«Sünni» Türkiyə, «şiə» İran və «demokratik» Qərb…

0
5

Doç., Dr. Faiq Ələkbərov

«Sünni» Türkiyə, «şiə» İran və «demokratik» Qərb…

Son zamanlar Yəmən olaylarıyla bağlı Türkiyə və İran arasındakı münasibətlərin gərginləşməsi fonunda Türkiyə prezidenti R.T.Erdoğanın Tehrana səfər etməsi təsadüfi deyildir. Hər halda Orta və Yaxın Şərqin sünni-şiə qarşıdurmasına çevrilməsi müsəlman dünyası üçün yalnız utancverici hal deyil, eyni zamanda neçə əsrlərdir müsəlmanların dayaq nöqtəsi olan «İslam birliyi» ideyasının kökündən aradan qalxmasıdır. Çox yazıqlar olsun ki, sünni-şiə qarşıdurmalarında ilk baxışda kənarda dayanan kimi təsir bağışlayan iki böyük müsəlman dövləti Türkiyəylə İran əslində bu prosesin tərkib hissəsidir. Yəni istər dünyada, istərsə bu bölgənin insanların əksəriyyətinin düşüncəsində Türkiyə bu cür qarşıdurmalarda sünni müsəlmanların, İran isə şiə müsəlmanların dəstəkləyicilərindəndir. Şübhəsiz, bu cür yanaşma tərzi nə bugünün, nə də dünən problemi deyildir. Bunun kökləri bir neçə əsr bundan öncələrə gedib çıxır.
İndiki durumda da Türkiyə və İranın istənilən müsəlman ölkəsində uyğun olaraq sünni və şiə tərəfdarı kimi çıxış etməsi düşüncəsi vardır. Bu cür düşüncələr heç də əsassız deyildir. Sadəcə, hər iki dövlətin bu cür «ənənəyə» sahiblənməsinin arxasında İngilis-amerikan-yəhudi sisteminin böyük rol oynamsına diqqət yetirməliyik. Çox maraqlıdır ki, 21-ci əsrin əvvəlllərində əgər bir müsəlman ölkəsində (İraq, Suriya, Əfqanıstan, Yəmən və b.) nə isə bir problem yarananda, yaxud da yaradılanda bu zaman həmin ölkədə Qərb, yəni ABŞ və Avropa ölkələri sülh yaradıcı kimi qələmə verildiyi halda, bunun fonunda İran və Türkiyə isə dağıdıcılqda ittiham olunur. Bu ittihamı irəli sürənlərin çoxu da heç də ABŞ və Avropa ekspertleri deyil, türk, fars, ərəb bir sözlə müsəlman dünyasının ekspertləridir. Şübhəsiz, burada əsas ekspert rolunda qərbçilər çıxış edirlər. Bu özünü Yəmən olaylarında bir daha ortaya qoydu. Qərbçilər mümkün vasitələrlə və müsəlman donunua girərək Türkiyə və İran arasında ziddiyyətləri kəskinləşdirməyə, Yəmən olaylarını Yaxın və Orta Şərqdə süni-şiə qarşıdurmasına çevirməyə, Türkiyə və İranı da üz-üzə qoymağa çalışırlar.
Bu anlamda Ərdoğanın İrana səfəri təqdirəlayiqdir. Bu gün Ərdoğan Türkiyədə bir sıra ziddiyyətli addımlarıyla yanaşı, zahirdə də olsa müsəlman ölkələriylə münasibətlərin yaxşılaşdırılmasına doğru cəhətləri müsbətdir. Amma Ərdoğanın bəzi addımları ziddiyyətli olduğu üçün Yaxın və Orta Şərqdə İslam birliyini qurmaq mümkün olmur. Bütün hallarda iki ölkənin üçüncünün vasitəsi olmadan birbaşa görüşlər keçirməsi müsbət haldır. Ümid edirəm ki, həm İran, həm də Türkiyənin rəhbərliyi İslam birliyinin reallaşması məsələsində daha real və ciddi addımlar atacaqlar. Bu baxımdan iki ölkə arasında aparılan danışıqlarda önəmli olan bu bölgənin Qərbin təsir dairəsindən kənara çıxması olacaqdır. Yəni əsas müsbət dəyişilklik kimi birinci addım olaraq Qərbi bu bölgədən birdəfəlik çıxarmaq, daha sonra sünni-şiə qarşıdurmalarına son vermək lazımdır.

