Qərbin “Erməni məsələsi” və 31 mart Azərbaycanlıların soyqırımı gerçəyi

0
7

Doç., Dr. Faiq Ələkbərov

Qərbin “Erməni məsələsi” və 31 mart Azərbaycanlıların soyqırımı gerçəyi

XX əsrin əvvəllərində milli mətbuatda «erməni məsələsi»nə yer verən Azərbaycan Türk aydınları (Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Yusif Talıbzadə, M.Səid Ordubadi vəb.) yazırdılar ki, “erməni məsələsi” Qərbin və Rusiyanın oyunudur. Milli aydınımız Əli bəy Hüseynzadəyə görə, emənilər Qərbin və Rusiyanın oyununun bir parçasına çevrilib. O, üzünü ermənilərər və onların havadarlarına tutaraq yazırdı: «Xeyir sizi qorxudan ittihad və ittifaq degildir!.. Bu zatən min üç yüz sənədən beri mövcuddur. Qəribədir, aranızdakı qitalın nədəni cəhalət, qəflət və zəlalət oldugu mühəqqəq ikən, ermənilərin əksəriyətincə dəxi mühəqqəq ikən, siz hər nədənsə aləmi-İslamın ittihadından degil, xabi-qəflətdən oyanıb, yeniləşməgə və maarifə sülukindən qorxursunuz!”.
Ulusal aydınımız Əhməd bəy Ağaoğlu da “Bakı hadisələrinə dair” (“Sankt-Peterburkskie vedomosti”, 1905, 21-22 aprel) məqaləsində yazırdı ki, Qafqaz müsəlmanlarının mədəni və milli oyanışı erməniləri və onun xristian havadarlarını rahatsız etmişdir. Ona görə, həmişə türklərin qulluğunda olan ermənilərin indi üsyankar dona girməsi təsadüfi deyil. O, yazırdı ki, mədəni inkişaf baxımından daha irəlidə olan ermənilərin hər sahədə agalığı öz əllərinə almağa, müsəlmanları isə hər vasitəylə gözdən salmağa çalışmaları adi hal almışdır.
Milli aydın Ömər Faiq Nemanzadə Osmanlının 1915-ci ildə Şərq cəbhəsində «Sarıkamış» başarısız hərbi əməliyyatından sonra Rus-Erməni birliklərinin hücumuna uğramış Kars, Ardahan, Kağızman əhalisinə təcili yardımın vacibliyindən bəhs edərkən yazırdı ki: “Müharibə dolayısıyla Qafqaz müsəlmanlarının düçar olduqları fəlakəti kiçik saymayınız. Kars oblastında üz verən fəlakəti Bakıya, Gəncəyə qədər gelən 40-50 ev ilə, Ahıska kəndlərinə can atan bir neçə yüz müsəlman azınlığı ilə müqayisə etməyiniz. Fəlakət xəyal etdiyinizdən daha müdhiş, xəyal edə bildiyinizdən daha dəhşətlidir. Fəlakət və səfalət Kars, Ardahan, Kağızman, Olti okruqlarını tamamilə tutmuşdur. Oralarda yüz minlərcə müsəlman camaatı yardıma möhtac bir haldadır”.

