İntiqama çağıran haray
“Demokratik” Qərb hələ də susur…
Çağdaş dünyanın ən dəhşətli soyqırımlarından birinin ünvanı olan Xocalı şəhərində baş verən tükürpədici faciə insanlığa ağır ittiham olsa da, keçən 23 il müddətində dünyanın bu soyqırıma soyuq münasibəti sayəsində insan cəlladları hələ də cəzasız qalmaqdadır.
Nə qədər qəribə olsa da, tarixin arxivindən “faciə” adında hadisələri eşələyib çıxarmaqla, onun səbəbkarlarının cəzalandırılmasını istəyən “demokratik” Qərb hələ də müəmmalı şəkildə susur. Əslində bu susmaqda müəmma axtarmaq dövrü arxada qalmışdır. Çünki kimsəyə sirr olmayan riyakarlığı heç nə ilə pərdələmək mümkün deyil. Bu müstəvidə Fransanın daha qabarıq görünən riyakarlığını əslində loyal mövqedən daha çox birbaşa düşmənçilik mövqeyi kimi dəyərləndirmək lazımdır. 200 illik demokratiya tarixi olan Fransanın Xocalı soyqırımına göz yumması bir yana dursun, bu faciənin səbəbkarları olan ermənilərin qondarma soyqırım iddiasına münasibəti əslində hər şeyi elə çılpaq şəkildə ortaya qoyur ki, burada müəmmalı hesab olunan heç nəyə yer qalmır.
Xocalı soyqırımını törədənlər öz layiqli cəzalarına çatmayana qədər Xocalı harayı bütün bəşəriyyəti ittiham edəcək. Artıq iyirmi üç ildir ki, intiqama səsləyən bu haray insan taleyinə olan biganəliyin “SOS”-u olaraq bütün dünyanın insanlıq duyğularını silkələməkdədir. Nə qədər ki, Xocalı faciəsinin intiqamı alınmayıb bu haray qulaqlardan geməyəcək.
Xocalı faciəsi məkrli düşmənin məqsədli planı idi
Qarabağın problemə çevrildiyi ilk günlərdən Moskvanın sıxı himayəsi bədnam qonşularımızın öz çirkin məqsədlərinə doğru yolda cəsarətləndirdi. Moskvanı arxasında görən ermənilər istəklərinə çatmaq naminə Azərbaycanın gözünü qorxutmaq üçün ona bir ciddi zərbə endirməyi planlaşdırdı. Elə bir zərbə ki, bununla Azərbaycanın Qarabağı müdafiə etmək potensialı sarsılsın.
Bu çirkin istəklə Azərbaycanla sərhəd zonalarının hər birində yoxlama əməliyyatları aparan Ermənistan nəhayət başlıca zərbə, hədəfi kimi Xocalını müəyyənləşdirdi. Çünki Xocalı ermənilərin çirkin niyyətlərinə tamamilə uyğun gəlirdi. Belə ki, bir tərəfdən Xocalının yerləşdiyi ərazi, onun müdafiə imkanlarını sıfıra endirirdisə, digər tərəfdən məhz bu yaşayış məntəqəsinin Dağlıq Qarabağa mənsub olması erməni tərəfin planlarına tamamilə uyğun gəlirdi. Çünki bu zəif nöqtəni vurmaq bir tərəfdən asan olduğu kimi, digər tərəfdən də Dağlıq Qarabağın etnik cəhətdən “təmizlənməsinə” öz xidmətini vermiş olacaqdı. Bu plan həm də ermənilərin o istəyinə uyğun gəlirdi ki, davam edəcək hərbi əməliyyatlarda Azərbaycan tərəfə ciddi psixoloji zərbə vurmaqla onlarda qorxu hissi yarada bilsinlər.
Faciə ərəfəsində yaranmış şərait ermənilərin mənfur planlarının həyata keçirilməsi üçün hərtərəfli təminat verirdi. Belə ki, ermənilər təkcə Moskvanın himayəsindən və onların hərbi qüvvəsindən yararlanmaqla kifayətlənmir, habelə Moskvanın yedəyində gedən Azərbaycan hökumətinin maymaqlığından və milli xəyanət mövqeyindən də yararlanırdı.