Bu gün İran Qərblə deyil, daha çox qonşu müsəlman dövlətləriylə dil tapmağa çalışmalıdır. İranın gələcəyi, iki əsr bundan öncə ingilis-amerikan-yəhudi sisteminin müəyyənləşdirdiyi kimi nə Qərbdə, nə də sözdə İslam dövləti qurmaqdadır. Məncə, İranın birmənalı şəkildə mövcudluğu öz daxili potensialını doğru hesablamaqda, müsəlman özəlliklə, Türk dövlətləriylə səmimi münasibətlər qurmaqdan keçir. İranın daxili potensialı dedikdə, buradakı Türk ulusunun yerinin və rolunun doğru müəyyənləşməsindən söhbət gedir. Əgər İran 2 əsr bundan öncə ingilis-amerikan-yəhudi sisteminin burada yaratdığı düşüncə və idarəetmə sistemindən uzaqlaşarsa, o zaman regionda yeni bir mərhələyə daxil olacaqdır. Amma yazıqlar olsun ki, İran 1979-cu ildə ingilis-amerikan-yəhudi sisteminin düşüncə və idarəetmə sistemindən müəyyən qədər imtina etsə də, amma tamamilə uzaqlaşa bilməmişdir. Əksinə, bir çox hallarda İran bölgədə Qərbin ideyalarını bilərəkdən və ya bilməyərəkdən icra etməyə davam edir. Halbuki rəsmi Tehran sözdə birmənalı şəkildə Qərbi, özəlliklə ABŞ-ı düşmən kimi qələmə verir. Məncə, İran rəhbərliyi və onun ideolqları tamamilə ingilis-amerikan-yəhudi sistemindən imtina etmədən heç nəyə nail ola bilməyəcəklər.
Bu anlamda Tehranın enerji layihələrində Qərblə dil tapması məsələsi bir oyundur, amma çox təhlükəli oyundur. Çünki burada söhbət Qərbin bütün vasitələrlə bölgədə varlığını saxlamasından gedir. Qərb eyni təzyiqləri Türkiyəyə qarşı da edir. Hər halda Qərb 100-150 il bundan öncə birmənalı şəkildə hakim kəsildiyi bu bu bölgədə daima söz sahibliyini qorumaq üçün həm İranı, həm də Türkiyəni təzyiq altında saxlayır. 100 il öncə İran və Türkiyədə modernləşmə, demokratikləşmə xəttiylə milli və dini adət-ənənələri alt-üst edən Qərb, bu gün daha çox çalışır ki, özünə və milli-dini düşüncəyə dönənləri iqtisadi məsəldə əzsin. Özəlliklə, İranı bütün enerji layihələrindən kənarda saxlayan Qərb əslində bunları öz maraqları, yəni bölgədə varlığını sürdürmək üçün edir. Bu anlamda Qərbin İranla dil taparaq ona bölgənin enerji layihələrində iştirak etməsinə razılıq verməsi mümkündür. Burada Avropa-Qərb üçün əsas məsələ özlərinin istər iqtisadi, istər siyasi varlığının davamıdır.

