Falcılar, yoxsa şarlatanlar?

0
8

Qüdrət Əzizov

Falcılar, yoxsa şarlatanlar?

Bu məsələ illərdir ki, münaqişəli olaraq qalır. İllahiyyatçılar və bəzi dindarlar insanları bu yoldan çəkindirməyə çalışsalarda, əfsuslar olsun ki, hələ də bu şəxslərə inananlar və onların evinə hətta ad qoyuqları ocaqlara gedənlər belə var. Söhbət özlərini ekstrasens adlandıran fırıldaqçılardan gedir.
Falcılar, ekstrasenslər və gələcəyi görürəm deyənlər dində şatlayan deyə bilinir. Çünki Qurani-Kərimdə bu şəxslər Allaha şərik qoşur və buna məhəl qoymayaraq insanları aldadaraq pullarını mənimsəyir.Təkcə maddı yox, mənəvi zərbəsi isə daha çoxdur. İstər istəməz falçılar yanlarına gələn insanlara şablon sözlərlə onlara psixoloji təsir göstərir. Bu cür şablon sözlər, meselen, həyatınızda agır zərbə almısız, sizə cadu olunub, həmin cadu qəbristanlıqda basdırılıb, sizin düşməniniz var və.s. Gerisi isə cavabını aldığı sualı başqa formada qarşısındakı insana deyərək, onu inandırmağa çalışırlar. Nəticə etibarı ilə hər kəsə bu sözlər deyilir. Cadunu mən taparam deyərək, əvvəlcədən öz adamlarına razılaşdıqları yerdə nəyisə basdırırlar, həmin basdırılan isə çox sadə, mismar üstünə tük, yağ sürtürlər. Birlikdə həmin yerə gedir və əvvəlcədən basdırdıqları yerdən onu cıxarırlar. Beləliklə, həmin şəxsi aldadadaraq özlərinə inam qazanmağa calışırlar.

Nə qədər avam, savadsız, dünya görüşsüz olasan ki, bütün bunlara inana biləsən. Əgər onlar gələcəyi görə bilirlərsə, niyə həmin şəxslərin puluna ehtiyacları var? Burda məsələ insanları aldadıb pullarını mənimsəməkdi, başqa hec bir şey.
Bəlkə də bir çoxlarının yadında qalar, bir neçə il əvvəl rayonların birində, ocaq adlandırdığı yerdə insanları sağaldacağını söyləyən, evində neçə-neçə qızı zorlayan, bədbəxt eləyən insanı hər kəs tanıdı və evi daş-qalaq olundu. Xeyri yoxdu bütün bunlar baş verəndən sonra nəsə etməyin. Çünki olan olub, gerıyə heç bir şeyi qaytarmaq olmaz. Sadəcə insanlar bunları gördükdən sonra belə, bu kimi şəxslərə inanirlar.
Hətta ekstrasenslərin çoxu Həccə gedərək “Hacı xanım”, “Hacı” adı altında belə bu əməllərlə məşğuldurlar. Dindən xəbəri olan, Qurani-Kərimi oxuyan birisi bilər ki, bu kimi şəxslərin bir adı var; şarlatan,fırıldaqçı.
Bu kimi şəxslər insanları aldatdıqları ücün, maddi və mənəvi vurduqları zərbələrə görə məsuliyyətə cəlb olunmalıdır. Hazırda ölkədə bu işlə həddindən artıq insanlar məşğul olur. Mən hər zaman calışmışam və bundan sonra da calışacağam ki, insanlar maariflənsin, bu tip fırıldaqçıların qurbanına çevrilməsin. Bu şəxsləri ifşa etmək hər birimizin borcudur. Qoy, hər kəs bilsin və bu biznes, fırıldaqçılıq aradan qaldırılsın. Neçə-neçə qızlar bədbəxt olmasın, həyatları məhv olmasın, insanlar mənəvi və maddi ziyana məruz qalmasın. Məncə buna hər birimiz köməklik etməliyik.

LEAVE A REPLY