Keçmişdən gələcəyə.

0
5

Qüdrət Əzizov

Keçmişdən gələcəyə.

Bəzən istəyib də həll edə bilmədiyimiz bir sıra məsələlər olur. Düzdür, təkcə istək yetərli deyil, özümüz də nələrisə etməliyik, qarşımıza məqsəd qoymalıyıq və o məqsədə çatmaq üçün çalışmalıyıq. Əlbəttə ki, qarşımıza sədlər çıxacaq, ancaq ümidsizliyə qapanıb geri dönmək yox, o səddi aşmaq lazımdır. Çünki insanın yalnız məqsə varsa, sonunda ona nail ola bilər. Ona görə ki, yaradılmışların ən kamili insandır.
Məqsədli, qərarlı insanları həmişə alqışlamışam. Çünki bu xarakterdə olanların bir amalı, düşüncəsi və həyata bir prizmadan yox bir neçə prizmadan baxması həqiqətən başqalarına da ruhlandırıcı bir təsir bağışlayır.
Amma çox təəssüflər olsun ki, bir qrup şəxslər nəinki öz həyatlarını, gələcəklərini, ümumiyyətlə heç kəsin həyatını fikrləşmirlər və bədbəxtçilik gətirən, sonu bəlli olmayan bir yola gedirlər. Buna bir çox misal gətirmək olar, lakin mən danışmaq istədiyim bəzi gənclərimizin kriminal aləmə meyllənməsi, o yola can atmalarıdır. Həqiqətən bu çox ciddi problem və təəssüf verici bir hadisədir. Heç bir valideyn istəməz ki, övladı belə bir yolla addımlasın, bəlkə də kriminal aləmdə olanlar belə bu aləmdə istəmədən yer alıblar. Bəs, gənclərdə qorxulu, lazımsız sahəyə marağın bu dərəcə artması nədən irəli gəlir, nədən qaynaqlanır, bu bəlli deyil.
Məncə bunun qismən də olsa qarşısını almaq üçün internetdə, sosial şəbəkələrdə kriminologen xəbərlərin, videoların yayılmasına bu qədər çox yol verilməməlidir. Çünki insanlara psixoloji təsir edən videolar həddən artıq yayılır ki, əsas məsələ də bundan qaynaqlanır. Həmin videonu və yaxud o haqda yazını oxuyur və istər istəməz ondan təsirlənirik.Orda gördüyü şəxslərin yerinə özünü qoyur, bəlkə də onlar kimi davranmağa calışır və bunun nəticəsi çox arzuolunmaz hadisələrə gətirib çıxarır. Bu tip videolar əsasən də məktəbli uşaqlara daha tez təsir edir.
Hazırda ölkədə elə bir situasiya yaranıb ki, kimsə nəyisə edəndə gedib polisə şikayət edirsənsə həmin adama “işverən” gözü ilə baxır bəziləri. Bəs, bu zərərçəkmişi fikirləşən yoxdur ki, nə etsin? Polisə getməyəcək, həmin şəxslə mübahisə aparacaq və nəticədə iki tərəf də bədbəxt olacaq. Nəinki tək onlar, hətta ailələri də. Biri dünyasını dəyişəcək, digəri dəmir barmaqlıqlar arxasına gedəcək. Bu kimə nə verəcək? Kimə nə qazandıracaq? Bəlkə də ilk əvvəl bunu fikirləşsək daha yaxşı olar. Polis nə ücün mövcuddur bəs?
Bəzi fikirləri artıq dəyişmək lazımdır, hətta gec belə qalmışıq. Həyata bir prizmadan baxmayaq. Düşüncələrimizi, fikrlərimizi dəyişək, yaxşı yöndə təbii ki. “O vaxt belə deyldi” kimi fikirlərdən azad olaq. O vaxt olan qaldı elə o vaxtda. Hazırda XXI əsrdi, hər şey dəyişir, inkişaf edir. Buna görə davranaq, fikrlərimizi, düşüncələrimizi bu yöndə cəmləşdirək və nələrisə qazanaq.
Amma bu yöndə olmayan, fikirləri, düşüncələri, məqsədləri fərqli olan şəxslər də çoxdur. Həyatda nələrisə qazanmaq istəkləri və buna görə etdikləri cəhdlər də var. Bu həqiqətən insanı ruhlandırır və bəlkə də yatmış olan beynini oyadır. Bu cür yaxşı hərəkətləri örnək götürmək lazımdır, sonu bilinməyən yolda addımlamaq lazım deyil. Dünyaya bir dəfə gəlirik və bu həyatı mənalı bir şəkildə yaşamalıyıq, insanların xatirəsində həmişə örnək olacaq biri kimi qalmalıyıq. Hec vaxt gec deyil, həyat davam edir və hər şey bizim əlimizdədir. Çalışaq ki,bizə verilən bu həyatı puç etməyək. Ən əsası calışaq ki, qaranlıq yolda olanlara əlimizi uzadaq və oradan cixmalarına yardım edək, bu yola bir daha qayıtmalarına imkan və şərait yaratmayaq.

LEAVE A REPLY