Prezident seçilmiş qadınlar
Xorvatiya prezidenti
2015-ci il yanvarın 11-də Xorvatiyada keçirilən prezident seçkilərinin ikinci turunda xanım namizəd Kolinda Qrabar-Kitaroviç qələbə qazandı. O, Xorvatiyanın 24 illik müstəqillik tarixində prezident seçilən ilk qadın kimi tarixə düşdü.
Modern.az tarix boyu prezident seçilən qadın siyasətçilərin siyahısını təqdim edir.
Mariya Estela Martines de Peron – Argentina tarixinin ilk qadın prezidenti (1974-1976-cı illərdə)
Biqdis Finnboqadottir – İslandiya prezidenti (1980-1992)
Aqata Barbara – Malta prezidenti (1982-1987)
Korasan Akino – Fillipin prezidenti (1986-1992)
Erta Paskual Truyo – Haiti prezidenti (1990-1991)
Violetta Torres de Çamarro – Nikaraqua prezidenti (1990-1997)
Meri Robinson – İrlandiya prezidenti (1990-1997)
Çandrika Kumaratunge – Şri-Lanka prezidenti (1994-2005)
Canet Caqan – Qayana prezidenti (1997-1999)
Mireyya Moskoso – Panama prezidenti (1999-2004)
Vayra Vike-Freyberqa – Latviya prezidenti (1999-2007)
Tarya Halonen – Finlyandiya prezidenti (2000-2012)
Qloriya Makapaqal Arroyo – Fillipin prezidenti (2001-2010)
Meqavati Sukarnoputri – İndoneziya prezidenti (2001-2004)
Elen Conson-Serlif – Liberiya prezidenti (2006- bu günə qədər)
Mişel Baçalet – Çili prezidenti (2006-2010 və 2014-cü il martın 11-dən )
Mişlin Kalmi-Rey – İsvçerənin federal prezidenti (2007-2008)
Pratibxa Patil – Hindistan prezidenti (2007-2012)
Kristina Kirşner – Argentina prezidenti (2007-ci ildən bu günə qədər)
Dalya Qribauskayte – 2009-cu il iyulun 12-dən Litva prezidentidir.
Doris Loythard – İsveçrə federal prezidenti (2010)
Laura Çinçilya – Kosta-Rika prezidentidir (2010- bu günə qədər)
Dilma Rusef – 2011-ci il yanvarın 1-dən Braziliya prezidentidir.
Atifete Yahaqa – 2011-ci il aprelin 11-dən Kosovo prezidentidir.
Eveline Vidmer-Şlumpf – İsveçrənin federativ prezidenti (2012).
Coys Banda – Malavi prezidenti (2012-ci ildən bu günə qədər).
Pak Kın – Koreya respublikasının prezidenti (2013-cü ildən bu günə qədər)
Simonetta Sommaruqa – İsveçrənin vitse-prezidenti (2014).
Katrin Samba-Panza – Mərkəzi Afrika Respubklikasının ilk qadın prezidenti (2014-cü ildən bu günə qədər).
Mari-Luiz Koleyro Preka – Malta prezidenti (2014-cü ildən bu günə qədər).