MİRZƏ SAKİT
KƏFƏNSİZ DƏFN…
…2016-cı il..
Hakimiyyət dəyişib və mən də Bakıya gəlmək üçün sevincək bilet alıram..
Səhərisi gün də Bakı hava limanında yerə enirəm, gözləmə zalına tərəf çıxanda baxıram ki, xeyli tanış adamlar dayanıb gözləyirlər.
Dişimi ağarda-ağarda onlara yaxınlaşıb salam verirəm və görüşmək üçün əlimi onlara tərəf uzadanda biri qolumdan tutub badalağ verərək yerə yıxır və bərkdən deyir ki, ayə təpikləyin bu svoliçi..
Mən də yerdə ufuldaya-ufuldaya deyərəm ki, ay bədbəxtlər, heç olmasa aparın məni xəlvət yerdə döyün, burda çəkib videonu paylaşacağlar eee..
Boynunda metrə yarımlıq qalstuk olan bir nəfər deyir, əəəə, çəkən də belə-belə olsun sən də…vurun bu məlunu…
Məni o qədər çırpırlar ki, axırda da al-qanın içində şəklimi çəkib gedəndə də hərəsi yenə bir təpik ilişdirib gedirlər..
Camaat da qorxa-qorxa kənardan boylanırlar…
Onlar gedəndən sonra bir kişi deyir ki, a bala yağışdan çıxıb yağmura düşdük, bunlar vəhşi imişlər lap..
Sən demə adamların içində hakimiyyətin casusları var imiş, həmin dəqiqədə o kişini xirtdəyləyib aparırlar..
Mən də birtəhər ayağa qalxıb yerə səpələnmiş düymələrimi yığıb taksi axtarıram ki, şəhərə gedəm..
Hansı taksiyə yaxınlaşıramsa ağzımın qanını görüb uzaqlaşırlar..
Axırda əlacsız qalıb payi-piyadə şəhərə tərəf yola düşürəm..
Sümüklərim sızıldadığına görə aşa-aşa gedirəm.
Yolda bir maşın saxlayır, baxıram ki, hakimiyyətə yenicə gələnlərdəndir.
Məni görüb aşağı düşürlər və biri deyir ki, a bədbəxt, gör nə qədər içmisənsə ayaq üstə də yeriyə bilmirsən, səksən səkkiz yazırsan.
Elə sevinirəm ki, fikirləşirəm yəqin məni həkimə, ordan da istədiyim yerə aparacaqlar..
Qabaqdakı peysəri ətlilərdən biri deyir, ayə, gəldin çıxdınmı ?
Mən də sevincək deyirəm həə qadooyalım..
Elə bunu deməyimi görürəm, yumruğu nətəri ilişdirirsə də özümdən gedirəm, amma hiss edirəm ki, məni təpikləyirlər..
Neysə, bunlar da bir az şapatdayandan sonra məni dərəyə diyirlədib çıxıb gedirlər.
Yolun qırağındakı dərədən Abasqulu bəy kimi üzü yuxarı sürünürəm ki, bəlkə kimsə görə yazığı gəlib məni həkimə çatdıra..
Yanımda bir maşın dayanır, ölgün gözlərimlə baxıram ki, iki nəfər düşdülər və mənə tərəf gəlirlər, biri o birinə deyir ki, əlinə əlcək geyin sonra vur ki, əlin onun murdar bədəninə dəyməsin..
Baxıb görürəm ki, yurdçulardandı..
Yolun qırağına düşən taxta parçasını götürüb beş-altı çəkir mənə..
Mən də o taxtanı ora atan adamı söyürəm..
Bunlar da çıxıb gedəndən sonra yadıma düşür ki, telefonla zəng edim kimsə gəlsin və telefonu bir təhər çıxardıb tanış bir xanıma zəng edirəm..
Yarım saatdan sonra baxıram ki, xanım öz maşını ilə gəldi və düşüb mənə tərəf yüyürdü…məni birtəhər sürüyə-sürüyə maşına atdı..
Yolda yol polisi maşını saxladı və arxa oturacağa baxanda məni qanın içində görüb harasa zəng etdi..
Bir də gördüm ki, bir maşın ulaya-ulaya gəldi..
Maşının içindən üç nəfər adamlar düşdülər, üçünü də tanıdım və qanım qaraldı..
Onlardan biri xanıma bərk əsəbləşərək dedi ki, sən ölmüyəsən səni də indi onun gününə salacağıq, sən humanist çıxmısanmı..
Xanım da ağlaya-ağlaya dedi ki, nolar dəyməyin ona, bədəninin neçə yerində sınıq var, həkimə çatdırmaq lazımdır..