O, “Bir loxma əkmək», «İmtahan” kimi məqalələrində də Anadolu Türkləri ilə bir arada, dayanaşma halında olmamızın zorunluluğundan yazırdı. Ona görə, 1. Dünya savaşı bir kəs daha göstərdi ki, bütün dünya millətləri kimi Anadolu və Azərbaycan türklüyü bir imtahan qarşısındadır. Nemanzadə yazırdı ki, bu imtahan çatışmayan bir çox yönlərmizlə yanaşı, milli birliymizi və bərabərliyimizi göstərən cəhətləri də ortaya qoydu. O yazırdı: “Əgər bugünkü imtahan ilə dərsimizi dərk edib gələcəyimizə hazırlana bilsək çəkdiyimiz bəlalar, həqarətlər, acılar millətin istiqbalına qurban olsun. Doğru, bugünkü halımıza baxınca istər intelligent, gərəksə ruhsal olsun, millət başçılarımızdan ümidsizəm. Amma millətin, xalqın gələcəyinə inamım sonsuzdur. Əgər insanların başına xüluslu, həmiyyətli, sürəkli, bilincli insanlar keçsələr az vaxtda diriləcəyinə ümidvaram».
Osmanlının Balkan və 1. Dünya savaşında düşmanlarına qarşı verdiyi savaşlarda doğrudan qatılan Əhməd Cavad H. Z. Tağıyevin himayəsi, Xosrov bəy Sultanovun yönətimi altında fəaliyyət göstərən “Müsəlman Xeyriyyə Cəmiyyəti” nin sədr müavini və katibi olaraq 4 il boyunca Batum, Qars, Ardahan, Ərzurum, Acariya və başqa bölgələrdə ön cəbhə xəttində olmuştur. O, 1915-1916-cı illərdə «Açıq söz» qəzetində yayınlanan «Acar məktubları”nda 1. Dünya savaşında Türkiyənin Doğu cəbhəsindəki durumunu bütün yönləriylə ələ almışdır. Cavad 1915-də Ənvər Paşanın Doğu cəbhəsində «Sarıkamış»da başarısız hərbi əməliyyatından sonra Rus-Erməni hərbi birliklərinin Qars, Ardahan və Ərzurum xalqına qarşı işlədiyi suçlardan sonra, yardıma ehtiyacı olanlara əlindən gələn yardımı əsirgəməmişdir.
Erməni-rus hərbi birləşmələrinin türklərə, özəlliklə Azərbaycan türklərinə qarşı növbəti vəhşiliyi isə 1918-ci ilin 30-31 mart və 1 apreldə gerçəkləşdirildi. Fikrimizcə, bu dəfə Azərbaycan türklərinə, azərbaycanlılara qarşı soyqırım faktının mart ayında baş verməsi təsadüfi olmamışdır. Doğrudur, bunda həm erməni daşnakları, həm də rus bolşevkiləri eyni dərəcədə maraqlı olmuşlar. Növbəti faciənin martda baş verməsinə rus bolşevikləri ona görə maraqlı idilər ki, Azərbaycanda müstəqil türk dövlətinin yaranmasının qarşısını almaq istəyirdilər. Yəni hansı yolla olursa-olsun azərbaycanlıların gözlərini qorxutmaq və istiqlal fikrindən daşındırmaq niyyəti güdürdülər. Bu məsələdə rus bolşeviklərlə birmənalı şəkildə həmrəy olan erməniləri eyni zamanda, düşündürən daha bir önəmli məsələ var idi. O da, 1-ci Dünya müharibəsinin gedişi zamanı Osmanlı dövlətində baş verən hadisələrdən hələ də, doğru nəticə çıxarmamaları idi.