Faktik olaraq 1990-cı ildən mühasirə vəziyyətində yaşayan, Azərbaycanla əsasən hava yolu vasitəsi ilə əlaqə saxlayan Xocalının taleyi yalnız yerli sakinlərin ümidlərinə buraxılmışdı. Lakin nə qədər fədakarlıq etsələr də, yerli sakinlər belə bir qeyri-bərabər gücün qarşısında davam gətirə bilmədilər. Yaxşı silahlanmış ermənilərin və Xankəndində yerləşən Rusiyaya məxsus 66-cı polkun ağır texnikası ilə həyata keçirilən qeyri-bərabər döyüş üçün yerli sakinləri qınamaq yox, onları ölüm savaşına qalxdıqları üçün təqdir etmək lazımdır.
Azərbaycanın o vaxtkı hökümətinin Xocalı faciəsində milli xəyanət mövqeyi ona görə gündəmdə qalır ki, bu faciə bir günlük hərbi zorakılığın nəticəsi deyil, zaman-zaman həyata keçirilən bir proqramın yekunu idi. Xocalı sakinlərinin belə bir təhlükə qarşısında olduğunu görməmək sadəcə olaraq mümkün deyildi.
Xocalı faciəsi erməni xislətinin bariz ifadəsidir
Bədnam qonşularımızı tarix boyu nə qədər məkrli bir toplum kimi tanımış olsaq da, yaddaşımızda qalanlar kifayət etmədi ki, belə bir dəhşətli faciələrin həyata keçirilməsini gözləyə bilək. Çünki Xocalı dəhşəti tarix boyu lənətlənən ən mənfur qəddarlıqları, o cümlədən faşizmi də kölgədə buraxdı. XX əsrin sonlarında belə bir dəhşətin yaşanması təkcə insanlıq adına ləkə deyil, həm də insanlıq adına çıxış edənləri də şərəfsizlikdə və ikiüzlülükdə qınadı. Silahsız mülki əhaliyə, xüsusən qadın və uşaqlara qarşı belə bir dəhşətli zorakılığın həyata keçirilməsi normal insan ağlının hüdudlarından kənarda olsa da, hər halda həqiqət idi. Xocalı faciəsinin dəhşətlərini anlamaq üçün rəqəmlərə müraciət edək.
Yeddi min əhalisi olan Xocalıda döyüş ərəfəsində cəmi 2525 nəfərin qaldığını düşünəndə iki şeydən narahat olursan. Birincisi nəyə görə ən azı mülki əhalinin bütünüklə Xocalıdan çıxarılmasına nail olunmadı. İkinci tərəfdən isə əhalinin təxminən üçdə birinin qaldığı Xocalıda müdafiə imkanları da xeyli azalmış olurdu. Bu faktın özü də düşünməyə əsas verir ki, məhz belə bir vəziyyət düşmən tərəfin istəkləri ilə daha üst-üstə düşürdü.
Ətraf dünyadan-daha doğrusu Azərbaycandan təcrid olunmuş Xocalıda yaşayan 2525 nəfərin özünü müdafiəsi əslində qeyri-mümkün hesab olunduğundan Xocalı əhalisi fəlakətin labüd qucağında idi. Bu dəhşətli gerçəklik Xocalıya hücumun başladığı ilk dəqiqələrdə dərk olunurdu.
Erməni vəhşiliyinin qurbanı olan qətliamda 613 nəfərin qətlə yetirilməsi XX əsrin sonlarında faşizmin yenidən yaşanması idi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bu qətliamda baş verənlər istər-istəməz diqqəti daha çox iki məsələyə yönəldir: Birincisi bu qətliam heç nə ilə pərdələnməsi mümkün olmayan bir dəhşətli soyqırım idi. İkinci tərəfdən isə vandalizmin ən qatı ifadəsi idi. Belə ki, qətliamdan sonra erməni faistləri Azərbaycan türklərinə aid hər şeyi yerlə-yeksan etdilər. Elə buradaca əlavə etməyə ehtiyac yaranır ki, Xocalıda baş verənlərin göz qabağında olması yetərli olmayıb ki, bu qəddarlığı törədənlər cəzasına çatsın.
Xocalı faciəsindən keçən 23 illik bir zaman kəsiyi göstərir ki, boğazdan yuxarı bütün deyilənlərin əksinə olaraq Azərbaycan beynəlxalq birliyin varlığını hiss etməyib.
Xocalı qan yadaşımızdır!
