Hillari Klinton ABŞ tarixində ilk qadın prezident ola bilər

0
5

Hillari Klinton ABŞ tarixində ilk qadın prezident ola bilər

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun aprelin 12-də növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyi gözlənilir.
Bu barədə Hillari Klintonun mənsub olduğu Demokrat Partiyası bəyan edib. Xanım siyasətçi namizədliyini aprelin 12-də sosial media vasitəsi ilə elan etməlidir. Bununla bağlı video-müraciət də hazırlanır.

Gələn həftədən etibarən keçmiş dövlət katibinin ştatlarda tanışlıq kampaniyalarına başlayacağı gözlənilir.

Hillari Klinton seçkilərdə qələbə qazanacağı təqdirdə, ABŞ tarixində ilk qadın dövlət başçısı olacaq.

LEAVE A REPLY