Düzgün qidalanmanın 12 ƏSAS ŞƏRTİ

0
6

Düzgün qidalanmanın 12 ƏSAS ŞƏRTİ

Orqanizmin sağlam və gümrah olmasında ən əsas amillərdən biri düzgün qidalanmadır. Hətta ən müasir kosmetik vasitələr belə insanın xarici görünüşünə düzgün və sağlam qidalanma kimi müsbət təsir göstərə bilməz.

Düzgün qidalanmanın 12 əsas şərti aşağıdakılardır:

1. Aclıq hissi olmadan süfrə arxasına keçməyin. Cəmisi bir neçə gün buna əməl etsəniz növbəti günlərdə qidalanmanız sutka ərzində rejimə düşəcək.

2. İstənilən qida məhsulunu xırda tikələrlə qəbul edin.

3. Düzgün qidalanmanın əsas şərtlərindən biri ağız boşluğunda qidanın yaxşı çeynəlinməsidir.

4. Ayaqüstü qidalanmadan imtina edin.

5. Gündəlik qida rasionunu 2-3 dəfəyə deyil, 4-5 hissəyə bölün. Yəni az-az və vaxt baxımından tez-tez.

6. Qida rasionunuzun çox hissəsini günarta yeməyində qəbul edin.

7. Yeməkarası və yeməkdən dərhal sonra su və digər mayelər içməyin.

8. Köhnə yeməklərdən imtina edin, çalışın təzə hazırlanmış xörəklərlə qidalanasınız.

9. Qidalanan zaman indi daha çox “dəb”də olan mayonez və ketçupdan imtina etməyi bacarın.

10. Gündəlik olaraq qida rasionunuza meyvə və tərəvəz daxil edin.

11. Qida rasionunuzda istər içkilərin, istərsə də ərzaqların təbii olmasına diqqət yetirin.

12. Və ən nəhayət, gün ərzində fiziki fəallığınızı və hərəkət etməyinizi təmin edin ki, qəbul etdiyiniz qidalar el dilində desək həzmi-rabedən keçsin.

Bu sadə şərtlərə əməl etməklə həm sağlamlığınızı qorumuş olacaqsınız, həm də özünüzü daha gümrah hiss edəcəksiniz.

LEAVE A REPLY