Heç vaxt gec deyil.

0
5

Qüdrət Əzizov

Heç vaxt gec deyil.

Mən hər zaman bir ölkəni irəli aparan qüvvəni elm, savad və bilikdə görmüşəm. Bunlara həvəs isə ta uşaqlıqdan aşılanmalıdır. Zaman-zaman rast gəlmişəm ki, məktəbə qədərki dövrdə uşaqlara dil öyrədilir, yaxud mütəmadi nələrisə başa salırlar. Bu çox gözəl hadisədi, kaş ki, bunu bütün ailələr etsə. O zaman bu qədər çox maarifləndirməyə ehtiyac qalmazdı.
Gələcək nəsillərə daha çox tariximizi öyrətməkdən başlamalıyıq.Tarixini bilməyən bir millət söz sahibinə çevrilə bilməz. Ancaq çox təəssüf ki, adətən balaca uşaqlara sadaladığım bu bilikləri öyrətmək əvəzinə gülüş ücün lazımsız ifadələr öyrədirlər. Bu cür böyüyən uşağa sonradan lazımi şeyləri öyrətmək həddindən artıq çox zaman alır. Ən çox məsuliyyət də bu yaşlara düşür. Hər şey bu yaşlardan başlanır, ona görə də ilk andan etibarən uşaqlarımızı düzgün tərbiyyə etmək lazımdır. Düzgün sözlər öyrətmək lazımdır. Mənim şəxsən tanıdığım 6 yaşında bir uşaq məktəbə başlayanda artıq öz ana dilinə, xarici dillərdən isə rus və bir az da ingilis dilinə yiyələnmişdi. Artıq həmin uşağın nailiyyətləri göz qabağındadır və bu naliyyətlər daha da artacaq. Düzgün tərbiyə və uşaqlıqdan ona aşılanan elm sevgisi buna səbəb olmuşdur.
Ona görə də öyrənmək ücün heç bir zaman gec deyil. Əsas istək və inam olmasıdır. Buna misal da çəkə bilərəm. Belə ki, bizim ölkədə 25 dil bilən politoloq var. Həmin şəxs Emin Quliyevdir. Bu şəxs haqqında internetdə bir çox bilgilər mövcuddur. Emin 17 yaşına qədər dil bilməyib və o vaxtdan başlayıb öyrənməyə. Beləliklə 35 yaşında artıq 25 dil bilir və rahatlıqla ünsiyyət qura bilir. Burda mənim əsas diqqətə çatdırmaq istədiyim məsələ nələrisə öyrənməyin heç vaxt gec olmamasıdır. Bəziləri fikirləşir ki, nəyə lazımdı mənə xarici dil filan, amma bu fikir kökündən yanlışdır. Dil bilməyin insanlara heç bir ziyanı yoxdur, bilmirik sabah nələr baş verəcək, bəlkə elə bir şey baş verdi ki, lazım oldu dil bilmək. Ona görə də heç vaxt, heç nə üçün gec deyil.
Mən hər zaman maariflənmənin tərəfdarı olmuşam və əlimdən gəldiyi qədər də həm həyatda, həm də yazılarımda bunu əks etdirmək istəmişəm.Əslində hamımız bunu etməliyik, bildiklərimizi digərləri ilə paylaşmalıyıq. Nələrisə öyrənməyə istək olmalıdır və təkcə istək yox, inam və cəhd etmək lazımdır.

LEAVE A REPLY