Tarixdəki çevriliş.

0
5

Qüdrət Əzizov

Tarixdəki çevriliş.

Mən həmişə demişəm ki, qadınlar yer üzündəki ən dəyərli varlıqlarımızdır.Və biz həmin qadınlar sayəsində bu həyata gəlmişk. Beləliklə, qadınların bayramı isə yeganə olaraq 8 mart yox, məhz hər gün olmalıdır. Bu bayram tarixin həqiqi mənada çevrilişidir. 8 Mart bayramının tarixi ta qədimə dayanır. Qədim dedikdə düz romalıların tarıxinə qədər gedib çıxır.
Belə ki, hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. Həmin gün matronalar (qədim romalılarda: böyük ailə anası) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunurdular. Hətta qul qadınlar, bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın (o, ailə ocağının qoruyucusu hesab olunurdu) məbədinə gəlirdilər.
8 martın Beynəlxalq qadınlar günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır (Setkin (Zetkin). Klara 5 iyul 1857-ci ildə Almaniyada, Viderau – Saksoniya vilayətində anadan olub). Kənd müəllimi H.Eysnerin ailəsində dünyaya gəlib. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin, 8 martın Beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış etdi.

Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxdılar. Onlar 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində qəpik-quruş alırdılar. Kişilər qəti çıxışlardan sonra 10 saatlıq iş gününə nail oldular. ABŞ-ın bir çox müəssisələrində «Həmkarlar ittifaqı» təşkilatı yarandı. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni «Həmkarlar ittifaqı» təşkilatı yarandı. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq “seçki” hüququnu tələb edirdilər.
1911-ci il 19 mart tarixində bu bayram Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak etdilər. “Seçmə və rəhbər vəzifələri tutma hüququ”ndan başqa qadınlar kişilərlə bərabər, eyni işləri icraetmə hüququnu da tələb edirdilər.
Rusiyada ilk beynəlxalq qadınlar günü 1913-cü ildə Peterburqda qeyd olundu.
Növbəti il Avropada 8 mart ərəfəsində qadınlar müharibəyə qarşı etiraz marşları ilə çıxış etdilər.
1917-ci ildə rusiyalı qadınlar “Çörək və Sülh” şüarı ilə küçələrə çıxdılar. 4 gün sonra II Nikolay taxtdan düşdü.Müvəqqəti hökumət qadınlara seçmə hüququnu zəmanət etdi. Bu hadisə 8 mart tarixinə təsadüf etdi.
Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur.
Beynəlxalq qadınlar günü Sovet hakimiyyətinin ilk illərindən dövlət bayramı kimi qeyd olunmağa başlandı. 1965-ci ildən isə bu gün artıq iş günü hesab olunmurdu. Tədricən beynəlxalq qadınlar günü öz siyasi mahiyyətini itirməyə başladı. 1977-ci ildə BMT 8 martı “Beynəlxalq Qadınlar Günü” kimi elan etdi və bunula da “mübarizə” sözü bayramın adından götürüldü, bayram sevgi, diqqət bayramı kimi tarixə düşdü.
Sovetlər Birliyinin dağılmasına baxmayaraq, 8 mart bir çox postsovet ölkələrində bu günə qədər qeyd olunur. Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Belarusda keçirilir. Həmçinin Azərbaycan da müstəqillik əldə etdikdən sonra bayram öz mahiyyətini qoruyub saxladı.
Qadınlara bizim bu dünyaya gəlməyimizdə əvəzsiz rol oynayıb və biz bu borcu ödəyə bilmək üçün daima çalışmalıyıq. Bu bayram isə əsl qadın olan, ana,qadın adına layıq olanların bayramıdır. Unutmayaq ki, cənnət anaların ayaqları altındadır. Hər bir qadın isə ana olmağa adaydır. Hər zaman analarımızın, qadınlarımızın qədrini bilmək arzusu ilə, bütün türk dünyası qadınlarını qarşıdan gələn Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edirəm.

LEAVE A REPLY