıdır, həm də böyük türk millətinin deyil, Qərbin imperialist dairələrinin maraqları ilə qurulmuş və onların maraqlarını təmin etmək üçün çalışan, bu arada da “bal tutan barmaq yalar” məsəlində olduğu kimi özü də siyasəti zənginləşmə vasitəsi olaraq görən bir partiya… Nə deyək, tanrı türkü qorusun!

Zaur

LEAVE A REPLY