Osmanlının “erməni köçü” qərarnaməsini «erməni soyqırımı» kimi dəyərləndirən daşnaklar üçün 1918-ci ildə yaxınlaşan aprel ayı sözdə «erməni soyqırımı»ndan öncə türk-müsəlman əhalidən qisas almaq niyyəti idi. Hər halda, Azərbaycanda 30-31 martda və 1 apreldə Azərbaycan türklərinin soyqırımını təşkil edən rus bolşeviklərinin lideri V.İ.Leninin Qafqazdakı səlahiyyətli nümayəndəsi, Bakı Soveti Xalq Komissarlarının sədri daşnak-bolşevik Stepan Şaumyan olmuşdur.
Daşnak-bolşevik Stepan Şaumyan 1918-ci il martın 15-də Bakı Sovetinin iclasında açıq şəkildə bəyan etmişdi ki, “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir”. Hətta, Şaumyan deyirdi ki, Azərbaycanın istiqlalını istəyənlərə onlar ancaq xarabazarlıqlar verəcəklər. Bu o demək idi ki, erməni-rus birləşmələri Azərbaycan türklərinə qarşı soyqırımı əvvəlcədən planlaşdırmışdılar və onlara kiçicik bir bəhanə lazım idi, bu soyqırımı başlasınlar. Gözlənildiyi kimi də oldu. Belə ki, martın 30-da erməni kilsəsi yanında toplaşan erməni daşnaklarının müsəlmanları-türkləri atəşə tutması ilə isə rəsmən soyqırım başladı.
Soyqırım ərəfəsində “Daşnaksutyun” Partiyası və Erməni Milli Şurasının Bakı Sovetinin tərəfinə keçməsi açıq şəkildə göstərirdi ki, Bakı şəhərində rəhbərliyi ələ keçirən rus-erməni daşnak və bolşeviklərinin məqsədi türklərə qarşı bir soyqırımı nə olursa-olsun reallaşdırmaqdır. Beləliklə, 1918-ci ilin martında erməni daşnakları böyük qardaşı, himayədarı Rusiyanın birbaşa yardımı ilə türklərin-müsəlmanların kütləvi şəkildə soyqırımına başladılar. Təkcə, martın 30-dan 31-nə keçən gecədə Bakıda 10 mindən çox azərbaycanlı-türk bolşevik və daşnak hökuməti tərəfindən soyqırıma məruz qaldı. Eyni zamanda bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Lənkəran, Kürdəmir, Salyan və Azərbaycanın başqa qəzalarında on minlərlə azərbaycanlıları qətlə yetirdilər. Bugünkü Quba soyqırım məzarlığı buna ən bariz nümunələrdən biridir.
Maraqlıdır ki, sonralar sovet tarixşünasları, alimləri mart soyqırımını ciddi-cəhdlə vətəndaş müharibəsi kimi qələmə verərək, bunun məsuliyyətini isə Azərbaycan türklərinin, xüsusilə «Müsavat» Partiyasının üstünə atmağa çalışmışlar. Ancaq danılmaz faktlar da sübut edir ki, mart hadisələrinin rus bolşevikləri və erməni daşnaklarının Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımdan başqa bir adı yoxdur.
Maraqlıdır ki, sonralar Sovetlər Birliyi tarixşünasları, alimləri mart soyqırımını ciddi-cəhdlə vətəndaş müharibəsi kimi qələmə verərək, bunun məsuliyyətini isə Azərbaycan türklərinin, xüsusilə «Müsavat» Partiyasının üstünə atmağa çalışmışlar. Ancaq danılmaz faktlar da sübut edir ki, mart hadisələrinin rus bolşevikləri və erməni daşnaklarının Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımdan başqa bir adı yoxdur. Çünki erməni daşnaklarının liderlərindən biri olan Şaumyanın birbaşa təhriki ilə başlanan mart qırğınlarında rus bolşeviklərinin yaratdığı “Bakı Soveti” və “Daşnaksutyun” Partiyasının fəalları birgə hərəkət etmişlər. Leninin imzasıyla göndərilmiş dekreti əldə etdikdən sonra, Türkiyə ərazisində muxtariyyət alacağı iştahasına düşən Şaumyan və onun daşnakçı silahdaşları açıq-aşkar şəkildə rus bolşevikləri ilə birgə hərəkət etməyə başlamışlar.
Azərbaycan türklərinə, bütün azərbaycanlılara qarşı törədilmiş soyqırımın canlı şahidi, həmin dövrdə Azərbaycan xalqının lideri Məhəmməd Əmin Rəsulzadə 30-31 mart hadisələri ilə bağlı sonralar yazırdı: «Şaumyandakı bu vəsiqənin təsiri elə olmalıdır ki, bir ay əvvəl Bakı bələdiyyəsində rus məclisi-müəssisanını dağıdan bolşeviklərə qarşı bombalar, metralyozlar saçan «Daşnaksutyun» firqəsi «Bakı Soveti» ilə sıx bir rabitəyə və əsgəri bir ittifaqa girmiş oldu. Şaumyanın təxt-idarəsində bulunan «Bakı fəhlə və əsgəri soveti» erməni alayları və «Daşnaksutyun» firqəsinin müavinətini təmin ilə müsəlman təşkilatına qarşı şədid bir xətti-hərkət ittixaz eylədi. Gözləri önündə sərbəstcə erməni alayı nəfərlərini görən müsəlman xalqı, müsəlman alayının təşkili üçün Tiflisdən göndərilən zabitanın «sovet» zabitəsincə tovqif edildiyinə şahid olunca, bittəb qələyanə gəliyordu. Bu surətlə gündən-günə çoxalan yangın nəhayət, bir fəsad qığılcımı ilə tutduşdu; və 1918 sənəsi martın 28-dən 31-nə qədər davam edən qanlı mart hadisələrinə səbəb oldu».