Xocalı soyqırımını həyata keçirməklə Azərbaycanlıların gözünü qorxutmağı planlaşdıran ermənilər bir şeydə yanıldılar. Bu faciə nəinki millətimizə erməni xofu aşıladı, hətta bu mənfur topluma qarşı elə bir sonsuz nifrət yaratdı ki, gələcəkdə yaşanası heç nə bu nifrəti söndürə bilməyəcəkdir. Bizimlə qonşu yaşamağa məhkum olan ermənilər bütün gələcək tarix boyu Azərbaycan türklərinin intiqam qorxusu altında yaşamalı olacaqlar. Bu təhlükənin bütün dəhşətini ermənilər o zaman hiss edəcəklər ki, sədaqətlə quyruq buladıqları sahiblərinin himayəsindən kənarda qalacaqlar.
Xocalı artıq Azərbaycan türklərinin müqəddəs and yerinə çevrilib. Bu and yeri millətimizdə intiqam hiss yaşatmaqla, qan yaddaşımızda özünə elə bir əbədi yer tapacaqdır ki, artıq ermənilərin “zavallı” olması ilə bağlı heç bir yalana orada yer qalmasın. Xocalı faciəsini törətməklə ermənilər özlərinin bütün gələcəyini xof içərisində yaşamağa məhkum etdilər.
Azərbayan dünya birliyinin Xocalı faciəsinə loyallığını nə qədər görsə də, inadla bu faciənin günahkarlarının cəzalandırılması yolunda öz mübarizəsini davam etdirməkdədir. Həm də artıq bu mübarizənin nəticələri də görünməyə başlayıb. Bir neçə il bundan əvvəl Uqandada keçirilən İslam konfransı təşkilatı bu faciə ilə bağlı ayrıca qətnamə qəbul etməklə, bu soyqırımı dünya arenasına sürükləyə bildi. Hazırda qardaş Türkiyə parlamentində bu faciəyə soyqırım kimi yanaşım artıq gündəliyə çıxarılıb. Həmçinin Belçikada və Meksikada parlament səviyyəsində Xocalı faciəsinin gündəliyə çıxarılması təşəbbüsü də Azərbaycanın diplomatik müstəvidə uğurlu mübarizəsinin nəticəsi kimi dəyərləndirilə bilər.
Lakin etiraf etmək lazımdır ki, dünyanı öz yedəyində aparan Qərb dövlətlərinin Xocalı faciəsinə münasibəti dəyişmədikcə dünya arenasında bu faciə soyqırım olaraq tanınmayacaqdır. Baxmayaraq ki, İslam təşkilatı konfransının üzvü olan 51 dövlət öz imzası ilə Xocalı faciəsini soyqırım kimi tanımayıb, bununla belə bunun dünyada lazım olan əks sədanı doğura biləcəyi reallıqdan uzaqdır. Başlıcası ona görə ki, islam dövlətlərinin ümumdünya prosesinə təsir imkanları çox zəif hesab olunur.
Bu səbəbdəndir ki, bütün dünyanın gözü qarşısında dəhşətli soyqırım həyata keçirən ermənilərin Qərb tərəfindən himayəsinin nəticəsidir ki, hələ onlar həyasızcasına bir qondarma soyqırım iddiası ilə də çıxış edirlər. Kimsəyə sübut etməyə ehtiyac yoxdur ki, bu ermənilərin təkbaşına nail olacağı bir iş deyil. Sadəcə olaraq humanist mövqeyini gözə soxmağa çalışan Qərb bu məsələdə ermənilərlə eyni səngərdən çıxış edirlər.
Bütün dünyadan Xocalı faciəsinə ədalətli yanaşım gözləmək Azərbaycanın doğal haqqı olduğu halda, bunun əksini görən Azərbaycan türkləri bu faciəyə ən doğru qiyməti verməyi bir mənəvi borc kimi həyata keçirməlidir. Çünki bu Vətən, bu işğal olunmuş torpaq, soyqırımın yaşandığı Xocalı, qətliama məruz qalmış soydaşlarımızın ruhu, əsirlikdə olan qız-gəlinlərimiz bunu məhz Azərbaycan türklərindən tələb edir. Ona görə Xocalı and yerimizdir ki, onun intiqamı bizim gələcək tariximizə istiqamət verir. Xocalı faciəsinin intiqamı alınmadıqca Azərbaycan türklərinin alnıaçıq yaşamağa mənəvi haqqı yoxdur. Onsuz da Qarabağımızı qurtarmaq üçün svaşdan ayrı yol yoxdur. Biz bu savaşa girərkən Xocalı harayı bizim mənəvi gücümüz olmalıdır! İntiqama çağıran bir harayın doğurduğu mənəvi gücün yenilməzliyini isə sübut tməyə ehtiyac yoxdur.
Bayram Muradlı