Bizcə, bu gün Türkiyə və İranın səmimi şəkildə yaxınlaşaraq bir çox sahələrdə əməkdaşlıq etməsi hər iki ölkənin bu günü və gələcəyi üçün çox önəmlidir. Əslində bu iki ölkənin sözün həqiqi mənasında bir araya gəlməsi yalnız müsəlman dünyasının deyil, dünyanın gələcəyini dəyişə bilər. Türkiyədəki qərbpərəstlər (CHP və b.) hesab edirlər ki, Ankara-Tehran münasibətlərinin yaxşılaşması gələcəkdə Türkiyəni İran kimi dünyadan təcrid olunmasına gətirib çıxara bilər. Eyni zamanda İran kimi Türkiyədə mühafizəkar və gerilikçi bir dövlət olar. Bu cür fikirdə olanlar İranda da az deyildir ki, 1979-cu ildən sonra Qərbə arxa çevirən Tehran geriləmiş və məhv olmuşdur. Burada əsas diqqət demokratiya, liberalizm, insan haqları vəs. məslələrə yönəldilir. Təbii ki, burada haqlı məqamlar kifayət qədərdir. Amma burada söhbət avropasayağı demokratiyadan, insan haqlarından deyil, Tehranın 1979-cu ildən sonra da qurtula bilmədiyi sözdə İslam kimliyindən, şiə təəssübkeşliyindən və həqiqi türk düşmənçiliyindən gedir. Yəni Tehranın problemi və qurtula bilmədiyi xəstəlik ingilis-amerikan-yəhudi sistemidir. Eyni xəstəliyə Türkiyədə, bniz Azərbaycanda yoluxmuşuq. Belə çıxır ki, ilk olaraq İran ingilis-amerikan-yəhudi sistemindən imtina etmişdir. Amma gördüyümüz kimi, hələ də Tehran bundan tamamilə xilas ola bilməmişdir. Demək istədiyim odur ki, bu gün Türkiyə və İranın, bütövlükdə İslam aləminin bir araya gələ bilməməsinin iki əsas səbəbi varsa, bunlardan biri ingilis-amerikan-yəhudi sisteminin varlığı, digəri özümüzün yeni bir sistem yarada bilməməyimizdir.
Əslində biz özümüzdən başlamalı, öz sistemimizi yaratmalıyıq. Əks təqdirdə ingilis-amerikan-yəhudi sisteminin çöküşü belə bizi bir araya gətirə bilməyəcəkdir. Məncə, 100 il bundan öncə İslam aləminin, özəlliklə Türkiyə və İranın bir araya gələ bilməməsinin səbəbi dövlət başçılarının iradəsizliyi ilə yanaşı, milli aydınlarımızın əksəriyyətinib qərbləşməyin təsiri altında olması, yəni özə-özümüzə dayaqlanmamaları olmuşdur. Hətta, dayaqlananlar (Ə.Hüzeyinzadə, Atatürk, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə vəb.) da bir çox hallarda öz-özümüzü bir qərbləşmə qatmışlar. Bunun da nəticəsində bu gün də dünyada məğlub durumdayıq. Bu gün türk-müsəlman dünyasının xilası, qurtuluşu yalnız və yalnız vaxtilə mövcud olmuş ideyalar əsasında, öncəliklə milli-dini və insanlıq dəyərləri əsasında yeni sistem yaratmaqdır. Bu zaman Qərbin istənilən ideyasından və sistemindən uzaq durulmalıdır. Eyni zamanda müsəlman dünyasının iki böyük dövləti olan İran və Türkiyə bir araya gələrək bölgədə yeni bir güc mərkəzi yaratmalıdırlar. Amma bunun üçün ilk növbədə Tehran İranda yaşayan türklərin ən azı Qacarlar dönəmində olduğu vəziyyətə gətirməli, Türk dili İranın ikinci dövlərt dili olmalıdır. Yəni bu birlik sözdə deyil, əməldə özünü ortaya qoymalıdır. Bizcə, bu birlik baş tutarsa, nəinki digər müsəlman dövlətləri, hətta yarı xristian, yarı müsəlman Rusiya Fedarsiyası da buraya meyil edəcəkdir.

LEAVE A REPLY