O, erməni daşnaklarının və rus bolşeviklərinin təkcə Bakıda ən azı 10 000 (on min) müsəlmanı qətlə yetirdiyini yazır: «Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatları Bakıda da tətbiq ediyorlardı. Fəhlə və füqəra hakimiyyəti naminə «Müsavat» firqəsi ilə «Milli Müsəlman Şurasına» elani-hərb edən «Bakı Soveti» erməni alayları ilə birlikdə 10 000 (on min) qərib müsəlman qətl etdi. Qətl edilənlər miyanında əksəri əmələ və füqara sinfindən olmaq üzrə minlərcə qadın, cocuq və silah daşımalarına imkan bulunmayan ixtiyarlar vardı».
Rəsulzadə ermənilərin və rus bolşeviklərin müsəlmanlara qarşı vəhşliyinin səbəbini belə izah etmişdi: «Bakı türk milliyyətpərvərliyinin mərkəzi idi. Rus partiyası bulunan bolşevik firqəsi bu mərkəzi dağıtmaq istiyordu. Bu xüsusda o, Rusiyanın türklərə qarşı ənənəvi bir müttəfiqi olan erməniləri buluyordu. Həqiqətən mart hadisəsi əsnasında vüquə gələn qətl, bir sinif mübarizəsinə qətiyyən bənzəmiyordu. Bu, hər hankı bitərəf bir müşahid nəzərində silahi-müdafiədən məhrum müsəlman xəlqinin amansız bir surətdə təcizyəsindən başqa bir şey deyildir. Toplar, metralyozlar, erməni əsgərinin yaylım atəşləri, aeroplanlar və limandakı bəhriyyə topları həp müsəlman məhləsinə tövcih edilmişdi. Müsəlman məhəlləsinin başına od yağdırılıyor, cəhənnəm püskürtülüyordu».
Beləliklə, 30-31 mart və 1 aprel taixlərində daşnak ermənilər və bolşevik ruslar on minlərlə azərbaycanlıları yalnız qətlə yetirilmədilər, onların uşaqlarını doğradılar, evlərini yandırdılar, qadınlarına təcavüz etdilər və baş-qulaqları kəsdilər. Bakının təkcə bir məhəlləsində 57 müsəlman-türk qadınının qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış və bəziləri divara mıxlanmışdı. Eyni zamanda bizim burada yaza bilmədiyimiz daha dəhşətli hadisələr də olmuşdur.
Şübhəsiz, eməni vəhişiliyi və onların arxasında dayanan rus şovinist dairəlrinin Azərbaycan türklərinə, azərbaycanlılara qarşı yöənlmiş soyqırım və başqa faciələr bununla bitmədi. 1920-ci illərdə Sovet Rusiyasının Zəngəzuru ermənilərə verməsi, üstəlik Azərbaycanda heç bir əsas olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaratması, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası, 26 fevral Xocalı-Azərbaycan faciəsi və s. faktlar azərbaycanlıların soyqırımı tarixinin faciəli və qanlı səhifələrindəndir.
Yuxarıda da qeyd etdiyimiz kimi, 30-31 mart Azərbaycanlıların soyqırımı günü kimi, 1992-ci il 26 fevral Xocalı-Azərbaycan faciəsinin də məhz 24 aprel «erməni soyqırımı» günündən əvvəl baş verməsi təsadüfi sayıla bilməz. Bu yenə də ermən xəstəliyinin, erməni vəhişiliyinin «tarixi yaddaşı»nın üz qarasıdır. Həmişə himayədarlarının, xüsusilə Rusiya dövlətinin birbaşa yardımı ilə türklərə, o cümlədən Azərbaycan türklərinə qarşı soyqırım hadisələri həyata keçirən erməni daşnakları bu cür rəzil millət olduqlarını 1992-ci il 26 fevral tarixində də ortaya qoymuşlar. Bu təkcə, sözdə «erməni soyqırımı» öncəsi qonşusu türklərdən qisas aldıqlarını hesab edən bir millətin düşüncəsi deyil, bu həm də onun himyadəraı olan Rusiyanın şovinist dairələrinin Azərbaycan xalqına dost olmayan münasibətinin bariz nümunəsidir. Hər halda, danılmaz faktdlır ki, ötən əsrdə Azərbaycan xalqının başına açılan faciəvi oyunlarda – 1905-1906-cı illlər erməni-türk münaqişəsi, 30-31 mart Azərbaycan türklərinin soyqırımı, 1920-ci illər Zəngəzurun Ermənistana verilməsi və DQMV-nin yaradılması, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası, 26 fevral Xocalı-Türk soyqırımı, Dağlıq Qarabağın və onun ətrafındakı digər 7 rayonun işğal olunması və s. hadisələrdə ermənilər həmişə himayədarı Rusiya ilə birgə hərəkət etmişdir və etməkdə də davam edir.
Bizə elə gəlir ki, Azərbayan türkləri tarixin bu amansız dərslərindən, xüsusilə də soyqırım faktlarından nəticə çıxarmalı, dostlarını və düşmənlərini yaxşı tanımalıdır. Şübhəsiz, Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımlarda erməni şovinistləri qədər rus millətçiləri mühüm rol oynamışlar. Hər halda, heç vaxt unutmamalıyıq ki, Rusiya və rus əsgəri olmadan ermənilər Türk soyqırımlarını təkbaşına həyata keçirə də bilməzdi. Deməli, bu soyqırımların mahiyyətini dərindən anlayıb doğru nəticə çıxarmalayıq. Bu o deməkdir ki, biz bu soyqırımlarda yalnız ermənilərin və Ermənistanın deyil, eyni zamanda Rusiyanın da əsas pay sahibi olmasını yaddan çıxartmamalıyıq. Bu bir faktdır ki, vaxtilə Azərbaycan torpaqlarının müəyyən bir hissəsində Ermənistan dövlətini yaradan Rusiya və Qərb (ABŞ, Fransa, İngiltərə və b.) yaxın tariximizdə torpaqlarımızın digər bir hissəsinin işğal olunmasında fəal oynamaqla yanaşı ikinci bir «erməni dövləti»nin qurulması məsələsində də ikiüzlü siyasətini davam etdirməkdədir.

LEAVE A REPLY