Qayranbığ birisi dedi ki, onu həkimə yox, qəbirsanlığa çatdırmaq lazımdı və sonra da harasa zəng etdi..
Bir az keçəndən sonra bir Kamaz gəldi, məni kartof kisəsi kimi hop eləyib Kamazın yük yerinə tulladılar.
Kamazın da yük yerində dəmir-dümür olduğundan qabırğalarımın ikisi də orda qırıldı..
Sonra harasa sürdülər, bir qırx dəqiqədən sonra saxladılar və yük yerini “samosvalt” edib məni yerə boşaltdılar..
Baxdım ki, şəhərdən uzaq bir yerdi, amma bir tərəf dənizdi.
Minik maşınından düşdülər və düşənlərdən biri əlindəki lopatka ilə yer qazmağa başladı..
Aha, deməli məni basdırmaq istəyirlərmiş..
İnildəyə-inildəyə dedim ki, bəs siz muxalifətdə olanda dindən danışırdınız eee…İraan…Xomeyni…bə noldu…məni yumadan, kəfənləmədən basdırırsınızmı, özü də diri-diri..
O biri dedi ki, bəs sən də dini lağa qoyurdun ee bəs noldu, indi kəfən yadına düşdümü, narahat olma, sənin başına daşla döyüb öldürüb sonra basdıracağıq..
Deyim mən zina etmiş qadınammı siz məni daşqalağ edirsiniz..
Kamazın sürücüsü dedi ki, ayə bu nə həyasız imiş, nə mərfətsiz adam imiş, it günüə qoyulub hələ dili də var danışmağa..
Ona dedim sən ki, sadə bir sürücüsən sən niyə belə zalımcasına danışırsan..
Dedi əə mən sadə sürücü deyiləm eee, o vaxtı “Milli Şura”nın çəpik çalanlarından idim, yadındamı hər gün bizdən yazırdın eee…..
Qəbir qazılıb hazır oldu..
Biri dedi davay kəlmeyi-şəhadətini de..
Mən də “AXCP Surəsi”ni dedim:
“Vəssəlatu-Əssəlatu-Səssalat,
Bi-həqqi-hörmətün Ax-Ecepeyi-tərssalat,
Və-səllü-səlləllahu-tərkibi-rəsulih-Əli,
İnna-Kərimli cinna-Ağakərimli,
Əmir-Əliyyən-mömin-qülfü-vəllah,
Əssəlamün-əcinnə-şeytanu-bismillah,
Vapşey-vələddin ülameyi-Nurəddin,
Rəbbül-redbul-aləmin cümleyi-fəlakətdin,
Və-təbərəkallah Sahibi-Kərimov-Əz-Zamanlı,
İyyakə-nəbilimeee-Fuad-Kahramanlı,
Ehh-denən-təhsilat-əstəfurulla,
Tövbeyi-taksafon-Razi-Nurulla,
Əss-səlat-Əli müstəqil-ən-əmtəə,
Ğeyri-məzunlar xeyli-məzlumlar-həm dəə,
Sübhani-həmdü-xoff farseyi-Natiqi-Ədiloff,
Cənabi-Əlinin-qarnı-tox pənci-şeş-lox-lox,
Əli-ləziyyən-əli-lezvalı həndi-xox,
Cənabəti-partii-özəl mübarəkəti-Fatimeyi-Gözəl,
Nuri-səlavati-övladi-cəmalə,
Bizimki-dovşan-balası nə balə,
Rəsulillahın-şərafəti-Bənənyari-Kəmalə,
Allahun-məsəlçün-fəzl Təşkilati-cavanı-Əbülfəzl…
VERAYZAAALIIIMMMM
Pis-bir-lahiyə rəhm-eylə-rəhim,
Qülfi-fil-filo-vəllahu-qəzet,
Vəllahu-səy-ət,
Ver-yeyim-ört-yatım-və-külliyatı,
Bəyatıdır-bəyatı
Xosunbayı-səhhət,
kiflənib-ehh-ət…
Amin…
və elə bunu deməyi gördüm, qəbirqazan əlindəki lapatka ilə məni döyməyə başladı, o biri də deyirdi ki, əə başından vur rədd elə basdıraq, vaxt yoxdu gecikirik, axşam bazlığa gedəcəyik..
Sonra da lapatkanı qaldırıb var gücü ilə başımdan nətəri ilişdirdisə də ruhum burnumdan fırt eləyib şampan butulkasından çıxan tıxac kimi əlli metrə kənara vızıldadı..
Ta qalan işdən xəbərim olmadı..
Bircə o yadımdadı ki, təyyarədən düşəndə orda yazılmışdı:
“Əli Kərimli adına Bakı Hava Limanı”…